Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                 

Çovdarovun kölgəsində qalan general Sübahir Qurbanov kimdir - İTTİHAM
Tarix: 5-05-2020, 09:12 | Çap et
Çovdarovun kölgəsində qalan general Sübahir Qurbanov kimdir
Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında ləğv olunmuş MTN-in iki sabiq generalı da var: Akif Çovdarov və Sübahir Qurbanov. Akif Çovdarovun azadlığa çıxması, ardınca villasında əlində badə ilə fotosunun yayılması, daha sonra isə Bakı metrosunun sabiq rəisi Tağı Əhmədovla uzun illərdir davam edən intriqasının gündəmə gəlməsi general Sübahir Qurbanovun personasını kölgədə qoydu.

Musavat.com olaraq bu yazıda Sübahir Qurbanovun həbs edilməsi, ona qarşı irəli sürülən ittihamlar barədə məlumat verəcəyik.

Əvvəlcə Sübahir Qurbanov haqda...

S.Qurbanov 1954-cü ildə Masallı rayonunda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. Universiteti bitirdikdən sonra Daxili İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib, 2004-cü ildən MTN-də şöbə rəisi vəzifəsindən, sonuncu iş yeri olan- Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinədək xidmət keçib.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Sübahir Qurbanov nə üçün həbs edildi?

Generalın rəhbərlik etdiyi dəstə vəzifəli şəxsləri, iş adamlarını, müxtəlif peşə sahiblərini adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə ilə hədələyib, onlara qarşı zor tətbiq edib pullarını ələ keçirməkdə suçlanırdı.

Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, rüşvət alma kimi ümumilikdə 9 maddəsi ilə ittiham irəli sürülmüşdü.

Həmin cinayət işi üzrə zərərçəkmişlərdən Saleh Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri idi.

O deyib ki, 2003-cü ildə “Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi - İmişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Onu MTN-ə çağırıb şirkətin vergidən yayındığını deyiblər, həbs olunmamasından ötrü 1 milyon dollar pul istəyiblər. O da 300 min dollar verməyə razılaşıb.

Digər zərərçəkmiş Ağaisa Mahmudov isə “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynovun (sabiq MTN naziri Eldar Mahmudovun qohumudur və hazırda həbsdədir) villasını aldığına görə MTN-ə çağırıldığını bildirib. MTN-də ona saxta aksiz markalarından istifadə etdiyi deyilib və əvvəlcə bu məsələyə görə 50 min manat alınıb.

S.Qurbanov həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovdan aylıq paket almaqda da təqsirləndirilirdi.

General bu ittihamları qəbul etməsə də, məhkəmə bütün bu ittihamların sübuta yetirildiyi qənaətinə gələrək onu 14 il müddətinə azadlıqdan məhrum etdi.

Bundan sonra Sübahir Qurbanov və digərlərinin işi Bakı Apelyasiya Məhkəməsində davam etdi. İlk dəfə bu cinayət işi üzrə məhkəmə iclası jurnalistlərin iştirakı ilə baş tutdu.

Həmin məhkəmədə Sübahir Qurbanovun müavini, polkovnik Füzuli Əliyevin ifadəsi ölkədə böyük rezonans doğurdu. F.Əliyev dövlət təşkilatlarının büdcə vəsaitlərini adı olub, özü olmayan şirkətlər, bu iş üzrə peşəkarlaşan dəllallar vasitəsilə dağıdılması və başqa məsələlərdən danışmışdı.

Həmin məhkəmə iclasında Füzuli Əliyev gəmi təmiri ilə məşğul olan “Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənovu “əməkdar zərərçəkmiş” kimi təqdim edərək sözlərinə belə davam etmişdi: “Arif Həsənov Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun üzünə durdu, prokurorluğun bir müstəntiqini işdən çıxartdırdı. Belələrinin sözü ilə dövlətinə, xalqına xidmət eləmiş zabiti şərləmək... Nə bilim vallah. Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan, Arif Həsənov kimilərdən istifadə edirdik, bizə qarşı da elə elədilər”.

Polkovnikin bu sözlərindən sonra məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı qərar verildi. Bu ifadə MTN zabitlərinə, generallarına qarşı irəli sürülmüş ittihamların bir qismini qəti olaraq sübuta yetirirdi.

Sübahir Qurbanova daha bir ağır ittiham...

Sübahir Qurbanovun adı daha bir qalmaqallı işdə keçirdi. Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun həbsi ölkədə böyük səs-küyə səbəb olan hadisələrdən biri idi. Onun MTN tərəfindən həbs edildiyi deyilirdi.

Rəşad Məmmədovun cinayət işi üzrə məhkəməsi davam edən ərəfədə MTN ləğv edildi. 1 ildən artıq həbsdə qalan Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxıldı.

MTN ləğv edilən zaman məlum oldu ki, Sübahir Qurbanov Eldar Mahmudovun göstərişi ilə Zabil Salmanova zor tətbiq edərək Rəşad Məmmədovun əleyhinə ifadə alıb.

Generalın qohumlarının həbsi...

Sübahir Qurbanov həbs edildikdən sonra onun iki qohumu barəsində də cinayət işi açıldı.

Generalın bacanağı Müsənnif Talıbov Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilərək 4 il azadlıqdan məhrum edildi.

O, qonşusuna qarşı dələduzluq etməkdə günahlandırılırdı.

Bu iş üzrə Sübahir Qurbanovun digər qohumu Elçin Qurbanov da həbs edilib.

Elçin Qurbanov Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri olub. Elçin Qurbanov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, dələduzluqda ittiham edilir. Qurbanov həbsdə olan şəxsin adını əfv siyahısına saldıracağını vəd edərək dələduzluq etməkdə günahlandırılıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16
"Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Dünən, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Dünən, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru