
Əməkdar artist Nigar Şabanova məşhurlara yazılan tənqidi rəylərdən söz açıb.
Lent.az-ın məlumatına görə, müğənni "Xəbər-ətər" verilişində bildirib ki, tənqidlərə görə sənətdən uzaqlaşmaq istəyib: "Saytlarda hansısa müğənni haqqında nəsə paylaşırlarsa, dərhal rəylərə baxıram. Elə pis rəylər yazırlar... Məşhurlara qarşı o qədər aqressiyaları var ki... Niyə hamı bir-birini acılayır? Sanki kiminsə ailəsini dağıtmışıq... Bu aqressiyaların səbəbini bilmirəm. Bu sənəti atmaq istəyirəm. Bilsəydim vaxtında başqa ali təhsil alardım, başqa bir işdə işləyərdim".