“Aktyor boş qalanda bəşəriyyətə nifrət edir”
Tarix: 19-12-2020, 09:00 | Çap et
 Natiq Fərzəliyev kompleksiz aktyorlardandır. İstənilən mövzuda sərbəst danışır, danışarkən də zarafatından qalmayaraq qarşı tərəfə müsbət enerji ötürməyi bacarır. Boyunun qısa olması onun səhnədə biri-birindən maraqlı obrazlar yaratmağına mane olmur. Nəinki Azərbaycan teatrının səhnəsində, eyni zamanda kino və seriallarımzda fərqli obrazları ilə tamaşaçı sevgisini qazanmağı bacarır.
Moderator.az-ın qonağı Natiq Fərzəliyevlə bir ilə yaxın zamandır ki, teatrlarımızın fəaliyyətsiz qalmasından və bunun aktyorların gündəlik rejimlərinə göstərdiyi təsirindən danışdıq.
- Pandemiya aktyorları səhnədən, tamaşaçıları teatrdan uzaq salıb. Bu müddətdə aktyorlar nə etdilər?
- Hər zaman çalışmaq, daim səhnədə olmaq istəmişəm. Deyirlər, aktyor boş qalanda bəşəriyyətə nifrət edir. Artıq bir ilə yaxındır ki, səhnəyə çıxmırıq. Düzdür, virtual tamaşalarımız nümayiş olunur, ancaq teatr canlı sənətdir. Səhnədə tamaşaçı ilə ünsiyyətdə olub, tamaşa oynamaq tamam ayrı bir hissdir. Bu bəla bütün dünyanı ağuşuna alıb, hökmranlıq edir. Dünya səhiyyəsi, alimlərimiz koronavirusun qarşısında acizdir. Gah deyirlər bu virusun vaksini tapılıb, gah da deyirlər ki, hələ tapılmayıb. Bu da psixoloji olaraq insana təsir edir. Dəhşət də odur ki, bu virus nəticəsində ən əziz adamlarımızı itiririk. Biz bunun qarşısında aciz qalmışıq. Əlimizdən də heç nə gəlmir. Artıq ölüm də ucuzlaşıb, urvatsız olub. Virusdan dünyasını dəyişənlərin əzizləri belə onları dəfn edə bilmir. Çox acınacaqlı vəziyyət yaranıb. Dostlarım arasında bu xəstəlikdən dünyasını dəyişənlər də var, mübarizə aparıb, qalib gələnlər də. Ümid Allaha qalıb. İndi başlı başını saxlasın vəziyyəti yaranıb. Hamı evində oturub. İnsanlar görüşmür, bir-birinin evinə getmir, ünsiyyət qurmur. Belə olduqda insanlar arasında da soyuqlaşma yaranır. İndi bütün dəyərlər arxa plana keçib. İnsan ölüm-dirim mübarizəsindədir. Hər kəs necə xilas olmaq, yaşamaq haqqında düşünür. Yeganə təsəllimiz isə Qarabağımızın işğaldan azad olunması oldu. Uzun müddətdir ki, torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyirdik. Ali Baş Komandanımız, İlham Əliyev buna nail oldu və adını qızıl hərflərlə tarixə yazdırdı. Bizə bu qələbəni yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə və əsgərlərimizə can sağlığı arzu edirəm.
- Sizcə bu 10 ayda teatrların fəaliyyətsiz qalması, aktyorların passivləşməsi və sair səbəblər teatrın son nəfəsini verdiyinə bir işarə deyilmi?
- Mən belə dşünməzdim. Hazırda forsmajor vəziyyət yaranıb. Dünya bu virusla mübarizə aparır. Burada teatrın heç bir günahı yoxdur. Azrbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının maraqlı repertuarı var ki, burda dünya, klassik, müasir, uşaq ədəbiyyatı hər biri öz əksini tapıb. Teatrlar sadəcə olaraq müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hər birimiz teatr üçün darıxmışıq. Yenə tamaşalarımızın olacağı günü ümidlə gözləyirik. İndi nümayş olunan onlayn tamaşalar vəziyyətdən çıxış yoludur. Tamaşaçılarla canlı ünsiyyətdə olmaq başqa bir duyğudur. Onun yerini heç nə doldura bilməz. - Bir ildir ki, aktyorlar fəaliyyətsizdir. Yenidən işə adaptasiya olub, çalışmaq nə qədər asan olacaq?
- Əlbəttə ki, adaptasiya olmaq müəyyən vaxt tələb edəcək. Fiziki tərəfdən səhnəyə öyrəşmək bir qədər çətinlik yaradacaq. Təki bu virusa qalib gələk. Teatrlar yenidən fəaliyyətə başlasın, çalışacağıq çox qısa zamanda işimizin öhdəsindən gələk.
- Bir neçə ay bundan öncə ölüm xəbəriniz yayılmışdı. Sizcə belə xəbərlər hansı zərurətdən yaranır?
- Bir media nüayəndəsi məndən müsahibə almışdı və əslində başqa bir mövzudan danışdığım bir hadisəni fərqli şəkildə təqdim etmişdi. Mötərizədə yazılan söz mötərizəsiz yazılmışdı və hər kəs bunu yalnış anlamışdı. Qeyd edirdilər ki, “aktyor boğularaq öldü”. Mənim pandemiyadan öldüyümü yazırdılar. Təsəvvür edin ki, evdə oturmuşam, zənglərin ardı kəsilmir, telefona mən cavab verəndə insanlar təəccüblənirlər. Sonra özüm ayrıca açıqlama verməli oldum. Bu xəbərə görə çox insan narahat oldu. İnsanlara deyirdim ki, “hələ ölməmişəm”. Hətta “Facebook”-da şəklimi paylaşıb, “Sənətkarın biri də belə getdi” yazmışdılar. Mən də o rəyin altından yazdım ki, mən hələ ölməmişəm. Başladılar məni təhqir etməyə ki, aktyorun adından saxta profil yaradıb, onun adı ilə yazırsınız.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55 |
|
|
|
• Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49 |
|
|
|
• Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41 |
|
|
|
• Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24 |
|
|
|
• Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21 |
|
|
|
• "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14 |
|
|
|
• 2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09 |
|
|
|
• Bu gün ilk çərşənbədir
Bu gün, 00:07 |
|
|
|
• Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02 |
|
|
|
• "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23 |
|
|
|
• “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21 |
|
|
|
• Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17 |
|
|
|
• “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58 |
|
|
|
• Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30 |
|
|
|
• "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15 |
|
|
|
• Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14 |
|
|
|
• Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00 |
|
|
|
• Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52 |
|
|
|
• "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50 |
|
|
|
• Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37 |
|
|
|
• Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35 |
|
|
|
• Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31 |
|
|
|
• Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30 |
|
|
|
• Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21 |
|
|
|
• Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15 |
|
|
|
• Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13 |
|
|
|
• “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07 |
|
|
|
• Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02 |
|
|
|
• Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53 |
|
|
|
• Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39 |
|
|
|
• Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
• Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33 |
|
|
|
• "Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32 |
|
|
|
• Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28 |
|
|
|
• “Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17 |
|
|
|
• Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12 |
|
|
|
• Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08 |
|
|
|
• "Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06 |
|
|
|
• Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04 |
|
|
|
• Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39 |
|
|
|
• 2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Dünən, 15:37 |
|
|
|
• Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Dünən, 15:17 |
|
|
|
• Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Dünən, 15:14 |
|
|
|
• MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Dünən, 15:09 |
|
|
|
|