
Xalq artisti Sabir Əliyev koronavirusa yoluxub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.
O, instaqramda post paylaşaraq 72 yaşlı xanəndənin vəziyyətinin ağır olduğunu qeyd edib: “Dəyərli sənətkarımız koronavirus xəstəliyinə yoluxub. Reanimasiyadadır, vəziyyəti pisdir”.