"Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                 

Kənd Təsərrüfatı Nazirliyini peşəkarlar idarə etmir... - Belə davam edərsə...
Tarix: 2-04-2020, 10:34 | Çap et
Kənd Təsərrüfatı Nazirliyini peşəkarlar idarə etmir...
Ət ən çox tələb olunan qida məhsullarından biridir, buna görə də vətəndaşları koronavirus epidemiyasının ət istehsalına və onun dəyərinə necə təsir göstərəcəyi narahat edir. Mövzu üzrə AYNA-ya danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun sözlərinə görə, Covid-19-un yayılması bütün sahələrə mənfi təsir göstərir və onların içərisində kənd təsərrüfatı da istisna deyil.

İndi vətəndaşlardan evdə qalmaları xahiş olunur, yaşı 65-dən yuxarı olanların çölə çıxmaları qadağandır, bir çoxları yoluxma təhlükəsi üzündən işə getməkdən çəkinirlər. Qeyd etmək lazımdır ki, yaşlı insanların əksəriyyəti əkinçiliklə, maldarlıqla məşğuldurlar. Bütün bunlar kənd təsərrüfatı məhsullarının, o cümlədən ət istehsalının azaldılmasına və bu məhsulun maya dəyərinin artmasına, dolayısı ilə bu məhsulların qiymətinin artmasına səbəb olacaq.

Müsahibimizin dediyi kimi, bir neçə aydır, dünya bazarında ətin qiymətində artım müşahidə olunur: “Ət istehsalı yalnız heyvandarlıqdan ibarət deyil, həm də mövcud vəziyyətdə dərman və heyvan yemi ilə təmin olunmada da çətinliklər yarana bilər”.
Vahid Məhərrəmov: Əksər fermerlər zərərə görə pambıqçılıqla məşğul ...
V.Məhərrəmov bildirib ki, ümumi mənada öləkənin daxili tələbatını təmin edəcək ət istehsalı yoxdur: “Bu məsələ həll olunmalı - daxili ət istehsalı inkişaf etdirilməli və idxaldan asılı olunmamalıdır”.

Rəsmi statistikaya görə, bu ilin ilk iki ayında Azərbaycana 14,147 milyon dollar dəyərində 7886,80 ton ət idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1254,1 ton (13.72%) az və 1.532 milyon dollar dəyərində (12.14%) çoxdur.

“Məlumatları təhlil etsəniz, idxal olunan ətin və mal-qaranın idxalının artdığını görə bilərsiniz. Bu il ölkəyə 9,2 milyon dollar dəyərində mal-qara gətirilib, keçən il isə həmin dövrdə 5,7 milyon dollar dəyərində mal-qara gətirilib. Əsasən idxal olunan heyvanlar kəsimlik üçündür. Yəni bunlar mal-qara olaraq rəsmiləşdirilir və bununla da “yerli ət istehsalı” adlandırılır. Anlayışların dəyişdirilməsi, terminlərin manipulyasiyası gedir”, - ekspert vurğulayıb.

Müsahibimizin dediyinə görə, Azərbaycana mal-qara, əsasən Ukrayna, Rusiya və Gürcüstandan gətirilir: “Qeyd edim ki, yerli inhisarçılar üçün dondurulmuş ətin ölkəyə gətirilməsi yerli istehsalın qurulmasından daha sərfəlidir. Bir ildə 60 min ton dondurulmuş ət gətirilir, halbuki, əvvəllər cəmi 5-6 min ton idxal olunurdu. Restoranlarda, kafelərdə, “fast food” obyektlərində, xüsusən də dönərlərdə dondurulmuş ətdən tez-tez istifadə olunur - daha ucuz və yararsızdır. Üstəlik, daha sərfəli və bişirilməsi daha asandır”.

“Ölkədə ev heyvandarlığı sahəsində vəziyyət kritikdir. Bu vəziyyət, əsasən yemin olmaması ilə əlaqədardır. Əvvəllər ölkədə daha çox otlaq sahəsi var idi, indi həmin ərazilərin bir çoxu özünü doğrultmayan sənaye parklarına çevrilir. Kənd təsərrüfatı heyvanlarını lazımi miqdarda yemlə təmin etmək olardı. Azərbaycanda suvarma üçün kifayət qədər su mənbəyi var, bu mənbəyin ehtiyatı 32 milyard kubmetrdir. İqlim bir çox digər ölkələrlə müqayisədə isti olur, bu da bizə üstünlük verir. Otlaqlar vaxtında suvarılsa, yaxşı məhsul əldə edə bilərik. Ancaq bunun üçün suvarma vaxtında təşkil edilməlidir. Əraziləri düzgün becərmək, otlaq sahələrinə lazımi şəkildə qulluq etmək də lazımdır. Ancaq bizdə bunlar həyata keçirilmir, nəticədə otlaq sahələri xeyli azalıb və mal-qaranı saxlamaq müşkülə çevrilib”, - mütəxəssis deyib.

Məhərrəmovun sözlərinə görə, ərazicə Azərbaycandan kiçik olan Niderland özünü heyvandarlıq məhsulları ilə təmin edirsə, üstəlik ixrac edirsə, bu haqda ciddi düşünmək lazımdır: “Bunun səbəbi Kənd Təsərrüfatı Nazirliyini peşəkarların idarə etməməsi ilə əlaqədardır. Düşünürəm ki, vəziyyət belə davam edərsə, bir neçə ildən sonra daha sıxıntılı nəticələrlə üz-üzə qala bilərik. O zaman idxaldan daha çox asılı vəziyyətdə qalacağıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16
"Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Dünən, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru