Sahil Babayevin işçiləri Masallıda da GÜL VURUR... - NARAZILIQ!
Tarix: 7-01-2021, 09:12 | Çap et
Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilginc rəqəm açıqlayıb. Nazir bildirib ki, saxta əlillik dərəcələrinin ləğvi nəticəsində böyük miqdarda vəsaitə qənaət edilib. “Saxta pensiya və müavinətlərin ləğvi nəticəsində 2020-ci il ərzində 250 milyon manat dövlət büdcəsi vəsaitinə qənaət edilib. 2018-ci ilə qədər dövlət büdcəsindən DSMF-ə transfert 38 faiz təşkil edirdisə, cari ildə bu göstərici 25 faizə düşüb. Cari il ərzində pensiyaların 10 faizə qədər indeksasiya edilməsi planlaşdırılır. Alıcılıq qabiliyyəti üzrə minimum və orta pensiya məbləği MDB məkanında ən yüksəkdir”.
Deputat Razi Nurullayev saxta əlillik dərəcəsinin ləğvi nəticəsində qənaət olunan vəsaitin kifayət qədər böyük məbləğdə olduğunu vurğulayıb. O bildirib ki, bu qədər vəsait Ermənistanın dövlət büdcəsinin onda birini təşkil edir. “Hələ görün digər qurumlarda nə qədər dövlət vəsaitinin israfına yol verilir”, — deyə millət vəkili qeyd edib.
KİV üzərindən apardığımız müşahidələr göstərir ki, əlilliyi saxta hesab olunaraq pensiyası kəsilənlərin az qala hamısı ədalətsizlikdən gileylənirlər. Bu, başa düşüləndir. Məsələ burasıdır ki, onların arasında haqlı olanlar da az deyil. Elə təəssürat yaranır ki, sanki Nazirlik öz qarşısına aşkar edəcəyi “saxta əlillik” hallarının sayına, yaxud, bu maddə ilə qənaət edəcəyi məbləğə dair proqnoz öhdəliyi götürüb, Nazirliyin yerlərdə yoxlama aparmaqla vəzifələndirilmiş əməkdaşları isə ilk növbədə məhz həmin planı nəyin (kimin) bahasına olur-olsun, doldurmaqla məşğuldurlar. Yəni, əvvəlcə statistikaya işləyirlər, necə deyərlər, “sonrasına Allah kərimdir”.
Masallı şəhəri, Sabir küçəsi – 11 ünvanda yaşayan 1983-cü il təvəllüdlü Məmmədova Nuranə Tahir qızı iki dəfə insult keçirmiş, əlil arabasında gəzən, ürəyinə kardiostimulyator qoyulmuş III-IV dərəcəli ağır xəstədir. Onun üzləşdiyi süründürüməçiliklə, bürokratik əngəllər məmur özbaşınalıqları barədə redaksiyamıza şikayəti ilə əlaqədar apardığımız araşdırmalar əsasında “Dəryaz” qəzetinin internet əlavəsi olan “Deryaz.az” saytında son vaxtlar iki dəfə tənqidi məqalə dərc olunub. Yazırdı ki, dərman-davasının pulunu çatdıra bilmədiyindən, ehtiyacını qismən də olsa qarşılamaq üçün əlillik statusu və pensiya hüququ almaq məqsədilə baş həkim C.Nəzərova dəfələrlə müraciət edib. Təxmininə görə, baş həkimə yanaşmanın “düzgün” yolunu bilmədiyindən, onun “forma-88” sənədi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilmirdi.
Xatırladaq ki, N.Məmmədova iki dəfə insult keçirmiş, əl arabasında gəzən, ürəyinə kardiostimulyator qoyulmuş III-IV dərəcəli ağır xəstədir. Yazırdı ki, dərman-davasının pulunu çatdıra bilmədiyindən, ehtiyacını qismən də olsa qarşılamaq üçün əlillik statusu və pensiya hüququ almaq məqsədilə aidiyyəti vəzifəli şəxslərə dəfələrlə müraciət edib. Təxmininə görə, məmurlara yanaşmanın “düzgün” yolunu bilmədiyindən, onun “forma-88” sənədi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilmirdi.
Redaksiya olaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə, Səhiyyə naziri cənab Oqtay Şirəliyevə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru cənab Cavid Əbdül-Qədirova, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova tərəfimizdən məktublar yazılmış, qələmə aldığımız məqalələrdə ehtiva olunan məsələlərin obyektiv araşdırılmasına, tənqid etdiyimiz vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə və nəticə barədə redaksiyamızın məlumalandırılmasına göstəriş vermələrini xahiş etmişdik.
Nəhayət, məsələ “ölü nöqtədən” tərpəndi, N.Məmmədovanın “forma-88”-ini yazıb Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə göndərdilər. Amma tezliklə məlum oldu ki, sənəddə onun xəstəliyinin gerçək vəziyyətini xeyli “yüngülləşdiriblər”, daha dəqiq desək, xəstənin ürəyinə kardiostimulyator cihazı qoyulduğunu göstərməyiblər. Bu isə ona yüksək dərəcəli əlillik statusu verilməsini əngəlləyib – Mərkəzdən N.Məmmədovaya belə cavab vermişdilər.
N.Məmmədova hətta belə düşünürdü ki, ona başqa xəstənin səhhət durumunu əks etdirən məlumatı da vermiş ola bilərlər. Bu məsələ ilə də əlaqədar xeyli gəlişmələrdən sonra Masallı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası (HMK) Nuranə Məmmdəovaya 0286003AAUXY saylı 26.11.2020-ci il tarixli bildiriş verərək təsdiqlədi ki, o, həqiqətən Komissiya tərəfindən müayinə olunmuşdur və “Tibbi – sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. Xəstənin əsas diaqnozu: Z 95,0 — Süni ürək ritmi aparıcısının olması III dərəcə AV blokada səbəbindən aparılmış EKS implantasiyası əməliyyatından sonrakı vəziyyət (30.06.2008); Ağırlaşma halları kimi: 150,0 – Durğunluq, ürək çatışmazlığı Xr QDÇ III f/s, 144,2 – Tam qulaqcıq – mədəcik blokadası AV-blokada III dərəcə; yanaşı xəstəliklər kimi: Z 95,2 – Ürək qapağının protezinin olması Üçtaylı qapağın protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (23.06.2008), 136,1 – Üçtaylı qapağın qeyri-revmatik çatmamazlığı QÜQ – Üçtaylı qapağın çatışmazlığı; TSEK-ə göndərilməsi üçün əsas kimi: “Ümumi xəstəlik” göstərilmişdir.
Mərkəzdən N.Məmmədovaya imtina cavabı verilmişdir. Əsas göstərilib ki, guya dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Həkimin rəyi də bu olub ki, əsas diaqnozun ağırlaşmaları (QDÇ) və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin.
Yəqin ki, oxucular Masallı RMX-nin HMK-nın göndərişində sadaladığımız bəndlər arasında 150,0 sayında olanı oxudular və orada “QDÇ” sözünü də gördülər . bəs elə isə Mərkəzin rəyindəki bu ziddiyyət haradan ortaya çıxıb? Elə bu suala cavab tapmaq üçün paytaxtın 4-cü mikrorayonunda yerləşən Respublika TSEK-inə yola düşdük. Qapının ağzını kəsdirən mühafizəçilər polislər və hərbçilər dəmir barmaqlıqlar arxasından Mərkəzə gəlmiş əlillərlə mübahisə edirdilər. Çünki gələnlərin demək olar hamısının dərdi bir idi – Pensiyaları kəsilmiş, əlillik statusları, dərəcələri tanınmamışdı. Bizim qarşımızı kəsən mühafizəçi sözümüzü dinlər-dinləməz bildirdi ki, bəs şikayətini araşdırdığımız xəstə bizə notariat qaydasında təsdiqlənmiş etibarnamə verməli və biz də onu göstərməliyik ki, içəri buraxılaq. Onu ha başa salmağa çalışdıq ki, biz jurnalistik, vəkil deyilik, xəstənin nümayəndəsi də deyilik, öz peşə fəaliyyətimizlə məşğuluq. Başa düşmədi. Düşmək istəmədi. Belə qənaətə gəldik ki, əgər biz — cəmiyyətin güzgüsü sayılan mətbuat nümayəndələri belə hallarla qarşılaşırıqsa, görün indi adi vətəndaşlar nə çəkirlər?
Xeyli çək-çevirdən sonra mühafizəçi qəbul şöbəsinin müdiri Gündüz müəllimlə əlaqə saxlayacağını deyib, onu gözləməyimizi məsləhət gördü. Başqa əlacımız yox idi. Gözlədik. Bir xeyli keçəndən sonra Gündüz müəllim gəlib çıxdı. Fürsət tapıb hal-qəziyəni mümkün olduğu qədər qısa danışdıq. O da öz növbəsində söz verdi ki, gedib aidiyyəti həkimi bizim yanımıza göndərəcək. Biz də inandıq. Düşündük ki, əsasən inzibati vəzifə daşıyan qəbul şöbəsinin müdirindənsə, ixtisaslaşmış həkim bizim suallarımızı daha dolğun cavablandıra bilər.
Çifayda, gözləntimiz özünü doğrultmadı. Şöbə müdiri də getdi, it də getdi, ip də getdi, həkim də gəlib çıxmadı.
O, qaçıb hansı deşiyə girdisə gördüm deyən olmadı
Məqalənin əvvəlində qeyd etdiyimiz təxminlərimizə yenisini əlavə etməyə əsas tapırıq. ƏƏSMN aidiyyati strukturları qarşısına təkcə saxta əlillik “faktlarını” aşkar etmək planı qoymaqla kifayətlənməyib, həm də yeni tanınacaq əlillik statuslarının, artırılacaq əlillik dərəcələrinin sayına limit qoyub. Plan doldurulmalı, limit gözləniməlidir, vəssalam!
Uğursuz müqayisə də olsa, bu yerdə adamın yadına əvvə dovşanların qulağını kəsmək, sonra saymaq məsələsi düşür. //deryaz.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
|