
Müğənni İlahə Fəda dünyasını dəyişən atasından danışıb. Lent.az-ın məlumatına görə, "Elgizlə izlə" verilişində qonaq ifaçı bu sözləri deyib: "Atam xəstə olanda iki il ona mən baxdım. Mirasdan bizə pay düşmədi. Heç o barədə də düşünmürəm. Atam imkanlı və biznesmen idi. Onun yekə evi var. İçində saunası hər şeyi var. O ev atamın ikinci evliliyindən olan oğlu və qızına qaldı. Mən anamın qucağında, Fədayə də anamın bətnində olanda atam bizi atdı. Atamı qınamıram. Çox gözəl ziyalı insan idi. Sadəcə atam o vaxt Bakıya gəlib, dodağı boyalı qızları görüb çaşıb".