"Sizin kimi Sədr olan yerdə məhkəməyə getməyə nə ehtiyac vardır?" - GİLEY
Tarix: 10-04-2020, 16:09 | Çap et
KONKRET.az Milli Məclis aparatındakı kadr siyasəti ilə bağlı silsilə yazılar dərc etmişdi. Bu yazılardan sonra saytın email ünvanına minlərlə oxucu tərəfindən təşəkkür dolu məktublar daxil olub. Bu məktublar içərisində MM-də sədr olduğu müddətdə fəaliyyətində ciddi qüsurlara yol verən Oqtay Əsədovun qərarlarından zərər çəkənlərin yazıları da yer alıb. Onlardan biri YAP-ın veteran üzvü Rahim Axundov tərəfindən ünvanlanıb. Milli Məclisin yeni sədri Sahibə Qafarovaya müraciət edən R.Axundov pozulmuş hüquqlarının bərpasını istəyir.
KONKRET.az sözügedən məktubu oxucuların diqqətinə çatdırır.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Sahibə xanım Qafarovaya
Çox hörmətli Sahibə xanım,
Sizə elektron poçtla ünvanladığım 17.03.2020 və 27.03.2020-ci il tarixli məktublarıma əlavə olaraq bildirirəm ki, həmkarınız, Milli Məclisin sabiq sədri cənab Oqtay Əsədov 25.12.2018-ci il tarixində İranda rəsmi səfərdə olanda onun adından barəmdə verilmiş 25.12.2018-ci il tarixli 228-V nömrəli sərəncam (inzibati akt) aşağıdakı faktlara görə qanunsuz və etibarsızdır:
– Mən 25.12.2018-ci ildə saat 14:00 radələrində Milli Məclis Aparatına gəlmiş və ərizəni təqdim etmişəm. Bunu sübut etmək üçün Milli Məclis Aparatınım inzibati binasının kamera göstəriciləri və turniket göstəricilərinə baxmaq kifayətdir. Bu baxımdan, cənab Oqtay Əsədov səfərdən öncə, yəni 25.12.2018-ci ildə səhər saat 8:00-dan öncə ərizəmi və sərəncamı heç cür imzalaya bilməzdi. Səhər saat 8:00-dan sonra 14:00 gəlir. Yəni c-b.O.Əsədov səhər saat 8:00-da İrana gedəndən sonra mən nahardan sonra saat 14:00-da Milli Məclisə getmişəm. Hətta həmin gün c-b.Səfa Mirzəyev saat 14:00-da xanım Ayan Murtuzovanı kadrlar şöbəsinə yeni təyin olunmuş müavin kimi təqdim edirdi. Mən də kadrlar şöbəsinin qəbul otağının qabağında Səfa müəllimi gözləyirdim.
– Bu inzibati akt Əmək Məcəlləsinin, İnzibati İcraat haqqında qanunun, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinin tələblərinə cavab vermir və buna görə də heç bir halda rəsmi sənəd sayıla bilməz. Çünki inzibati aktda müəssisə rəhbərinin imzası yoxdur, bu sərəncam (inzibati akt) müəssisə rəhbəri ölkədə olmadığı halda onun adından qəbul edilmişdir, əslində sərəncamda ya müavinlərdən birinin, ya da səlahiyyətlərini icra edən şəxsin imzası olmalı idi, daha sonra inzibati aktda müəssisənin hüquqi ünvanı yoxdur, poçt indeksi, məlumat almaq üçün telefon nömrəsi və s. yoxdur. Bundan başqa, bu inzibati aktın qəbul edilməsi üçün guya əsas olmuş ərizəmin tarixi də mətnində göstərilməyib. Göründüyü kimi, Milli Məclisin sabiq sədrinin adından barəmdə verilmiş sərəncam (inzibati akt) rəsmi sənəd sayıla bilməz. İnzibati İcraat haqqında qanunun (İİHQ) 65.2-ci maddəsinə görə, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
İİHQ-nun 67.3-cü maddəsinə görə, “Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.”
