![AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739132252_moskva.jpg)
Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirindən Rusiyanın ünvanına sərt tənqid və söyüşlər səsləndirilib.
Teleqraf xəbər verir ki, AzTV sədri Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının fevralın 9-da efirə gedən buraxılışında yenidən Azərbaycan-Rusiya münasibətlərinə toxunulub.
Verilişdə Moskvanın Azərbaycan dövlətinə və xalqına qarşı bir sıra cinayətlər törətdiyi vurğulanıb:
"Əlbəttə ki, bu, karyerası ərzində başından ciddi zədələr alan və yekəliyinə baxmayaraq daha çox özündən zəif rəqiblərə uduzan, elə aramsız uduzduğu üçün də tez – tələsik öz bəxtini ya aparıcılıqda, ya da siyasətdə sınayan Valuyevin zərbələrdən çürümüş başının fikirləri deyil. Bu, birbaşa Rusiya hökumətinin mövqeyidir ki, deputat Nikolay Valuyev də dilinə gətirir. Deməli, bu yekəpər deyir ki, əgər Azərbaycanda “Rusiya evi” bağlanırsa Rusiyadakı Azərbaycan diaspor təşkilatlkarı da qapadılmalıdır, azərbaycanlıların biznesi məhdudlaşdırılmalıdır, Rusiyada qanuni yaşayan azərbaycanlılar uçota götürülməli və cəbhəyə göndərilməlidir. Bunlardan sonra belə ürəyi soyumayan Valuyev Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri təhqiramız şəkildə “şoblya - voblya” adlandırır. Hələ biri də var – qatı ermənipərəst və Ukraynanın Donetsk vilayətində məhz separatçılıq işlərində qazandığı uğurlara görə deputat mandatını hədiyyə alan Andrey Pinçik... Pinçuk bir qədər də irəli gedərək Rusiyada azərbaycanlılara məxsus iri şirkətlərin müsadirə olunması təklifini irəli sürüb. Dalınca yenə də hədələr, ittihamlar və təhqirlər... Bir daha deyirik, Azərbaycan dövləti də, Azərbaycan xalqı da bu dalğanın hardan gəldiyini gözəl bilir, hörmətli Kreml rəsmiləri. Odur ki, biz də elə bax burdan deyirik ki, birinci Qarabağ savaşında Ermənistana Azərbaycan ərazilərini işğal etsin deyə bir milyard dollarlıq silah göndərənin də, Xocalı soyqırımının baş tutması üçün 366-cı motoatıcı tağımını erməni baskəsənlərinin ixtiyarına verənin də, Ermənistanda uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimlərini iqtidarda saxlayanın da, ikinci Qarabağ savaşında Ermənistana gizli yollarla silahlar göndərənin də, müharibənin ən qızğın vaxtında Gəncədə, Bərdədə dinc insanları gecə saatlarında bombalanması və bununla da Azərbaycanı təslim olmağa məcbur etməsi üçün Ermənistana “İsgəndər”, “Pansir” silahlarını verənin də, hazırda öz cəzasını gözləyən Ruben Vardanyanı ürəkləndirib aranı qatmaq üçün Qarabağa göndərənin də, müharibədə bir – birinin ardınca torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını kəsməyə çalışanın da kimliyini... Və ümumiyyətlə...".