Aygün Kazımova Şuşada nələr gördü? - “Oturub ermənilərə baxırdım”
Tarix: 30-12-2020, 10:07 | Çap et
 Kulis.az bu günlərdə Şuşaya səfər edən Xalq artisti Aygün Kazımova ilə söhbəti təqdim edir.
- Aygün xanım, Şuşa səfərinizdən hansı təəssüratlarla qayıtdınız?
- Hisslərim o qədər qarışıqdır ki… Bir gözüm gülürdü, bir gözüm ağlayırdı. Bilmirəm mənə belə gəlir, yoxsa doğurdan da belə idi - Şuşada çox qəmli bir səhnə var idi.
- İşğaldan əvvəl Şuşada olmuşdunuz, yoxsa bu, sizin Şuşaya ilk səfəriniz idi?
- İlk səfərim idi. Mən heç vaxt Şuşada olmamışdım. Amma valideynlərim Şuşada çox olublar. Onların Şuşa məscidinin önündə şəkilləri vardı. Mən Azərbaycanın, demək olar ki, bütün şəhər, rayon və kəndlərində olmuşam. Çox sayda konsertlər vermişəm. Hətta istirahət üçün çox vaxt xarici ölkələri deyil, öz rayonlarımızı seçmişəm. Amma Şuşada olmaq başqa idi. Şuşada səhər tezdən oyandım və küçəyə çıxdım. Ətrafda bir sükut var idi. Sakitlik… Günəş yenicə çıxırdı. Ətrafı seyr etməyə başladım. Havasını ciyərlərimə çəkdim. Bu, elə bir duyğudur ki, sözlərlə ifadə etmək çox çətindir. İçimdə həm kədər var idi, həm sevinc. Şuşa elə bil dolmuşdu. Danışmaq istəyirdi. Amma susurdu. Bəlkə, toxunsan hönkür-hönkür ağlayacaqdı. “Şuşanın dağları başı dumanlı” ifadəsi elə-belə söz deyil.
- Aygün xanım, əsgərlərlə görüşdünüz. Onların əhval-ruhiyyəsi necə idi?
- Mən uzun illərdir belə hisslər yaşamırdım. Əsgərləri görəndə bilmirdim özümü necə aparım. Gülümmü, ağlayımmı, sevinimmi… Onları bir-bir qucaqlayıb bağrıma basmaq istəyirdim. Bütün hisslərim bir-birinə qarışmışdı. Burdan o əsgərləri dünyaya gətirən analara səslənirəm. Onları dünyaya gətirən hər bir anaya qurban olum. Hər bir şəhid bizim öz qardaşımız, atamız, oğlumuzdur. Onlar bizə dünyanı bəxş edib köçdülər bu dünyadan. Biz rahat, xoşbəxt yaşayaq deyə öz canlarını qurban verdilər. Özlərini deyil, bizi düşünərək etdilər bunu. Şəhidlərimiz hər zaman yaşayacaq. Ruhları şad olsun. Hər birinə ömür boyu borcluyuq.
- Qarabağda erməniləri görəndə hansı hissləri keçirtdiniz? Nə müşahidə etdiniz?
- Biz ermənilərin yanından keçib getdik. Bizimkilər və sülhməramlılar olmasaydı, sağ-salamat keçə bilməzdik. Mən maşında oturub onlara baxırdım. Gözümə çox miskin, bədbəxt göründülər. Başqa bir atmosfer var idi. Amma ümidliyəm ki, hər şey zamanla yoluna düşəcək. Biz o torpaqlarda daha göz yaşı tökmədən yaşayacağıq.
- Sizin də həyatınızda bir döyüşçü səhifəsi var. O vaxtkı hisslərinizlə indikilər arasında fərq varmı?
- Mən birinci Qarabağ müharibəsində könüllü cəbhəyə gedəndə tamamilə başqa hisslər keçirirdim. Amma Şuşa məni yaman təsirləndirdi. Hələ də özümə gələ bilmirəm. Əsgərlərimiz elə hadisələr danışırdılar ki, elə bil, film seyr edirdim. Onlar minaya düşmələrini, ayaqlarını itirmələrini, yaralanmalarını elə danışırdılar, sanki bunlara heç bir şey olmayıb. Adi haldır. Sanki minaya düşməyiblər, onları bir milçək dişləyib.
- Müharibənin qızğın günlərində Şuşada ermənilər yaşayan evlərdən Azərbaycanın tanınmış sənətçilərinin fotoları çıxmışdı. O fotolardan biri də sizə aid idi. Reaksiyanız necə oldu?
- Təəccüblənmədim. Çünki biz bilirik ki, onların gözləri daima bizim sahib olduqlarımızdadır. Nəfsləri həmişə üstümüzdədir. Nə qədər gizlətməyə çalışsalar da onlar bizim mətbəximizin, musiqimizin, bizim olan hər şeyin fanatı olublar. Öz adlarına çıxmaq istəyiblər. Çünki özlərinə məxsus olan heç nələri yoxdur. Hər şeyləri oğurluqdur.
- Söhbət üçün sizə minnətdarıq.
-Siz sağ olun.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10 |
|
|
|
• Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08 |
|
|
|
• Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51 |
|
|
|
• Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41 |
|
|
|
• Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32 |
|
|
|
• "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25 |
|
|
|
• Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55 |
|
|
|
• Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49 |
|
|
|
• Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41 |
|
|
|
• Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24 |
|
|
|
• Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21 |
|
|
|
• "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14 |
|
|
|
• 2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09 |
|
|
|
• Bu gün ilk çərşənbədir
Bu gün, 00:07 |
|
|
|
• Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02 |
|
|
|
• "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23 |
|
|
|
• “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21 |
|
|
|
• Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17 |
|
|
|
• “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58 |
|
|
|
• Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30 |
|
|
|
• "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15 |
|
|
|
• Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14 |
|
|
|
• Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00 |
|
|
|
• Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52 |
|
|
|
• "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50 |
|
|
|
• Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37 |
|
|
|
• Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35 |
|
|
|
• Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31 |
|
|
|
• Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30 |
|
|
|
• Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21 |
|
|
|
• Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15 |
|
|
|
• Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13 |
|
|
|
• “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07 |
|
|
|
• Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02 |
|
|
|
• Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53 |
|
|
|
• Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39 |
|
|
|
• Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
• Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33 |
|
|
|
• "Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32 |
|
|
|
• Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28 |
|
|
|
• “Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17 |
|
|
|
• Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12 |
|
|
|
• Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08 |
|
|
|
• "Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06 |
|
|
|
|