![Türkiyənin Hava Qüvvələri Komandanlığında FETÖ əməliyyatı Türkiyənin Hava Qüvvələri Komandanlığında FETÖ əməliyyatı](/uploads/posts/2018-08/thumbs/1535705471_0001.jpg)
Ankara Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan Fətullahçı Terror Təşkilatı (FETÖ) araşdırması çərçivəsində Türkiyənin Hava Qüvvələri Komandanlığının 6-sı keçmiş pilot 22 şübhəli haqqında saxlanma qərarı verilib.
FaktXəbər-in məlumatına gör, Baş Prokurorluqdan bildirilib ki, təşkilatın məhrəm imamlarının sabit telefonlardan mütəmadi və ardıcıl sistemlə xəbərləşdikləri müəyyən edilən Hava Qüvvələri Komandanlığı şəxsi heyətinin 18 baş leytenantı və 4 leytenantı müəyənləşdirilib.
Baş Prokurorluğun göstərişilə hərəkətə keçən Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları zabitlərin saxlanılması üçün 14 rayonda əməliyyat keçirib.
Axtarışda olanlardan 8 nəfər saxlanılıb.