Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                 

Ukraynada proseslər bu qədər uzanmasaydı, Qarabağda savaş başlayacaqdı - DƏYİŞİKLİK MÜTLƏQDİR
Tarix: 12-02-2014, 09:05 | Çap et
Ukraynada proseslər bu qədər uzanmasaydı, Qarabağda savaş başlayacaqdı
DİA.AZ: - Artıq Ukraynada baş verən prosesləri bitmiş hesab etmək olar. Qabaqcadan da proqnozlaşdırdığımız kimi, Rusiya Ukraynada qələbəyə qədər savaşdı. Və bu savaşı boyunca hətta ən ağlaçığmaz addımları belə atacağını gizlətmədi. Bunu da əvvəlindən qeyd etmişdik və bildirmişdik ki, Kreml siyasətdəki ənənəvi rus çalarına uyğun olaraq - hesablanmayan, «ruskaya tupost» adını almış mahiyyətə xas olaraq hətta Ukraynanı parçalamağa belə hazır olduğunu nümayiş etdirdi.

Kimiləri üçünsə Ukraynadakı olaylar hələ bitməyib. Amma artıq hər şey geridə qalıb. Hətta bundan sonra Ukraynada vətəndaş müharibəsi olsa belə, Rusiyanın maraqlarının hansısa formada xətər görəcəyi imkansızdır. Rusiya əlindəki xəfif qələbəni möhkəmləndirə bilməsi üçün bütün mümkün olan və olmayan addımları atacaq.

Təbii ki, burada maraqlı olanı Azərbaycanın mövqeyidir. Azərbaycanı bu olaya qarışdırıb ağıllı görünmək istəyən və kifayət qədər tanınmış olan politoloqlarımız qeyd edirdilər ki, artıq Rusiya Ukraynada məğlub olub və bu proseslər Azərbaycanın da aid olduğu regionda Kremlin maraqları üçün böyük təhlükəyə gətirib çıxaracaq.

Amma əksi oldu. Ruslar buralarda hələ çox qalmaq niyyətində olduqlarını nümayiş etdirdilər. Onların Ukrayna nədir, hətta itirilmiş hesab etdikləri keçmiş sovet məkanı uğrunda daha acımasız mübarizəyə tədarüklü olduqları isə faktdır.

Və bu gerçəklik fonunda Rusiya-Azərbaycan münasibətlərinin hansı müstəvidə cərəyan edəcəyi də kifayət qədər maraqlıdır. Təbii ki, Azərbaycan hakimiyyəti nə Yanukoviçin iqtidarının eynisi deyil, nə də Azərbaycan xalqı ukraynalılar qədərində Avropa sevdalıları hesab olunmur. Bu gün əgər ukraynalıları Avropa Birliyi cəlb edirsə, Azərbaycan xalqını daha çox Qarabağ itiyinin geri qaytarılması maraqlandırır.

Elə buna görə də Rusiya Azərbaycanla danışıqlar masasında «Qarabağ ləhcəsində» danışmaqdadır… Və bütün istiqamətlərdə Azərbaycanın ram edilməsi üçün məhz bu problemə söykənərək təzyiqlər həyata keçirilir.

Kimsə iddia ediə bilməz ki, İlham Əliyev və onun komandası Qarabağın işğaldan azad edilməsini arzulamır. Və son illərdə Azərbaycanın öz hərbi arsenalını daha da gücləndirməsi, bu istiqamətə böyük yatırımlar qoyması, paralel olaraq hərbi sənayeyə ciddi maliyyə ayırması və digər bu kimi faktlar İlham Əliyevin bu gün diplomatik müstəvidə prioritet kimi qələmə verdiyi sülh danışıqlarını yeganə vasitə kimi görmədiyini sübutlamaqdadır. Yəni fakt olanı odur ki, Azərbaycan hakimiyyəti dəyənəyini əlindən yerə qoymağı düşünmür və elə hər şeyin də məhz əlindəki dəyənəyin gücü, əzəməti ilə həll olunacağına inanır.

Rusiya isə net şəkildə Qarabağ probleminə münasibətini açıqlayıb. Yəni Kremlin icazəsi olmadan Xankəndində Azərbaycan bayrağı dalğalanmayacaq. İndi isə Azərbaycanın belə bir icazəni bir şərt olaraq əldə etməsi şəraiti yaranıb. Ən azından regionda Rusiyanın maraqlarına Azərbaycanın bir isti reaksiyası Qarabağda böyük dönüşlər üçün zəmin yarada bilər.

DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, hələ son prezident seçkiləri ərəfəsindən rəsmi Bakı ilə Kreml arasında məhz Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparılır. Xatırlayırsınızsa, Bu günlərdə Ermənistan tərəfinin elə özündən bir fikir gəldi ki, Sərkisyan Qarabağı rüşvət müqabilində Azərbaycana satıb. Hər halda, bu, Rusiya-Azərbaycan danışıqlarının Ermənistanda əks olunan təzahürüdür.

Məlumatlı mənbə iddia edir ki, Azərbaycanın Qarabağı azad edə bilməsi üçün Kremlin yumşalması gözləniləndir: «Artıq danışıqlar bu mərhələyə qədəm basıb. Azərbaycan diplomatik cəbhədə ciddi nailiyyətlər əldə edib. Həm də Rusiyanın başqa bir şansı da yoxdur. Nə Ukraynadakı proseslərin bənzəri hesabına Azərbaycanda maraqlarını yürütmə iqtidarına malik deyil, nə də Azərbaycan xalqında Rusiyaya qarşı hər hansı simpatiya mövcud deyil ki, Kreml məhz bu dəyərlərə söykənib rəsmi Bakıya təzyiqlər edə bilsin.

Ən böyük təzyiqlərini prezident seçkilərindən əvvəl işə salmışdılar. Bunun da nəticələri ortadadır. Yəni Rusiyanın hətta yerli Azərbaycan müxalifətinə stavka görüntüsü belə effektiv olmadı. Bunu artıq Kremldə də yaxşı anlayırlar. Və başa düşürlər ki, paytaxtının ən yüksək yerində məhz rus qoşunları tərəfindən qətlə yetirilmiş şəhidlərinə anıt yeri quran bir millətin ruslarla səmimi yoldaşlığı imkansızdır».

Mənbəmiz bütün bu dəyərlərin rusiyalı polittexnoloqlar tərəfindən ciddiyə alınaraq bir faktor kimi hesablandığını da qeyd edir: «Təbii ki, belə bir əsnada Rusiya Azərbaycana fərqli yollarla girməyə cəhd edəcəkdi. Ənənəvi silahları ortadadır. Etnik separatizm… Bu da əvvəlki qədərində təsirli deyil. Artıq rəsmi Bakı məhz qeyd olunan şəraitdə üzərinə gəlinə biləcək istənilən bir təhdidi anındaca dəv etmə ənənəsinə malikdir. Və Rusiyanın son çarəsi məhz Azərbaycan hakimiyyəti ilə dil tapmaq idi ki, gömrük ittifaqı və nəhayətdə Avrasiya Birliyi naminə bu danışıqlar aylardır ki, davam etməkdədir».

Mənbə iddia edir ki, əgər Ukraynada proses uzanmasaydı, bəlkə də yaz aylarında Qarabağda hərbi əməliyyatlar bərpa olunacaqdı: «Təbii ki, Kiyevdə başi verənlər Cənubi Qafqazda gözlənilən dəyişiklikləri yubatdı. Amma müharibə olacaq. Bütün proseslər buna aparır»…

Azər - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru