İdman zalındakı qətl tərs baxışa görə baş verib: Mərhum öldürüləndə qardaşı yanında olub .....                     Nikolay Valuyevin Azərbaycana girişə qadağa qoyulub .....                     RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB? .....                     Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq .....                     Yenə riyakarlıq .....                     Babayev hökumətdə şəbəkələşmiş korrupsiya sistemini dağıda biləcəkmi? .....                     Bu şirkət 5 milyon müqabilində “ASAN xidmət” mərkəzlərini .....                     Ermənistanda “yeni qaçqınlar üçün hazırlıq” ölkəni qarışdırdı .....                     Ağdərəyə köç başlayır .....                     "Bizim dövr" qəzetinin həbsdə olan baş redaktoru Surxay Əliyevə və müavininə cəza istənilib .....                     Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir .....                     Bakıda polis maskalanıb oğurluq edən şübhəliləri ifşa edib .....                     Gülü Rəmişdən qalan evi satıb .....                     Cəlilabadda şəhid qardaşını illərdir kimlər və niyə süründürür? .....                     Lavrovun Ermənistana səfəri hazırlanır .....                     Xalqın öz Liderinə inam və etimadı ötən ilki seçkilərdə bir daha təsdiqləndi .....                     Ölkənin inkişaf və tərəqqisində yeni mərhələ .....                     Papuaşvili xarici ölkələrin səfirlərini Gürcüstanın daxili işlərinə müdaxilədə günahlandırıb .....                     Abşeron təhsili: Gələn gəlirlər necə bölüşdürülür?! .....                     “Eurohome”un “Rolls Royce”da gəzən rəhbəri məhkəmələrə təzyiq edir, sahibkarlar müflis olur” .....                     "Həkimlər hələ evə buraxılmağa icazə vermir... .....                     BÜLBÜLOĞLU NİYƏ SUSUR?.. .....                     Şimal-qərb küləyi əsəcək .....                     Azərbaycanla Gürcüstan arasında qatarla sərnişindaşıma bərpa olunur .....                     "Rafael Ağayev kimi idmançıları küsdürmək, incitmək olmaz" .....                     Moskva Paşinyana rəsmi dəvət göndərdi .....                     Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq? .....                     Tramp ermənilərə satılmışları dinləyəcəkmi? .....                     SOCAR-da VAKANSİYA HOQQABAZLIĞI... .....                     Dövlət Agentliyinin direktoruna müavin təyin edildi .....                     Qarabağda xidmət edən Çin əsilli azərbaycanlı .....                     Bakıda uşaq poliklinikasında körpə öldü .....                     Nemət Pənahlının vergi borcu yarandı: Avtomobili müsadirə edildi .....                     Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən .....                     Azərbaycan Rusiya üçün vacib tranzitdir: .....                     Repetitorluq ləğv edilə bilərmi? .....                     "Füzulini, Nəsimini Azərbaycan bölməsinin şagirdləri düz-əməlli başa düşmür, .....                     Azərbaycan "üç İ" prinsipinə riayət etməklə yüksək gəlirli ölkələr qrupuna daxil ola bilər .....                     Kostyumuna görə tənqid edilən Rüfət Nasosnu: “Hollivud ulduzlarının geyim tərzidir…” .....                     Avropa Amerika ilə “sərt dialoqa” hazırdır .....                 

O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Tarix: Dünən, 11:34 | Çap et
O vaxt KQB arxivləri açılsaydı...
İndi belə anlaşılır ki, Elçibəy iqtidarının əsas səhvi elə 1992-ci ildəcə DTK (KQB) arxivlərini açmaması və ölkədə lüstrasiya (əvvəlki hakimiyyətin siyasi elitası üçün tətbiq edilən qanunvericilik məhdudiyyətləri) prosesi aparmaması olub.

Arxivlərin açılması və lüstrasiya bir-birinə bağlı məsələlərdir. Lüstrasiya aparmayacaqsansa, arxivləri açmağın mənası yoxdur, arxivləri açacaqsansa lüstrasiya aparmalısan.

O vaxt belə bir riskli addıma qol qoyulsaydı, nə olardı, nə olmazdı, bu mövzuda uzun mübahisə aparmaq olar, amma ən azı bu gün “filankəslər DTK-nın agentləri olublar” demaqogiyası olmazdı. Birdəfəlik bilinərdi ki, kim agent olub, kim olmayıb.

33 ildir bu söhbət millətin zəhləsini töküb. Düzdür, artıq bu mövzu bir çoxlarına, xüsusilə də müstəqillik dövründə doğulmuş gənclərə bir elə də maraqlı deyil, amma bu mövzu da “Səməd Vurğunun şairliyi”, “rus dili bölməsinin lazımlılığı”, “rayonlu-bakılı ixtilafı” mövzuları kimi vaxtaşırı qabarır, günlərlə dartışılır.

Ən pisi odur ki, mübahisə bitmir, uzun-uzadı gedən polemika rəyləri daha da dolaşdırır, şübhələri bir az da artırır, heç nəyə aydınlıq gətirmir və ən əsası söhbət mənasızlığa, absurda gedir.

Ancaq o andıra qalmış arxivlər açılsaydı, ortalığa çıxarılan sənədlərin ən mühümləri dərc olunsaydı, birinicsi, kimin kim olduğunu bilərdik, ikincisi, əsassız yerə adı hallandırılan bir sıra şəxslər əbədi şübhə hədəfi olmaqdan qurtulardı, üçüncüsü, bu mövzuda qırğın-qiyamət bitərdi, vaxtaşırı su bulandıranlar yerlərində oturardılar.

Nə yazıq ki, o vaxt belə bir addım atılmayıb. Əslində Elçibəy iqtidarı DTK arxivlərini açsaydı, daha çox tənqidə məruz qalardı, deyərdilər, Qarabağda müharibə getdiyi bir vaxtda milləti içindən parçalayan bu addım düşmən dəyirmanına su tökməkdir.

Bəlkə də Elçibəyin hakimiyyəti 1 ilini tamam edib, ikinci, üçüncü ilinə adlasaydı, arxivlər də açılardı, ölkədə lüstrasiya prosesi başlanar, vaxtilə qırmızı imperiyanın cəza-nəzarət orqanlarıyla əməkdaşlıq edənlərin dövlət vəzifəsi tutması yasaqlanardı.

Buna vaxt lazım idi. 71 ildən sonra müstəqilliyini bərpa etmiş dövlətin başqa qayğıları, dərd-səri vardı.

Bununla belə, qətiyyətlə demək olar ki, “arxivləri açsaq, vətəndaş qarşıdurması yaranardı” fikri əsassızdır. Heç bir qarşıdurma yaranmazdı. Onsuz da əyalətlərdə kimin babasının kimin babası tərəfindən donosla, üzədurma ilə güdaza verildiyini hamı bilirdi. O nəsillər çoxdan düşmən olmuşdular və məxməri intriqanın içindəydilər. Arxiv açılsa, ortaya rəsmi sənədlər çıxsa, bu, sadəcə, təfərrüatların açılması demək olacaqdı.

İri şəhərlərdə də aşağı-yuxarı eyni şey olacaqdı. Çünki üstündən çox vaxt keçmişdi. Babalar çoxdan sıradan çımışdı, meydan nəvələrdəydi və onların da öz yeni qayğıları vardı, durub “əcdad davası” edən deyildilər.

Bundan başqa, əslində kənd-kəsəklərdə, təşkilat və müəssisələrdə kimin “orqanlarla işlədiyini” çox adam bilirdi və heç kəs belələrini söyüb-döyüb yanından qovmurdu. Hamı çalışırdı ki, öz ehtiyatsız sözü ilə o adamlara iş verməsinlər.

Sadəcə, bu işin o ziyanı olardı ki, illərlə formalaşmış köhnə casus şəbəkəsindən bir neçə günün içində imtina olunardı, yenisini formalaşdırmaq üçün illər tələb olunardı. Həm də adamlar bu “peşə”nin etibarsızlığını və kütləvi qınanıldığını görərək, dövlətə informasiya ötürmək işindən imtina edərdilər.

Heç bir dövlət informatorlar şəbəkəsi olmadan idarə oluna bilməz. Ölkəni idarə edənlər cəmiyyətin ovqatından, qənaətlərindən, meyllərindən xəbərdar olmalıdırlar – əlbəttə ki, sırf dövlətin mənafeyi üçün.

1989-91-ci ildə Moskvanın asılılığından qurtulan bir sıra Avropa ölkələrində arxivlər açılıb və keçmişdə sovet hakimiyyətinə, o cümlədən cəza-nəzarət orqanlarına işləyən adamlara lüstrasiya tətbiq ediliib.

Vətəndaş cəmiyyətinin kommunist rejiminə ən şiddətli müqavimət göstərdiyi ölkələrdə, məsələn, Çexiya və Polşada lüstrasiya həlledici formada olub. Ancaq maraqlıdır ki, 1-2 il əvvəl Çexiya ilə eyni ittifaqda olmuş Slovakiyada, eləcə də Macarıstan və Bolqarıstanda belə addım atmayıblar. Ümumiyyətlə, hansı ölkədə keçmiş kommunistlər güclərini qoruyub saxlayıblarsa, orada nə arxivlər açılıb, nə lüstrasiya olub. Ona görə də bu gün bu ölkələri idarə edənlərin hələ də Moskvanın təsir dairəsində olması təəccüblü deyil.

Baltikyanı ölkələr (Latviya, Estoniya, Litva) bu məsələyə prinsipial yanaşıblar. Litva və Latviya parlamentləri çex modelinə əsasən, lüstrasiyaya məruz qalan şəxslərin dairəsini dövlət və özəl sektorun bütün yüksək vəzifələrinə qədər genişləndirməyə, habelə keçmiş kəşfiyyat agentləri və informatorların səsvermə hüquqlarını məhdudlaşdırmağa çalışıblar. Estoniya isə Polşanın lüstrasiya modelini qəbul edib.

Maraqlıdır ki, Şərqi Almaniya ilə Qərbi Almaniya birləşdikdən sonra ADR-də sovet DTK-sının filialı kimi fəaliyyət göstərmiş “Ştazi”yə işləyənlərə dair siyahılar mətbuatda yer alıb və ictimai təzyiqlərə səbəb olub. Almaniya hakimiyyəti Şərqi Almaniya siyasətçilərini - məsələn, Demokratik Sosializm Partiyasının lideri Qreqor Qisini gözdən salmaq üçün “Ştazi” arxivindən istifadə edib.

Bu xüsusda qəbul edilən qanunun yeni variantı məşhur alman siyasətçiləri ilə bağlı “Stazi” fayllarına çıxış imkanı verir, ancaq bu hüquq “Stazi” tarixini öyrənən tədqiqatçılar üçündür. Eyni zamanda, belə çıxış əldə etmiş tədqiqatçılar siyasilərin şəxsi həyatları və faəliyyətləri haqqında aldıqları məlumatları dərc etməyəcəklərinə və ya üçüncü şəxslərə ötürməyəcəklərinə zəmanət verməyə borcludurlar. (Bu halda aparılan tədqiqatların mənası nədir, görəsən?).

Hər halda bu məsələdə müxtəlif təcrübələr var. Hansı ölkələr arxivləri açmayıbsa, “agentləri” ifşa etməyibsə, həmin ölkələrin mətbuatında vaxtaşırı olaraq hansısa bir məşhur adam haqqında “DTK-ya informatorluq edib” və “Moskvaya işləyib” kimi iddialar dərc olunur. Arxivləri açmış ölkələrdə belə iddialar ya olmur, ya da irəli sürülən bənzər iddialar təsirsiz olur.

P.S. Belə bir informasiya da var ki, SSRİ DTK-sı Azərbaycandakı arxivini hələ 1991-ci ildə Bakıdan çıxarıb aparıbmış.

Xalid KAZIMLI - Müsavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İdman zalındakı qətl tərs baxışa görə baş verib: Mərhum öldürüləndə qardaşı yanında olub - TƏFƏRRÜAT
Bu gün, 14:34
Nikolay Valuyevin Azərbaycana girişə qadağa qoyulub - RƏSMİ
Bu gün, 14:32
RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB? - Bakının mərkəzində general-leytenanta qarşı terrorun 16-cı ildönümü
Bu gün, 14:28
Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq - DİQQƏT
Bu gün, 14:23
Yenə riyakarlıq - Bu dəfə Vaşinqtonda
Bu gün, 14:02
Babayev hökumətdə şəbəkələşmiş korrupsiya sistemini dağıda biləcəkmi? - AKTUAL
Bu gün, 14:00
Bu şirkət 5 milyon müqabilində “ASAN xidmət” mərkəzlərini - TƏMİZLƏYƏCƏK
Bu gün, 13:58
Ermənistanda “yeni qaçqınlar üçün hazırlıq” ölkəni qarışdırdı – Sensasiya
Bu gün, 13:19
Ağdərəyə köç başlayır
Bu gün, 13:17
"Bizim dövr" qəzetinin həbsdə olan baş redaktoru Surxay Əliyevə və müavininə cəza istənilib - DETALLAR
Bu gün, 13:14
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Bu gün, 13:11
Bakıda polis maskalanıb oğurluq edən şübhəliləri ifşa edib - FOTO, VİDEO
Bu gün, 13:09
Gülü Rəmişdən qalan evi satıb
Bu gün, 13:00
Cəlilabadda şəhid qardaşını illərdir kimlər və niyə süründürür? - AXI NİYƏ?..
Bu gün, 12:59
Lavrovun Ermənistana səfəri hazırlanır
Bu gün, 12:55
Xalqın öz Liderinə inam və etimadı ötən ilki seçkilərdə bir daha təsdiqləndi - MƏQALƏ
Bu gün, 12:50
Ölkənin inkişaf və tərəqqisində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 12:49
Papuaşvili xarici ölkələrin səfirlərini Gürcüstanın daxili işlərinə müdaxilədə günahlandırıb
Bu gün, 12:46
Abşeron təhsili: Gələn gəlirlər necə bölüşdürülür?! - İLGİNC İDDİALAR
Bu gün, 12:45
“Eurohome”un “Rolls Royce”da gəzən rəhbəri məhkəmələrə təzyiq edir, sahibkarlar müflis olur” - İLGİNC QƏRAR
Bu gün, 12:34
"Həkimlər hələ evə buraxılmağa icazə vermir... - ...Ölümdən döndüm"
Bu gün, 12:30
BÜLBÜLOĞLU NİYƏ SUSUR?.. - Yaxud Moskvada kimin xətrinə dəyməkdən qorxur?
Bu gün, 12:27
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
Azərbaycanla Gürcüstan arasında qatarla sərnişindaşıma bərpa olunur - MÜJDƏ
Bu gün, 12:20
"Rafael Ağayev kimi idmançıları küsdürmək, incitmək olmaz" - Hacı Əliyev
Bu gün, 12:18
Moskva Paşinyana rəsmi dəvət göndərdi
Bu gün, 12:15
Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq? - deputat
Bu gün, 12:14
Tramp ermənilərə satılmışları dinləyəcəkmi? - AKTUAL
Bu gün, 12:13
SOCAR-da VAKANSİYA HOQQABAZLIĞI... - ETİRAZ VAR...
Bu gün, 12:10
Dövlət Agentliyinin direktoruna müavin təyin edildi - ƏMR
Bu gün, 12:04
Qarabağda xidmət edən Çin əsilli azərbaycanlı - FOTO
Bu gün, 12:02
Bakıda uşaq poliklinikasında körpə öldü
Bu gün, 11:57
Nemət Pənahlının vergi borcu yarandı: Avtomobili müsadirə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert Ədalət Verdiyevin məhkəməsi başlayır
Bu gün, 11:43
Azərbaycan Rusiya üçün vacib tranzitdir: - La Gazette du Caucase Şimal-Cənub dəhlizi haqda
Bu gün, 11:41
Repetitorluq ləğv edilə bilərmi? - ŞƏRH
Bu gün, 11:39
"Füzulini, Nəsimini Azərbaycan bölməsinin şagirdləri düz-əməlli başa düşmür, qaldı ki, rus bölməsinin..."
Bu gün, 11:32
Azərbaycan "üç İ" prinsipinə riayət etməklə yüksək gəlirli ölkələr qrupuna daxil ola bilər - WB
Bu gün, 11:26
Kostyumuna görə tənqid edilən Rüfət Nasosnu: “Hollivud ulduzlarının geyim tərzidir…” - FOTO
Bu gün, 11:10
Avropa Amerika ilə “sərt dialoqa” hazırdır - “Deutsche Welle”
Bu gün, 11:01
Paşinyan görünməmiş xarici təcridlə üzləşib – Fərmanyan
Bu gün, 10:59
"Bakı Metropoliteni"nə yeni departament rəisi təyin edilib - DOSYE
Bu gün, 10:57
Rusiya İrəvana çağırış etdi: - Danışıqlara qayıdın!
Bu gün, 10:56
Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 10:51
Sabiq nazir kurikulumun ləğvini təklif etdi - "Bu sənədlər başdansovdu, alayarımçıq hazırlanıb..."
Bu gün, 10:48
“Mənə 1 manat da çatmayıb” deyən sabiq məmur 130 mini necə ödədi? - ŞOK DETALLAR
Bu gün, 10:42
Bu ittiham Ədalət Verdiyevin üzərindən götürüldü - Vəkili təsdiqlədi...
Bu gün, 10:38
Ermənistanın azərbaycanlı xalq və əməkdar artistləri - ADLI SİYAHI
Bu gün, 10:34
Moskvada məşhur klinikanın azərbaycanlı sahibinin qətli qohumu tərəfindən sifariş verilib - FOTO
Bu gün, 10:31
İcra başçılarına kitab satan, sahibkarları, direktorları şantaj edən 4 sayt rəhbərinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru