İnam Kərimovun effektsiz layihələri və havaya sovrulan milyonlar... - KTN-də nə baş verir?
Tarix: 21-12-2020, 08:47 | Çap et
Dünyada 2015-ci ildə baş verən qlobal iqtisadi böhran, birjalarda neft qiymətlərinin sürətlə enməsi Azərbaycana da mənfi təsirini göstərdi. 2015-2016-cı illərdə davamlı şəkildə baş verən devalvasiyalar, iş yerlərinin iflas etməsi ölkədə iqtisadi durumu ağırlaşdırdı. Bütün bu cərəyan edən hadisələrin fonunda Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını təmin etmək məqsədilə müəyyən islahatlar həyata keçirməyə başladı.
Prezident İlham Əliyevin hökumətdə apardığı islahatlar, dövlətin dəstəyi ilə yaradılan yeni innovativ layihələr, özəl sektorda yaradılan bu tip layihələrin dövlət tərəfindən dəstəklənməsi iqtisadi böhranın aradan qalxmasına müəyyən qədər təkan verə bildi. Dövlətin qeyri-neft sektorunda inkişafını prioritet saydığı sahələr, ilk növbədə, aqrar sektor və turizm oldu. Lakin ilin əvvəlindən koronavirus pandemiyasının dünyada geniş yayılması sözügedən sektora ciddi zərbə endirdi və nəticədə bütün dünyada olduğu kimi, ölkəmizdə də turizm sahəsi tam iflasa uğradı. Aqrar sahənin dirçəldilməsi, inkişaf etdirilməsi üçün dövlətin ayırdığı subsidiyalar, bu istiqamətdə çalışan sahibkarlara, fermerlərə güzəştli kreditlərin verilməsi, beynəlxalq layihələr çərçivəsində müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin tətbiqi isə hələ ki, gözlənilən nəticəni vermir. Əksinə, kənd təsərrüfatı sahəsində çalışan insanların gəlirlərinin azalması, ənənəvi əkinçiliyin sıradan çıxması, məhsuldar torpaqların becərilməməsi halları, melorasiya sahəsindəki problemlər gündən-günə artmaqdadır.
Anası ağlar günə qalan aqrar sektor Artıq kənd təsərrüfatı sahəsində yaşanan problemləri hər bir vətəndaş hiss etməkdədir. Belə ki, market və bazarlarda meyvə-tərəvəzlərin, ət və süd məhsullarının qiymətlərinin gündən-günə qalxması, bu ərzaqların çoxunun isə xaricdən, əsasən də bizdən kasıb və məhsuldar torpaqları olmayan ölkələrdən idxal edilməsi vəziyyətin daha acınacaqlı olmasının göstəricisidir. Aqrar sektorun inkişafına birbaşa məsul olan Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi isə qarşıdakı problemin nəinki aradan qalxmasına, əksinə daha da dərinləşməsinə yol açır.
Kənd Təsərrüfatı Nazirliyinin strukturunda 2018-ci ildə baş verən dəyişikliklərdən sonra da əfsus ki, bu sahədə olan problemləri aradan qaldırmaq mümkün olmamışdır. Dövlətin və beynəlxalq təşkilatların maliyyə dəstəyi hesabına həyata keçirilən layihələrin effektivliyi gözlənilən nəticəni verməmişdir. Nazirliyin aqrar sektorda yenilik kimi təqdim etdiyi layihələrin bəziləri isə dövlətin digər strukturlarının illər öncə həyata keçirdiyi layihələrin birbaşa təkrarından ibarətdir.
Bir-birini təkrarlayan effektsiz layihələr 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan, fəaliyyət istiqaməti əsasən kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını, fermerlərdən, sahibkarlardan məhsulların birbaşa alınmasını və kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə həmin məhsulların xarici ölkələrə ixracını və istehsal olunan bu məhsulların yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin etməli olan "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti isə yumşaq sözlə ifadə etsək, qənaətbəxş sayılmır.
"Aqrar Tədarük və Təchizat” ASC 2018-ci ildən indiyədək aqrar sahənin inkişafı üçün bəzi layihələr həyata keçirmişdir. Bu layihələrdən biri ölkədəki əksər fermer və sahibkarları qane etməyən "tədarük portal” digəri isə "Şəhərdən kəndə” layihəsidir. "Aqrar Tədarük və Təchizat” ASC-nin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirdyi layihələrdən biri də 2019-cu ilin oktyabr ayında başladılan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsidir. "Dağlarda dolaşan" "AFAQ”
AFAQ layihəsinin əsas məqsədi aqrar sektorda çalışan qadınları dəstəkləmək, onları bu sahədə çalışmağa həvəsləndirmək və sosial vəziyyətlərinin yaxşılaşmasını təmin etməkdir. Layihə çərçivəsində fermer qadınlara müstəqil surətdə kredit götürmək, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün şərait yaradılacağı vurğulanır. Layihə ilə bağlı görülən işlərlə tanış olmaq üçün "Aqrar Tədarük və Təchizat” ASC-nin yaratdığı afaq.az portalına daxil olduqda isə layihənin yaradılmasından 1 il ötməsinə baxmayaraq, görülən işlərin heç də qənaətbəxş olmadığı aydınlaşır. Belə ki, portalın "haqqımızda” bölməsini açıb, "layihə haqqında”, "necə qoşulmalı” və "hesabatlar” bölməsinə daxil olmaq istədikdə "səhifə yenilənir” xəbərdarlığı ilə qarşılaşırıq. "Səhifə yenilənir” xəbərdarlığı ilə "AFAQ shop” və "Təlim və tədbirlər” bölməsinə daxil olarkən də qarşılaşırıq. Xəbərdarlıq "Afaq forum” bölməsində də öz "mövqeyini” qoruyub saxlayır.
Portalda "Afaqçılar” bölməsində isə olduqca maraqlı məqamlara rast gəlinir. Qeyd edək ki, bu bölmədə layihədən yararlanan 25 xanım haqqında qısa informasiya verilmişdir. Buradakı informasiyalarla tanış olduqda bəzi narahatedici məqamlar ortaya çıxır. Sözügedən narahatlıqlardan biri ciddi texniki və maliyyə dəstəyi olan layihənin lokal xarakter daşımasıdır. Ola bilsin ki, gələcəkdə layihə genişlənərək bir çox regionları əhatə edəcək. Lakin hazırda bizə təqdim olunan "Afaqçı” xanımlar Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edir. Məsələn, bölmədə təqdim edilən 25 xanımın 3-ü Şamaxı rayonunun Məlikçobanlı kəndindən, 14-ü İsmayıllı rayonunun Sumağallı kəndindən, 3-ü İsmayıllı rayonunun Kürdmaşı kəndindən, digər 3-ü Şamaxı rayonunun Meysəri, Göylər, Qaladərəsi kəndlərindən, 2-i isə Balakən rayonunun Talalar və Hənifə kənd sakinləridirlər. Bir il ərzində davam edən layihənin 5-6 kənddən kənara çıxa bilməməsi gözlənilən subyektiv səbəblərlə yanaşı, həm də "Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinin fəaliyyətsizliyinin əyani təzahürüdür. Bununla belə, obyektivlik naminə vurğulayaq ki, Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının aqrar sektorun inkişafı naminə müəllifi olduqları mənasız layihələrdən fərqli olaraq "AFAQ” layihəsində, heç olmasa, bəxti gətirən təsərrüfatçı xanımlar avadanlıq və bəzi hallarda isə inək, toyuq-cücə ilə təmin olunurlar.
Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının texniki yardımı ilə həyata keçirilən AFAQ layihəsinə "PAŞA Holding” maliyyə dəstəyi verir. Cahandar Laçınlı Qlobal.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
|