
Əməkdar artist Ədalət Şükürov "Hüseynova bacıları" verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, müğənni bayraq rənglərini əks etdirən paltar geyinən həmkarlarını tənqid edib:
"Bayrağın protokolu var. Əziz dostlar, onu hər yerdə qaldırmaq olmaz. Onu bir paltar edib, geyinmək olmaz.
Hərbi paltarı elə-belə geyinib küçədə gəzmək qadağandır. Bu, hərbçilərə yox, başqa sahənin adamına aiddir. Hərbi paltarın protokolu var. Müğənni klip çəkəndə o paltarı verirlər. Çəkilir və qaytarırlar. ".