Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                 

"Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm"
Tarix: 14-12-2020, 09:02 | Çap et
"Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm"
“Qarabağ uğrunda apardığımız haqlı vətən müharibəsi dövründə gecələr yatmağı özümə qadağan etmişdim. Çörək yeyəndə, su içəndə hətta isti yerimə girəndə belə utanırdım. Cənab prezident xalqa müharibənin bitdiyini və 3 tərəfli müqavilənin imzalanacağını dediyi günü bir az da olsa rahat oldum. Yəni yerimdə artıq yata bildim. Dedim ki, şükür Allaha, torpaqlarımız qayıtdı. Görün biz nə boyda torpaqlarımızı, rayonlarımızı, kəndlərimizi işğaldan azad etdik. 30 il idi ki, bizim yaralarımız hələ də qaysaqlamamışdı, sağalmırdı, yaralarımıza bir az da olsa məlhəm çəkildi. Ordumuz bizə özümüzə inamı qaytardı. Bizə birləşmək ruhumuzun var olduğunu, ölmədiyini qaytardılar. Bizə qələbə sevincini qaytardılar, artıq gülümsəməyə də başladıq. Biz bu gün də hələ rahat olmamalıyıq. Nəyə görə? Çünki artıq bizim çiynimizdə borc yükü var, şəhidlərin haqqı var. Biz onların ruhuna layiq olmalıyıq. Layiq olmaq üçün də çalışmalıyıq ki, həyatımızı elə düzgün yaşayaq ki, onların ruhu bizdən inciməsin. İşğaldan azad etdiyimiz bütün torpaqlarımızda gözəl bir həyat qurmalıyıq. Biz şəhidlərimizin, qəhrəman övladlarımızın qələbəsini əbədiləşdirmək üçün hər şəhərdə, hər rayonda, hər kənddə şəhidlər xiyabanı düzəltməliyik. Bu ona görə lazımdır ki, hər şəhidin xatirəsi ürəyimizdə xiyabana çevrilsin. Biz onları heç bir zaman unutmamalıyıq, unutmağa haqqımız da yoxdur. Şəhid analarının qarşısında baş əyib, əllərindən öpürəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm. Fəxr edirəm ki, bizim belə cəngavər, qəhrəman gənclərimiz var, fəxr edirəm ki, gənclərin ürəyi vətən sevgisi ilə çırpınır. Vətən sevgisi xalqımızın ürəyində var olduqca bu vətən basılmaz. Bizim hələ gələcəyə çox işimiz var. Mən inanıram ki, bu hələ tam qələbə deyil. Bizim hələ babalarımızın dəfn olunduğu qədim Azərbaycan torpaqlarımız var ki, inşallah bu qələbə, zəfər yolu bizi ora aparacaq. Oralarda da biz qələbə çalacağıq”.

Bunu Moderator.az-a Xalq artisti, məşhur “Nəsimi” filmindəki Fatimə obrazının ifaçısı Xalidə Quliyeva deyib. Sevilən sənətkar doğulub boya-başa çatdığı Şuşa ilə bağlı xatirələrini də bizimlə bölüşüb.

