Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                 

Cəlal Əliyevin Aslanov barədə İlham Əliyev və Mehriban Əliyevaya müraciəti - Əbülfəz Əliyevin 7 yaşlı uşağından ürək yandıran fikirlər
Tarix: 21-02-2015, 10:22 | Çap et
Cəlal Əliyevin Aslanov barədə İlham Əliyev və Mehriban Əliyevaya müraciəti
Qəzetimizin 28-31 yanvar və 05-10-12-17 fevral 2015-ci il tarixli saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun mənimsənildiyi barədə ətraflı məlumat vermişdik. Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib:
"Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa, ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi.
Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başcısı İsmayıl Vəliyev və Xızı rayon icra başcısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev susdurulmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu. O cümlədən bu məsələ hətta mətbuat vasitəsilə ictimailəşəndən sonra belə nə qarşı tərəfdən, nə də hüquq-mühafizə orqanları tərəfindən heç bir münasibət bildirilməyib.
Dünən redaksiyamıza gələn Əliyev Əbülfəz və 7 yaşlı oğlu Cəlal Əliyev atasının düşdüyü bu vəziyyətlə əlaqədar dövlət başcısı cənab İlham Əliyev və xanımı millət vəkili, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevadan qəzetimiz vasitəsilə kömək istədi. Biz 7 yaşlı Cəlal Əliyevin müraciətini sizin diqqətinizə çatdıracağıq. Amma əvvəlcə atası Əbülfəz Əliyevdən oğlunun bu fikrə nədən gəldiyi barədə soruşduq. Zərərçəkən bizimlə söhbətində bildirdi ki, bu iki il ərzində düşdüyü vəziyyət uşaqlarına həm maddi, həm də psixoloji baxımdan güclü təsir edib: "Mən bu problemlə əlaqədar daim ora-bura gedir, çıxış yolu axtarıram. Buna görə də vaxt tapıb uşaqlarımla ciddi maraqlana, qayğılarına qala bilmirəm. Digər tərəfdən ciddi maliyyə problemi yaşadığımdan, o cümlədən borc sahiblərinin, bankların məni və ailəmi tez-tez narahat etməsi də uşaqlarımda ciddi sarsıntılar əmələ gətirib. Həm öz evimi, həm də anamın evini borca görə banklar tərəfindən əlimizdən alındığından kirayədə yaşamağa məcburuq. Bu amil də, yəni evsizlik də vaxtilə normal həyat yaşayan uşaqlarım üçün problem yaradıb. Hətta 7 yaşında uşaq belə mənim nə vəziyyətdə olduğumu hiss edir. Anasından, nənəsindən eşitdikləri onu bu müraciəti etməyə vadar etdi. Səmimi deyirəm, bu, onun şəxsi təşəbbüsüdür. Məktəbdə müəlliməsi ilə bağlı bu barədə söhbət edib və prezidentimizə və xanımına müraciət yazmaq qərarına gəliblər".
İndisə zərərçəkmiş Əbülfəz Əliyevin 7 yaşlı oğlu Cəlal Əliyevin Azərbaycan prezidenti cənab İlham Əliyevə və xanımı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciətini sizin diqqətinizə çatdırırıq.
Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevaya müraciət edirəm!
Əziz Prezidentimiz və Mehriban xanım!
Mənim indi 7 yaşım var. Martın 31-də 8 olacaq. Bakı şəhəri 47 saylı orta məktəbin 2-ci sinifində oxuyuram. Dərs əlacısıyam, həftənin 2 gününü idmanla məşğul oluram. Atam, anam, nənəm demək olar ki, hamı mənim və digər azyaşlı qardaşlarımın qayğısına qalırlar. Məktəbdə müəllimlərimlə və şagird yoldaşlarımla mehribanam. Yaxşı oxuduğuma görə tez-tez müəllimlərim tərəfindən təriflənirəm. Gənclər və İdman Nazirliyinin keçirdiyi yarışlarda rəhbərlik tərəfindən iki dəfə qalib olduğuma görə mükafat almışam. Mükafatlarım indi də məktəbdə şərəf lövhəsindən asılıb.
Əziz Prezidentimiz və Mehriban xanım!
Artıq iki ildən çoxdur ki, atamın bir probleminin yarandığını bilirəm. Bu problem atamı tamamilə dəyişib. Mən onu hər gün qəmgin və fikirli görürəm. Həmişə deyib-gülən, bizimlə zarafat edən, oynayan atam indi evə gələndə ancaq oturub fikirləşir. Amma əvvəllər evə gələn kimi bizi öpər, kefimizi soruşar, dərslərimizlə maraqlanardı. İndisə tamamilə dəyişib.
Düzdür, atamın nə problemi olduğunu dəqiq bilmirəm. Amma atamın niyə həmişə qəmgın olduğunu nənəmdən soruşanda dedi ki, bəs yüksək vəzifədə olan bəzi şəxslər atamı aldadaraq onun nəyi var idisə əlindən alıblar. Buna görə də nənəmin və bizim evimizi bank əlimizdən alıb. İndi evimiz olmadığından nənəmlə birgə kirayədə yaşayırıq.
Əziz Prezidentimiz və Mehriban xanım!
Atamın pulunu alan, bizi evsiz qoyan insanlar pis adamlardır. Onlar vəzifədə olduqlarına görə, bizim kimi çox insanları aldadaraq pullarını, evlərini əllərindən alırlar. Bu adamlar nə Allahdan, nə də Sizdən qorxmurlar. Amma mən inanıram ki, siz Azərbaycanda hamıdan güclü və ədalətlisiniz. Mən bilirəm Siz və Mehriban xanım o adamları tənbeh edib cəzalandıracaqsınız. Əgər siz onları cəzalandırsanız bəlkə onda həmin o pis adamlar atamın pulunu və bizim evimizi geri qaytararlar. Bu işdə atama yardım edəcəyinizə Sizi sevən bir azərbaycanlı şagirdi kimi inanıram. Bəlkə bundan sonra atamın üzündə təbəssüm yarana və bizimlə əvvəlki kimi oynayar, gəzməyə aparar.
Əziz Prezidentimiz və Mehriban xanım!
Bizə məktəbdə müəllimlərim öyrədib ki, uşaqların da hüquqları var və bu hüquqları prezidentimiz qoruyur. Mən televizorda Sizin və Mehriban xanımın şagirdlərlə tez-tez görüşdüyünüzü, onlarla maraqlandığınızı, xəstə uşaqlara kömək etdiyinizi görüb sevindim ki, bizim də problemimizi həll edəcəksiniz. Ona görə Sizdən və Mehriban xanımdan xahiş edirəm ki, atamı aldadaraq əlindən aldıqları pulu, bizim və nənəmizin evini geri qaytarmaq üçün həmin o vəzifəli şəxsləri cəzalandırasınız. Çünki atam bununla bağlı çoxlu nazirlərə müraciətlər edib. Hər gün evimizdən poçtolyon atamın onlara yazdığı məktubları göndərir. Amma onlardan bir xəbər çıxmır. Heç biri atamın dərdinə şərik olmaq istəmir. Bizə köməklik etmirlər. Ona görə də mən müəllimimlə Sizə və Mehriban xanıma bu müraciəti yazmaq qərarına gəldim.
Əziz Prezidentimiz və Mehriban xanım!
Siz və Mehriban xanım güclü və yaxşı insanlarsınız. Siz pis adamlarla mübarizə aparır, onları cəzalandırırsınız. İnanıram ki, atamın da düşdüyü bu problemdən çıxmasına kömək edəcək, onu aldadan vəzifəli adamları cəzalandıracaqsınız.
Bizim ailəmizi və məni sevindirmək istəyirsinizsə, atama kömək edin ki, bizim və nənəmin evini geri alaq. Qoy bizim də rahat yaşamaq və oxumaq üçün evimiz olsun.
Cənab Prezidentimiz və Mehriban xanım! Mən, ailəm, şagird yoldaşlarım və müəllimlərim sizləri çox istəyirik və inanırıq ki, bizə köməklik göstərəcəksiniz.
Bakı şəhəri 47 saylı orta məktəbin 2-ci sinif şagirdi 7 yaşlı Əliyev Cəlal Əbülfəz oğlu
Hazırladı: Ə.Əliyev
\\ GünBakı \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru