![Anar Bakıda konsert verəcək Anar Bakıda konsert verəcək](/uploads/posts/2017-06/thumbs/1498106949_0001.jpg)
DİA.AZ: - Moskvada Rusiya şou-biznesini fəth etməyə qərar verən pop star ANAR növbəti konsertinə hazırlaşır.
DİA.AZ xəbər verir ki, müğənni iyulun 15-i Şıx çimərliyi sahilində yerləşən "Mambo Beach"də konsert proqramı ilə çıxış edəcək.
Konsert ilə bağlı pop star ANAR təəssüratlarını DİA.AZ-a dilə gətirib: “Möhtəşəm şou, qeyri-adi geyimlərim və səhnə görüntüləri hazırlanır. İmicim artıq müəyyən olunub. Amma bunu indi açıqlamayıb, konsert günü üzərimdə göstərəcəm”.