
Əməkdar artist Bəhram Bağırzadənin anası Tahirə Əfəndiyeva xəstəxanaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, bu barədə aktyorun özü sosial şəbəkədə yazıb. O bildirib ki, anası koronavirusa yoluxub:
"Əziz dostlar, anam komadadır, COVID-19 virusundan ağır vəziyyətdədir və ona təcili qan köçürülməlidir”.
B. Bağırzadə daha sonra bildirib ki, anası üçün qan axtarır:
“Sizdən Bəhram Bağırzadə kimi deyil, onu xilas etmək üçün hər şeyi etməyə hazır olan bir oğul kimi xahiş edirəm".