İİHQ-nun 67.12-ci maddəsinin tələblərinə görə “Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər”. Buna görə də, 3 sentyabr 2019-cu ildə Milli Məclisin sabiq sədri Oqtay Əsədova ünvanladığım şikayət məktubumla İranda olarkən, barəmdə inzibati aktın (sərəncamın) onun adından qəbul edilməsinin iddia olunması və beləliklə də, həmin inzibati aktın (sərəncamın) qanunsuz olması və yol verilmiş qanunsuzluğun araşdırılması (o cümlədən “inzibati aktın (sərəncamın)” təsdiqlənmiş surətinin mənə göndərilməsi) barədə məsələ qaldırdım. Nəhayət, mənim Milli Məclisə 3 sentyabr 2019-cu ildə göndərdiyim həmin şikayət məktubum qeydiyyata alınmışdır. İİHQ-nun 28-ci maddəsinin tələblərinə görə, məhz bu məktubum inzibati icraatın başlanması üçün əsas olmuşdur. Qaldırdığım məsələləri araşdırmaq əvəzində Milli Məclis Aparatı sadəcə məktubuma cavab olaraq yalnız inzibati aktın (sərəncamın) təsdiqlənməmiş surətini 2019-cu ilin oktyabrında poçt xidməti ilə mənə təqdim etməklə kifayətləndi. Bu zaman 228-V nömrəli sərəncamın (inzibati aktın) tamamilə qanunsuz, etibarsız olması faktlarını əyani olaraq öz gözlərimlə aşkar etdim və dəhşətə gəldim. Milli Məclisin sabiq rəhbəri cənab Oqtay Əsədov isə inzibati aktın qanunsuz olub-olmaması ilə bağlı heç bir araşdırma aparmadı və həmin inzibati aktı ləğv etmədi. Əslində bu qanunsuz və etibarsız inzibati aktın ləğv edilməsi üçün məhkəməyə müraciət etməyə heç ehtiyac da yoxdur. Şükür Allaha ki, Milli Məclisdə savadlı hüquqşünaslar var. Məsələn, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsində inzibati hüququ və inzibati icraatı yaxşı bilən kadrlarınız var. Yəni Sizin kimi Sədr olan yerdə məhkəməyə getməyə nə ehtiyac vardır? Üstəlik Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirən orqandır.
Digər tərəfdən İİHQ-nun 67.12-ci maddəsindəki müddət məsələsi İİHQ-nun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Belə ki, İİHQ-nun tələblərinə görə inzibati akt hədə-qorxu yolu ilə qəbul ediləndə 1 il müddət məsələsi 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil oluna bilməz. Yəni barəmdə Milli Məclisin qəbul etdiyi inzibati aktın təzyiq, qorxu və təhdid altında qəbul edilməsi barədə sübutlar (Prezidentə ünvanladığım 03.12.2018-ci il tarixli məktub) təqdim edildiyindən 228-V nömrəli inzibati akt hər bir halda ləğv edilməlidir. Bu məktub Prezident Administrasiyasından 21/3415 nömrəli, 06.12.2018 tarixli məktubla Milli Məclisə göndərilmişdir.
Hörmətli Sahibə xanım, bir daha Sizdən artıq dərəcədə xahiş edirəm köməklik edəsiniz, 25.12.2018-ci il tarixli 228-V nömrəli sərəncam qanunsuz və etibarsız olduğuna görə (sərəncamda müəssisə rəhbərinin imzası yoxdur, müəssisənin hüquqi ünvanı yoxdur, rəhbər işdə olmadığı vaxtda onun adından sərəncam verilib və s.) onu qərarınızla ləğv edəsiniz. Bununla da ədalət bərpa ediləcək və məhkəmə prosesinə xitam veriləcəkdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Dünən, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Dünən, 08:55 |
|
|
|
|