`KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                 

Ziya Məmmədov və Zakir Qaralova qarşı korrupsiya ittihamları - onların həbsi mümkündürmü...
Tarix: 18-02-2021, 09:05 | Çap et
Ziya Məmmədov və Zakir Qaralova qarşı korrupsiya ittihamları
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra Azərbaycanda dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edən digər eks-məmurların cəzalandırılacağına ümidlər artıb. Cəmiyyət adı külli miqdarda yeyintilərdə hallanan sabiq məmurların törətdikləri əməllərə görə məsuliyyətə cəlb edilməsini gözləyir.

Belə sabiqlər sırasında nəqliyyat naziri olmuş Ziya Məmmədov, keçmiş baş prokuror Zakir Qaralovun adı ön sırada çəkilir. Məsələ burasındadır ki, iri neft gəlirlərinin axını başlanan 2000-ci illərdə Azərbaycanda avtomobil yollarının tikintisi və yenidənqurulmasına külli miqdarda vəsait sərf olunub. Yol layihələrinin böyük bir hissəsi dövlət büdcəsi, qalanı isə dövlət zəmanəti ilə alınan xarici kreditlər hesabına icra olunub. Bir neçə gün əvvəl italyan dizaynerin “Gənclik” metro stansiyası ətrafında inşa edilən yeraltı tunelin tikintisinə sərf olunan vəsaitlə bağlı açıqlaması cəmiyyətdə böyük rezonansa səbəb oldu. “Italian Design” holdinqin rəhbəri Franco Rizzat həmin tunelin tikintisinə 512 milyon dollar xərcləndiyini qeyd edib. Maraqlıdır ki, cəmiyyətin indiki təəccübünün özü iqtisadçı-ekspertlərə təəccüblü gəldi: onlar həmin tunelin tikintisinə həddindən çox vəsaitin xərcləndiyini elə tikinti gedən illərdə açıqladıqlarını bildirirlər. Məsələn, iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, 2011-ci ildə indi böyük təəccüb yaradan “Gənclik” tunelinə həmin dövrə qədər 407 milyon dollar (305 milyon manat) xərclənməsinə dair məlumatı paylaşmışdı: “Sonrakı bir ildə tikinti davam etdi və əlavə 100 milyon manat da xərcləndi. Həmin illərdə biz büdcədən tikinti layihələrinə yüz milyonlarla vəsaitin ayrılmasına dair məlumatları dəfələrlə ictimaiyyətə açıqlamışıq, lakin heç kimdə indiki təəccüb yaranmadı”.

İqtisadçı-alim Qubad İbadoğlu isə Z.Məmmədovun nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə 10,5 milyard manat xərcləndiyini bildirir: “Bu yol layihələrindən biri Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsi layihəsidir. Onun icrasına 360,6 milyon manat (460 milyon dollar) vəsait xəclənib. Metronun ”Gənclik" stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat (388 milyon dollar, bu məbləğə 2013-cü ilin rəqəmi daxil deyil) ayrılıb. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) “sərf edilib”.

İqtisadçı-alim deyir ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənr. Azərbaycanda 2006-2015-ci illərdə tikilən yollar bundan qat-qat baha başa gəlib.

Cəmiyyəti indi düşündürən məqamlardan biri də budur ki, yol layihələrinə dəyərindən qat-qat artıq vəsaitin ayrıldığı dövrdə bu israfçılıq müvafiq qurumların diqqətini niyə cəlb etməyib? “Azpolitikainfo” bunun səbəbi ilə bağlı maraqlı faktları qeyd edib: “Təbii ki, bu talançılığı bütünlüklə Ziya Məmmədovun ayağına yazmaq insafsızlıq olar. Nəzərə alın ki, qeyd etdiyimiz bu milyardlarla vəsait Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb. Bəs haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları - Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və sair? Axı bu vəsaitlərin hara və necə xərcləndiyini ən dəqiq Nazirlər Kabineti və Hesablama Palatası izləyə bilirdi...

Buradakı mənimsəməni, talançılığı isə Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və s. üzə çıxarmalıydı. Çıxardımı? Əlbəttə ki, yox.

Niyə? Bunun çoxlu sayda səbəbləri var. Məsələn, indi məşhurlaşan “Gənclik”dəki tunelin tikintisində həmin dövrün baş prokuroru Zakir Qaralovun olduğu iddia edilən “Akkord” şirkəti də iştirak edib! Belə çıxır ki, bu tunelin tikintisində onun da “şərikliyi” var.

İkinci səbəb: Hesablama Palatasının o vaxtkı sədri Heydər Əsədov Ziya Məmmədovun qudasıdır!

Üçüncü səbəb: O illərdəki vergilər naziri Fazil Məmmədov da elə Ziya Məmmədovun tayıdır və sair.

Bu səbəblər siyahısını uzatdıqca uzatmaq olar. Prokuror “şərik”, Hesablama Palatasının sədri quda, qalanlar da yenə “özününkülər” - Ziya Məmmədov “qaz vurub qazan doldurmasın”, varlanmasın, bəs neyləsin"?

