Tək çıxış yolu Türk Millətçiliyidir - Əks halda vəhabilər bizi yeyəcək!
Tarix: 18-02-2014, 09:09 | Çap et
DİA.AZ: - Son prezident seçkiləri ərəfəsində hakimiyyətin küncə sıxışdırılması barəsində təəssüratlar var idi. Yəni belə təqdim olunurdu ki, Azərbaycan iqtidarı Qərblə və Rusiya ilə eyni zamanda problemlər yaşayır. Buna misal olaraq isə uzun müddət Qərb tərəfindən dəstəklənən və Qərbin Azərbaycandakı dayağı kimi təqdim olunan Azərbaycanın siyasi müxalifətinin Rusiyanın nəzarəti altında olan Milli Şura layihəsində yer alması faktı göstərilirdi. Hətta bəzi ekspertlər daha da irəli gedərək artıq Qərblə Rusiyanın Azərbaycanla bağlı anlaşdığını və bu anlaşmanın Bakının siyasi rənginin dəyişməsi ilə yekunlaşacağını iddia edirdilər.
Lakin bunların heç biri baş vermədi. Qərblə Rusiyanın ortaq layihəsi kimi təqdim olunan Milli Şuranı Kreml yarıyolda qoydu. Putinin Bakı səfərinin ardından Rusiya ilə bütün problemlərini çözdüyü təəssüratını yaradan Azərbaycan iqtidarı Qərbin mühüm iqtisadi dairələri ilə olan münasibətlərinə arxayın olaraq bir-iki nöqtədən verilən sərt təpgiləri nəzərə almayaraq prezident seçkiləri prosesindən uğurla çıxmağa müvəffəq oldu.
Yəni Azərbaycanda hakimiyyət dəyişmədi. Amma hakimiyyətə olan münasibət çox ciddi dəyişikliyə uğradı. Yaranmış situasiyadan istifadə edən rəsmi Bakı üzərinə gələn ənənəvi müxalifət qüvvələrinin buraxdığı yanlışlıqlar fonunda hətta «millilik» kimi bir ünvana belə sahib oldu. Elə bu fakt yetərli idi ki, hətta ən demokratik şəraitdə belə Milli Şura və yaxud da buna bənzər bir çətir altında alternativlərin hər hansı çabası səmərəsizliyə uğrasın.
Bunun başlıca nədənini müxalifətin ənənəvi uğursuzluq sindromu ilə əlaqələndirənlər olsa da, əsas, həlledici olan daha bir məqam var idi. Bu da Rusiyanın Azərbaycandakı reputasiyasıdır. Kimsə üçün sirr deyil ki, azərbaycanlılar çörək dalınca Rusiyaya üz tutsalar belə, Rusiyanı hər zaman düşmən obrazında görüblər. bu düşmənçiliyin köksümüzə xəncər kimi saplanmış damğalarından biri əgər 20 Yanvar faciəsidirsə, digəri də ermənilərlə ortaq şəkildə həyata keçirilən Xocalı qətliamıdır. Təbii ki, son 20-30 illik tarix ərzində rusdan belə bir zərbə almış bir millətin Moskva yandaşı olacağı imkansızdır. Necə ki, əraziləri rus bombardmançı təyyarələrinin hədəfinə çevrilən gürcülərin Kremlə səmimi xoş münasibətləri imkansızdır, eləcə də Azərbaycan türklərinin Rusiyaya sıcaq bğaxması qeyri-mümkündür.
Elə bu faktor yetərli oldu ki, lideri Moskvada oturub, serial çəkən Milli Şura layihəsi başından iflasa uğrasın. Və bir daha qeyd edirik ki, proseslər hakimiyyətin xeyrinə təkcə ona görə işləmədi ki, rəsmi Bakının siyasi rəngi dəyişməz olaraq qaldı, həm də hakimiyyət dünənə qədər üzərinə gələn qüvvələrin «vətən, millət» kimi şüarlarını də əlindən alaraq, rəqiblərini ideoloji baxımdan da tərkisilah edilmiş vəziyyətə saldı. Yəni indi artıq Azərbaycanda ideologiyaların deyil, faktiki olaraq siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi gedir.
Bunun yetərincə sübutları var. Kimsə iddia edə bilməz ki, nə İsa Qəmbərin başçılığı altında olan Müsavat Partiyası, nə də Əli Kərimlinin rəhbərlik etdiyi AXCP Qarabağ cəbhəsində indiki hakimiyyətin əldə etdiklərindən artığına nail ola bilər. Hər halda, bu gün bizləri bir millət olaraq daha çox narahat edən Qarabağ probleminin həllinin hansı ünvanda olduğunu hər kəs gözəl bildiyindən, məlum itiyimizlə bağlı siyasi rəng dəyişikliyi şəraitində daha yaxşı nəyəsə nail olacağımıza ümid edə bilmirik.
Yəni bu gün əslində siyasi qruplar sosial xarakterli şüarlarla bir-birilərini yenməyə çalışaraq Azərbaycanda hakimiyyət uğrunda mübarizə görüntüsünü formalaşdırmaqdadırlar. Halbuki normalda, əslində Azərbaycanın ehtiyacında olduğu ideyalar, ideologiyalardır. Bu baxımdan həm iqtidar və həm də müxalifət açıq şəkildə bu gün təhlükə kimi gördüyümüz dini zəminli qruplaşmalara uduzur. Elə buna görə də, bu gün asanlıqla insanlar hansısa dini cərəyanın ətrafında qısa müddətə təşkilatlana bilir. Çünki alternativ ideyalar mövcud deyil. İllər uzunu eyni simaların siyasi mübarizəsi Azərbaycanda ideologiyalaşmanı darmadağın etdiyindən vəhabilik, nurçuluq kimi təriqətlər gündə bir deyil, 100 vətəndaşımızı oğurlayacaq qədərində qüdrət sahibinə çevriliblər.
Bu gün Suriyada savaşda ölən oğullarımızı Azərbaycan bayrağına sarıyıb dəfn edə bilmiriksə, günahı özümüzdə axtarmalıyıq. İllərdir bu ölkədə türk kimliyi yasaqlanıb. Bu məmləkətin superetnosunun təbii haqqları TƏHLÜKƏ kimi təqdim olunub. İnsanların Türk Millətçiliyi ideologiyasına sarılması vahiməli bir hadisə olaraq anladılıb.
Nəticəsi də belə olmalı idi…
Təbii ki, gec deyil və bu gün Azərbaycan insanlarının rahatlıqla öz milli kimliklərinə söykənən, istinad edən yöndə təşkilatlanmasına demirik ki, şərait yaradılmalıdır, ən azından maneçilik törədilməməlidir. Əgər bu qadağalar - hərgah qadağalar qeyri-rəsmi mahiyyət daşısa belə - aradan qalxarsa, vətəni və milləti uğrunda canını fəda edənlərin səfərbər olmuş ordusu qarşısında kiminsə əlinə taxta alıb təhsil nazirliyinin qapılarını döyəcləməsi mümkün olmaz, kiminsə də saqqalını uzadıb, millət oğullarını oğurlayaraq cəhənnəm yoluna daşımasına imkanı olmaz.
Bəli, hələlik, gec deyil…
Azər - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
|