“Allah cəmi ölənlərə rəhmət etsin, mənim atam Şuşada, anam isə Bakıda anadan olub. Uşağlığım, gəncliyim Şuşada keçib. Atam hər yay bizi babamın Şuşadakı 2 mərtəbəli mülkünə aparardı. Babam Məşədi Rəhimi orada hamı tanıyıb, hörmət edirdi. Məşədə ziyarətə getmişdi, o vaxt böyük əmimi də özü ilə aparmışdı. İnanclı adam idi, dininə sadiq biri idi. Hər gün məscidə gedib şeyxin yanında oturardı. Hətta şeyx Kərbəla ziyarətinə gedib gələndən sonra babam birinci övladını gətirib onun ayağının altına qoydu ki, mən bunu sənə qurban edirəm, sən gedib oranı ziyarət edib gəlmisən. Belə bir qatı inancı var idi. Təbii ki, şeyx icazə verməyib, deyib ki, qurbanın qoyun olsun. Həm də tacir idi, atı, arabası var idi, ticarətlə məşğul olurdu. Dolanışığımız yaxşı idi, pis deyildi. Gövhər Ağa məscidinin yanında idi evimiz. Evimizin yaxınlığında meydan bulağı, tikiş fabriki, bazar var idi. Babamgil Bakıya köçəndə onların evində Laçınla Şuşa arasında Zarıslı kəndi var idi, o zarıslılar babamın evinə köçüb, orda yaşamağa başlamışdılar. Babamın böyük bağları, torpaq sahəsi var idi. Yadımdadır, o bağda armud ağacından armudu dərmək mümkün deyildi, dərən kimi armudun şirəsi dirsəyimə qədər tökülürdü. Mənim indi ən böyük arzum budur ki, orada gedib ulu babamın, nənəmin, yaxınlarımın məzarlarını ziyarət edib, onlara dua oxuyum. 1970 - ci ildə atam dünyasını dəyişəndə onu Bakıda dəfn etdik, amma məzarının üstünə Şuşadan gətirdiyimiz torpağı tökmüşdük. Mən 3-cü sinifdə oxuyanda atam məni Şuşada Cıdır düzündəki "lager"ə yazdırmışdı.

Yadımdadır, Şuşada, həm də Xankəndində erməni məhlələri var idi, o məhlələrin qabağından keçəndə erməni uşaqları hasara dırmaşıb başımıza ya tüpürərdilər, ya daş atardılar, “türklər gəlir, türklər gəlir” deyərdilər. O vaxtı onların sən demə, bizə böyük nifrəti var imiş. Amma bizdə onlara qarşı nifrət hissi olmayıb. Mənim yadıma gəlmir ki, evimizdə ermənilərə qarşı siyasi təbliğat aparılsın, bizə nifrət xörəyi yedizdirsinlər. Biz nifrət xörəyi yeməmişik. Biz həqiqətən də sadə, çox təmiz millət olmuşuq. Amma bu gün reallıq onu göstərir ki, belə olmaq olmaz. Bu gün güc çox böyük rol oynayır. Biz güclənməliyik, necə ki, bu müharibə ərəfəsində baş verdi. Biz Ali Baş Komandanımız, cənab İlham Əliyevin ətrafında birləşməliyik. Onun çıxışları müharibə günlərində olduğu kimi bu gün də bizi ruhlandırır, bizə ümid verir, arxa-dayaq olur. Hətta prezidentin çıxışı olmayanda darıxırıq ki, qoy çıxıb danışsın, çünki Ali Baş Komandana qəribə bir məhəbbət, sevgi yarandı. Allah xalqımızı, xalqımızın prezidentini bizə çox görməsin. Bəli, sülhməramlılar gəldilər, orda qayda-qanun yaratdılar, bunların hamısı bizim xeyrimiz üçündür. Oturub araşdıranda da görürəm ki, bu bizim bu günümüz üçün də xeyirlidir, hələ 10 ildən sonra nə olacaqsa onun üçün də. Hər bir şey dövlət tərəfindən düşünülüb. Mən bu yolda xalqımıza, prezidentimizə can sağlığı arzulayıram. Allahın amanında olaq, onun kölgəsi üstümüzdən əskik olmasın. Deyirlər ki, “Haqq nazilər, üzülməz”. Bəli, bizim haqqımız var, bizim haqqımız üzülmədi. Biz bu gün haqq yolunda çabalayırıq, tanrı da ona görə bizə yar olur. Xalqımızın vətəninə olan eşqi bizə kim verdi? Əlbəttə ki, Allah verdi. Bu eşq var olunca torpaqlarımız da, qələbə də bizim olacaq. Yetər ki, bir-birimizi sevək, Ali Baş Komandanımızı sevək, hər gün sevmək üçün çalışaq. Sevmək üçün nəsə addım ataq. Bəli, bizi sevgi xilas edəcək, o sevgini də bizə tanrı bəxş edib. Tanrıya min şükürlər olsun ki, bizi bu bəladan, bu zülmdən, bu acizlikdən, bu başıaşağılıqdan qurtardı” - deyə Xalq artisti Xalidə Quliyeva bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Dünən, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Dünən, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Dünən, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Dünən, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Dünən, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru