![İcra başçılarından biri əyalətdən Bakıya vəzifəyə gətirilir İcra başçılarından biri əyalətdən Bakıya vəzifəyə gətirilir](/uploads/posts/2015-02/thumbs/1423634816_0001.jpg)
DİA.AZ: - «Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov vəzifəsindən azad edilir». Bu sözləri DİA.AZ-a bildirən Nazirlər Kabinetindəki məlumatlı mənbə iddia edir ki, Ayaz Əsgərov Bakıda yüksək vəzifələrdən birinə təyinat alacaq.
Hələlik Qazax RİH başçısının hansı vəzifəyə təyin ediləcəyi barədə əlavə bilgi verməyən mənbə diaaz.space-a əlavəsində onu da bildirdi ki, bu günlərdə, çox yaxın günlərdə bir neçə rayonun icra hakimiyyətinin başçısı ilə bağlı qərarlar rəsmiləşəcək.
Bizi izləməkdə davam edin…