![Tramp Rusiya ilə əməkdaşlığı genişləndirmək istəmir Tramp Rusiya ilə əməkdaşlığı genişləndirmək istəmir](/uploads/posts/2017-03/thumbs/1489467608_0001.jpg)
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşavirlər komandası İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində Rusiya ilə əməkdaşlığı genişləndirməyi planlaşdırmır.
Trend-in məlumatına görə, yanvarın sonunda D.Tramp müdafiə naziri Ceyms Mettisə İŞİD ilə mübarizə planının hazırlanmasını tapşırmışdı. Plan ABŞ-ın rəhbərliyi ilə terrorçulara qarşı hərbi əməliyyatlar aparan koalisiya üçün yeni müttəfiqlərin axtarışını nəzərtə tutur.
"U.S. News & World Report" jurnalı yazır ki, Vaşinqtonda peşəkar hərbçi və strateqlər Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsinin yalnız rəmzi əhəmiyyət daşıya biləcəyini düşünürlər:
"Onlar Rusiyanın müttəfiq kimi ABŞ-a xeyir verəcəyinə şübhə ilə yanaşırlar".