Qeyd edək ki, “Gənclik”dəki tunel Məmmədov-Qaralov “əməkdaşlığının” ilk məhsulu deyil. Belə ki, bu cütlüyün birgə fəaliyyəti Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun yenidənqurulması layihəsində də qeydə alınıb. Özü də “Gənclik”dəki tuneldən fərqli olaraq bu layihə faktiki olaraq batırılmış sayılır. Belə ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi hesab olunan bu yolun yenidənqurulmasına 2006-cı ildən başlanıb, 2008-ci ildə istifadəyə verilib. Yolun xeyli hissəsi beton örtüklə üzlənmişdi - iritonnajlı avtomobillərlə yükdaşımaların həcminin artması pesrpsektivi nəzərə alınmışdı. Yolun beton örtüklü hissəsini bütünlüklə “Akkord” şirkəti inşa etmişdi. Bu yolun tikintisinə iki il ərzində büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalara hesabına 1 milyard manata qədər vəsait xərcləndi. Üstündən 10 il keçməmiş yol elə vəziyyətə düşdü ki, dövlət onu yenidən çəkmək qərarına gəldi!

Prezidentin 2018-ci ildə imzaladığı sərəncamla Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni yolun tikintisinə qərar verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, yeni yolun tikintisinə 2018-ci ildən başlanıb. Uzunluğu 152 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun 2021-ci ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

2018-ci ilin fevralında Prezidentin sərəncamı ilə yolun tikintisinə dövlət büdcəsindən 150 milyon manat ayrılıb. Həmin il əlavə olaraq yolun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə 7,1 milyon manat, 16 km-lik - Masazır-Novxanı hissəsinin tikintisinə 1,8 milyon manat, 2019-cu ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 45 milyon manat, 2020-ci ildə yolun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinə 8 milyon manat vəsait ayrılıb.

Göründüyü kimi, sabiq nəqliyyat naziri ilə baş prokurorun işbirliyi dövlətə 1 milyard manatdan yuxarı zərər vurub. Bu halda, batırılmış, yaxud şişirdilmiş layihələrin yenidən araşdırılması, hər iki sabiq məmurun həbsə alınması mümkündürmü? Hüquqşünas-ekspertlərin qənaətincə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun yol layihələrindəki mənimsəmə faktlarına görə həbsinə asanlıqla əsas tapmaq olar: “Yalnız Bakı-Quba-Rusiya dövlət sərhədi istiqamətində deyil, Bakı-Gürcüstan dövlət sərhədi yolunun tikintisində də böyük mənimsəmələr, şişirtmələrə yol verilib. Təsəvvür edin, iş o yerə çatmışdı ki, yol layihələri texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmadan icra olunurdu. Nəticədə başlanğıcda 10 milyona başa gələcəyi elan olunan tikintiyə sonunda 100-150 milyon manat xərclənirdi. Bakı-Gürcüstan dövlət sərhədi avtomobil yolu yükdaşımaların həcminə görə Rusiya sərhədi yolundan daha intensivdir. Bu yolu Ziya Məmmədovun dövründə ikicərgəli tikdilər, özü də külli miqdarda dövlət və kredit vəsaitləri hesabına. İndi başlayıblar onun 4 və 6 cərgəyə genişləndirilməsinə. Halbuki bu yolla hərəkət intensivliyinin sürətlə artması perspektivi nəzərə alınmaqla, ilk mərhələdəncə 4-6 cərgəli çəkilməsi lazım idi.

O zamanlar həyata keçirilmiş istənilən yol layihəsi üzrə araşdırmalar aparılsa, Ziya Məmmədovun həbsi üçün kifayət qədər əsaslar tapmaq olar. Hesablama Palatasının bir yoxlaması kifayətdir yüz milyonlarla manatlıq korrupsiya faktlarının aşkarlanması üçün. Lakin bunun üçün yüksək səviyyədə qərar verilməlidir. Düşünürəm ki, Səlim Müslümovla bağlı belə qərar oldu deyə cəmiyyətdə digər məmurlara yanaşmada da eyni münasibətin sərgilənməsi gözləntiləri yaranıb. Amma burada qərarın yüksək səviyyədən verilməsi lazımdır".

Keçmiş baş prokuror Zakir Qaralovun yol tikintisi layihələrinə görə həbs ehtimalını ekspert yüksək qiymətləndirmir: “Yol layihələrinin icrasında iştirak edən ”Akkord" şirkətinin Zakir Qaralova bağlılığına dair məlumatlar mətbuatda çox yazılıb. Amma bunu hüquqi cəhətdən sübut etmək çox çətin, indiki halda mümkünsüzdür. Əvvəla, Zakir Qaralovun o şirkətə birbaşa bağlılığını təsdiqləyən rəsmi sənədlər heç vaxt mövcud olmayıb - baş prokuror vəzifəsini daşıyan şəxsin biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Digər tərəfdən, yenə də mətbuatda yayılan məlumatlara görə, şirkət artıq Zakir Qaralova bağlı deyil. Eyni zamanda Z.Qaralovu vəzifədə olarkən yol tikintilərindəki korrupsiyalara görə fəaliyyətsizlikdə də ittiham etmək çətindir. Bunun üçün Baş Prokurorluğa müvafiq qurumlardan - Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası tərəfindən rəsmi müraciətlərin olması, Baş Prokurorluğun isə onları araşdırmaması faktları olmalıdır. Düşünmürəm ki, həmin qurumlardan belə müraciətlər olub və nəticəsiz qalıb. Belə götürdükdə, Zakir Qaralovu rəhbəri olduğu qurumun özündə mövcud olmuş korrupsiyaya görə də həbs etmək mümkündür. Sadəcə, qeyd etdiyim kimi, bununla bağlı qərar olmalıdır"...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru