Vüqar Səfərli vəzifədən uzaqlaşdırıldı, lakin... - açıq qalan sual var
Tarix: 8-04-2020, 17:30 | Çap et
Bir vaxtlar Prezident Administrasiyasının qüdrətli şöbə müdiri olmuş Əli Həsənovun vəzifəsindən azad olunmasından sonra əksər media qurumları rahat nəfəs aldı. Ölkə rəhbərliyi ətrafında virtual bir dünya yaradaraq mediaya nəzarət edən bu adamın gedişi KİV-lərdə təskinlik yaratdı. Əlbəttə, hamı başa düşürdü ki, inzibati resurslardan, müxtəlif “cib” jurnalist təşkilatlarından, təzyiq, hədə-qorxu və şantajdan istifadə edərək ölkə mətbuatının 90 faizini özünə tabe etdirməyi bacaran Əli Həsənovun gerçək həyatı göründüyündən xeyli uzaqdır. Başdan ayağa tərif jurnalistikası formalaşdıran, əhalinin hökuməti tam dəstəklədiyi görüntüsü yaradan bu şəxsin məqsədi, təbii ki, dövlətin maraqlarına xidmət deyildi. Bəlkə savadı çatmadı, bəlkə dünyagörüşü, fakt odur ki, bu gedişatın hakimiyyətə də xələl gətirdiyini başa düşmədi. Çünki narazılıq yaratmamalı, əhali arasında mənfi enerji yığılmasına imkan verməməli idi. Bu enerjinin kiçik, amma yenə də çıxmaq üçün bir yeri olmalı idi. Lakin Həsənov narazı vətəndaşların yığılmış mənfi enerjisinin çıxdığı son "pəncərənin" bağlanmasına nail oldu - əleyhinə olan və virtual aləmdə oyunçu olmaq istəməyən bütün media qurumlarını bağlatdırdı. Bu məsələdə ona nəinki öz şöbəsinin işçiləri tərəfindən dəstək verildi, eyni zamanda Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF), Mətbuat Şurası (MŞ) və Milli Televiziya və Radio Şurası (MTRŞ) kimi qurumları da öz məqsədlərini xidmət etdirməyi bacardı. Əli Həsənov vəzifəsindən azad edildi - SƏRƏNCAM Əli Həsənovun şöbəsi ləğv olunduqdan sonra hamı, hətta nəzarətindəki hər kəs “oyuncaq evin” çox davam etməyəcəyini başa düşdü. Təsadüfi deyil ki, Həsənovun gedişindən dərhal sonra KİVDF keçmiş şöbə müdirinin həyat yoldaşı Sona Vəliyevanın təsis etdiyi “Kaspi” və “Kaspiy” qəzetlərini maliyyə dəstəyindən məhrum etdi. Ancaq hamısı nəticəsiz olaraq qalır. Aprelin 4-də Azərbaycan Prezidenti KİV-lərin canlanmasına xidmət edəcək bir sərəncam verdi - Əli Həsənovun əlaltısı olmuş, KİVDF rəhbəri Vüqar Səfərlini işdən çıxardı. Müstəqil media və jurnalistlər Əli Həsənovun sevimlisi və medianın inkişafı üçün ayrılan vəsaitin istədiyi şəkildə bölüşdürən və xərcləyən Səfərli haqqında dəfələrlə yazıblar. Xatırladaq ki, 22 iyun 2019-cu ildə Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün KİVDF-ə 1 milyon manat ayırdı. Eyni zamanda, bir sıra KİV rəhbərləri Fondun rəhbərliyini bu vəsaiti “uyğunlaşdırmaq” və təşkilatın büdcəsindəki kəsiri örtmək üçün yönəltmək istəməkdə ittiham etdilər. Amma KİVDF-in icraçı direktoru Vüqar Səfərli məqalələrin yazılması və konsepsiyaların hazırlanması üçün pul ayrılacağına söz verdi. Altı aydan sonra, 26 dekabr 2019-cu ildə Vüqar Səfərli AYNA-ya açıqlamasında dedi ki, “Redaksiyalar ilin sonuna qədər pul alacaqlar”. Bəs, cənab Səfərli vəd verdiyi kimi həmin vəsaiti redaksiyalara ayırdımı? Məsələyə AYNA tutmağa çalışdıq. KİVDF-in saytında dərc olunan məlumata görə, Azərbaycanda nəşr olunan və dövlət yardımı almaq hüququ olan qəzetlər üç kateqoriyaya bölünür: I kateqoriyaya gündəlik nəşr olunan qəzetlər daxildir. II-yə həftədə bir neçə dəfə çap olunan nəşrlər. III kateqoriya isə həftədə bir dəfə nəşr olunanlar. I kateqoriyaya 7 qəzet, II kateqoriyaya 13, III kateqoriyaya 5 KİV orqanı daxildir (kivdf.gov.az/news/events/457.html). I kateqoriyadan olan "Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanovun sözlərinə görə, ötən ilin sonunda onlar KİVDF-dən 17 min manat alıblar: "I kateqoriyaya daxil olan digər redaksiyalar da eyni miqdarda vəsait alıblar". Vüqar Səfərli: Azərbaycan mediasının inkişafı dövlətimizin daim ... “525-ci qəzet”in təsisçisi və baş redaktoru Rəşad Məcid sualımıza belə cavab verdi: “Fondun siyahısında qəzetimiz II kateqoriyaya daxil edilmişdi. Bu kateqoriyaya daxil olan qəzetlər, ötən ilin sonunda KİVDF-dən 12 min manat vəsait aldı”. “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal: “Qəzetimiz Fondun siyahısında III kateqoriyadadır. Bu kateqoriyaya daxil olan KİV-lər dövlət başçısının ayrıdığı vəsaitdən heç bir pul almayıb”. 7-ni 17 min manata vursan, 119 min manat alınır. 13-ü 12 min manata vursan, 156 min manat alınır. Beləliklə, KİVDF-in qəzetlərin maliyyələşdirilməsinə cəmi 275 min manat xərclədiyi məlum olur. Qalan 725.000 manat hara gedib? Və bu, "medianın inkişafına xərclənən" yalnız son səngərin qaranlıq taleyidir. Hələ çoxları var. “Fəaliyyət göstərdiyi müddətdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu dövlətdən 40 milyon manata yaxın pul alıb. Bu pulun nəyə xərcləndiyi hələ məlum deyil. Çünki Fondun mövcud olduğu bütün dövr ərzində ölkədə müasir standartlara cavab verən heç bir mətbəə yaradılmadı. Medianın üzləşdiyi aktual problemləri həll etmək əvəzinə, Fond heç bir ictimai əhəmiyyət daşımayan qəzetləri maliyyələşdirirdi”, - deyə tanınmış media eksperti Qulu Məhərrəmli AYNA-ya şərhində bildirdi. Yenə qayıdırıq 725 min manatın hara xərclənməsi məsələsinə. Suala cavab tapmaq məqsədilə V.Səfərlinin özü ilə əlaqə saxladıq. "Bu vəsait KİV-lərə dəstək üçün xərcləndi", - deyə o, cavab verdi. Səfərlinin cavabı isı daha çox sual doğurur. “Mediaya dəstək” onun anlayışında nə deməkdir? Bu yardım nəyə xərcləndi? Və ən başlıcası: onu vəzifədən uzaqlaşdırdılar, Azərbaycan mediasının reanimasiyadan çıxacağına ümid yarandı, Vısotskinin sözləri ilə desək, “Zinin pulları haradadır?” Axı, bu, yalnız son səngərlə bağlı deyil. Söhbət milyonlarla dövlət vəsaitindən gedir. Bir nəfərin işdən azad olunması ilə iş bitməməlidir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Dünən, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Dünən, 08:55 |
|
|
|
|