Yenə riyakarlıq .....                     Babayev hökumətdə şəbəkələşmiş korrupsiya sistemini dağıda biləcəkmi? .....                     Bu şirkət 5 milyon müqabilində “ASAN xidmət” mərkəzlərini .....                     Ermənistanda “yeni qaçqınlar üçün hazırlıq” ölkəni qarışdırdı .....                     Ağdərəyə köç başlayır .....                     "Bizim dövr" qəzetinin həbsdə olan baş redaktoru Surxay Əliyevə və müavininə cəza istənilib .....                     Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir .....                     Bakıda polis maskalanıb oğurluq edən şübhəliləri ifşa edib .....                     Gülü Rəmişdən qalan evi satıb .....                     Cəlilabadda şəhid qardaşını illərdir kimlər və niyə süründürür? .....                     Lavrovun Ermənistana səfəri hazırlanır .....                     Xalqın öz Liderinə inam və etimadı ötən ilki seçkilərdə bir daha təsdiqləndi .....                     Ölkənin inkişaf və tərəqqisində yeni mərhələ .....                     Papuaşvili xarici ölkələrin səfirlərini Gürcüstanın daxili işlərinə müdaxilədə günahlandırıb .....                     Abşeron təhsili: Gələn gəlirlər necə bölüşdürülür?! .....                     “Eurohome”un “Rolls Royce”da gəzən rəhbəri məhkəmələrə təzyiq edir, sahibkarlar müflis olur” .....                     "Həkimlər hələ evə buraxılmağa icazə vermir... .....                     BÜLBÜLOĞLU NİYƏ SUSUR?.. .....                     Şimal-qərb küləyi əsəcək .....                     Azərbaycanla Gürcüstan arasında qatarla sərnişindaşıma bərpa olunur .....                     "Rafael Ağayev kimi idmançıları küsdürmək, incitmək olmaz" .....                     Moskva Paşinyana rəsmi dəvət göndərdi .....                     Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq? .....                     Tramp ermənilərə satılmışları dinləyəcəkmi? .....                     SOCAR-da VAKANSİYA HOQQABAZLIĞI... .....                     Dövlət Agentliyinin direktoruna müavin təyin edildi .....                     Qarabağda xidmət edən Çin əsilli azərbaycanlı .....                     Bakıda uşaq poliklinikasında körpə öldü .....                     Nemət Pənahlının vergi borcu yarandı: Avtomobili müsadirə edildi .....                     Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən .....                     Azərbaycan Rusiya üçün vacib tranzitdir: .....                     Repetitorluq ləğv edilə bilərmi? .....                     "Füzulini, Nəsimini Azərbaycan bölməsinin şagirdləri düz-əməlli başa düşmür, .....                     Azərbaycan "üç İ" prinsipinə riayət etməklə yüksək gəlirli ölkələr qrupuna daxil ola bilər .....                     Kostyumuna görə tənqid edilən Rüfət Nasosnu: “Hollivud ulduzlarının geyim tərzidir…” .....                     Avropa Amerika ilə “sərt dialoqa” hazırdır .....                     Paşinyan görünməmiş xarici təcridlə üzləşib .....                     "Bakı Metropoliteni"nə yeni departament rəisi təyin edilib .....                     Rusiya İrəvana çağırış etdi: .....                     Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                 

Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Tarix: Dünən, 13:32 | Çap et
Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb:
Cənubi Qafqaz yeni dövr başlanmaq üzrədir. Üstəlik, bu dövrün regionda artıq önəmini itirmiş "erməni faktoru"nun tamamilə gömüldüğü mərhələ olacağı gözlənilir. Çünki Ermənistanın və erməni diasporunun əsas beynəlxalq himayədarı olan Bayden administrasiyası artıq mövcud deyil. Və Ağ Evin bundan sonra uydurma erməni narrativlərinə əhəmiyyət verib, vaxt itirəcəyi qətiyyən inandırıcı görünmür.

Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyasının ABŞ-da hakimiyyətə gəlişi Ermənistan üçün mövcud durumda baş verə biləcək ən uğursuz hadisə idi. Bu baxımdan, Ermənistan siyasi dairələrinin olduqca ciddi sarsıntı keçirərək, xof içində olması qətiyyən təəccüblü deyil. Üstəlik bu xof o qədər güclüdür ki, Ermənistan baş naziri Nukol Paşinyan Tramp adminstrasiyasının Ağ Evə köçməsindən dərhal sonra ABŞ-a səfər etmək məcburiyyətində qaldı. Və erməni baş nazir bu dəvətsiz səfəri dini tədbirlərdə iştirak etmək adı altında pərdələməli oldu.

Əslində isə baş nazir ABŞ-a qeyri-rəsmi kəşfiyyat səfərinə çıxmışdı. Çünki rəsmi İrəvanın və erməni lobbi qurumlarının bütün israrlı cəhdlərinə baxmayaraq, baş nazir Nikol Paşinyana prezident Donald Trampın andiçmə mərasiminə "dəvət" almaq mümkün olmamışdı. Yəni, Tramp adminstrasiyası ABŞ-ın Ermənistana ehtiyacı olmadığını elə bəribaşdan anlatmağa çalışmışdı. Sadəcə, özünü hər kəsə lazım olduğuna inandırmış qüsurlu erməni düşüncə sisteminə bunu qəbul etdirmək o qədər də asan məsələ deyil.

Təbii ki, baş nazir Nikol Paşinyan ABŞ-da olduğu müddətdə Ermənistanın Ağ Evin strateji hədəfləri üçün əvəzolunmaz material olduğunu sübut etməyə çalışdı. Buna baxmayaraq, Prezident Donald Trampdan, eləcə də, Ağ Evin yüksək rütbəli təmsilçilərindən qısamüddətli də olsa, görüş qopa bilmədi. Görüş üçün müraciət etdiyi hər kəsdən imtina cavabı aldı. Ona görə də, erməni baş nazir indi yalnız ABŞ-ın vitse-prezidenti ilə çəkdirməyə nail olduğu fotonu bu kəşfiyyat səfərinin yeganə təskinlik predmeti olaraq, təqdim etmək məcburiyyətində qalıb. Və bu, Ermənistanın necə aciz durumda olduğunu göstərir.

Maraqlıdır ki, erməni baş nazir ABŞ-ın vitse-prezidenti ilə qısamüddətli söhbətdə Ağ Evin prioritetləri sırasında Cənubi Qafqazda sülhün bərqərar olmasının da yer alacağına böyük ümidlər bəslədiyini bildirib. Onun fikrincə, bu, ABŞ-ın Ermənistanı dəstəkləməsi üçün ən effektiv metod olardı. Üstəlik, erməni baş nazir Bayden adminstrasiyasının son günlərində tez-tələsik imzalanan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişini də qarşı tərəfə xatırlatmağı unutmayıb. Və bununla da, erməni baş nazir ABŞ-ın himayəsi altına sığınmağa can atdığını biruzə verib.

Ancaq bu kəşfiyyat səfərinin nəticələrində erməni baş naziri məyus edəcək məqamlar hətta onun gözlədiyindən belə, qat-qat çoxdur. Belə ki, ABŞ-ın xarici siyasətini müəyyən edən heç kimin qapısı erməni baş nazirin üzünə açılmayıb. Bəzi məlumatlara görə, elə ABŞ vitse-prezidenti ilə qısamüddətli görüşdə onun gündəmə gətirdiyi mövzulara da laqeyd reaksiya verilib. Yəni, baş nazir Nikol Paşinyan regional sülh mövzusunda daha manipulyasiyalar etməyin mümkün olmayacağını daha yaxşı anlamış oldu.

Məsələ ondadır ki, ABŞ-ın Ermənistandan daha önəmli hədəfləri mövcuddur. Yəni, Ağ Ev ABŞ-ın strateji planları üçün faydasız olan Ermənistanı öz yanında boşuna sağa-sola sürüyüb, vaxt itirmək niyyətində deyil. Deməli, əgər, Paşinyan hakimiyyətinə doğrudan da regional sülh lazımdırsa, onda, Ağ Evin deyil, məhz rəsmi Bakının qapısına gəlməlidir. Rəsmi Bakının yekun sülh sazişinin imzalanması üçün prinsipial xarakter daşıyan şərtləri isə məlumdur və dəyişməz qalmaqdadır. Və rəsmi İrəvan həmin şərtlərin hamısını qeyd-şərtsiz icra edərsə, regional sülhə nail ola bilər.

Belə anlaşılır ki, Paşinyan hakimiyyətinin gündəmə gətirdiyi manipulyativ sülh narrativləri Ağ Evin diqqətini çəkmir. Digər tərəfdən, Ağ Evin diqqətini heç ümumiyyətlə, Ermənistan da çəkmir. Yəni, Ermənistan üçün ABŞ-ın himayəsi altında hərbi-siyasi təxribatlar törətməyə cəhd göstərdiyi dövr artıq sona çatdı. Ağ Evdə ABŞ-Ermənistan strateji tərəfdaşlıq anlaşmasını ciddiyə alacaqlarına indi heç baş nazir Nikol Paşinyan belə, inanmır. Və ABŞ-a son dəvətsiz səfərində o, buna artıq əmin olmağa imkan tapıb.

Digər tərəfdən, ABŞ-da erməni diasporu ilə yaxın təmasları olan bəzi siyasi dairələrin baş nazir Nikol Paşinyana ciddi xəbərdarlıq mesajları çatdırdıqları barədə olduqca önəmli məlumatlar da var. Artıq Qərb media qurumlarına qızdırılmış həmin məlumatlara görə, Tramp adminstrasiyası dönəmində Ermənistan Ağ Evin strateji planlarında ümumiyyətlə, yer almayacaq. Və əsas səbəb ondan ibarətdir ki, Tramp adminstrasiyasının nə Cənubi Qafqaz, nə də qlobal siyasəti üçün Ermənistan yararlı tərəfdaş deyil.

Məsələ ondadır ki, Tramp adminstrasiyası Cənubi Qafqazda əsas strateji tərəfdaşlıq üçün Azərbaycan və Gürcüstan üzərində seçim etməyə üstünlük verir. Çünki bu iki ölkə, xüsusilə də, Azərbaycan ABŞ-ın həm regional, həm də qlobal hədəfləri baxımından, strateji tərəfdaşlıq potensialına malikdir. Ona görə də, ABŞ-ın Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionları üzrə strateji planlarında Azərbaycana xüsusi yer ayrılacağı gözlənilir. Ən azından ona görə ki, Azərbaycan bu üç regionda kifayət qədər həlledici təsir mexanizmlərinə sahib ölkədir. Və Ağ Ev Azərbaycan kimi olduqca dəyərli strateji tərəfdaşlıq potensialına malik dövləti Ermənistan ucbatından itirmək niyyətində deyil.

Belə anlaşılır ki, Ağ Evdə Ermənistanla bağlı müəyyən qərarlar artıq verilib. Ermənistan ABŞ-ın geopolitik planlarında böyük ehtimalla yer almayacaq. Bu isə Ermənistanın ABŞ-ın "himayə çətiri"ndən kənarda qalma təhlükəsi deməkdir. Üstəlik, Ağ Evin Ermənistana münasibətdə gözlənilən dəyişiklik barədə baş nazir Nikol Paşinyana məxfi şəkildə məlumat ötürülüb. Və bu səbəbdən də, Ermənistanın gələcək taleyinin təhlükədə olduğunu artıq anlayan erməni baş nazirin tezliklə sülh sazişi üçün rəsmi Bakının qapısını daha israrla döyməyə başlayacağı qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yenə riyakarlıq - Bu dəfə Vaşinqtonda
Bu gün, 14:02
Babayev hökumətdə şəbəkələşmiş korrupsiya sistemini dağıda biləcəkmi? - AKTUAL
Bu gün, 14:00
Bu şirkət 5 milyon müqabilində “ASAN xidmət” mərkəzlərini - TƏMİZLƏYƏCƏK
Bu gün, 13:58
Ermənistanda “yeni qaçqınlar üçün hazırlıq” ölkəni qarışdırdı – Sensasiya
Bu gün, 13:19
Ağdərəyə köç başlayır
Bu gün, 13:17
"Bizim dövr" qəzetinin həbsdə olan baş redaktoru Surxay Əliyevə və müavininə cəza istənilib - DETALLAR
Bu gün, 13:14
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Bu gün, 13:11
Bakıda polis maskalanıb oğurluq edən şübhəliləri ifşa edib - FOTO, VİDEO
Bu gün, 13:09
Gülü Rəmişdən qalan evi satıb
Bu gün, 13:00
Cəlilabadda şəhid qardaşını illərdir kimlər və niyə süründürür? - AXI NİYƏ?..
Bu gün, 12:59
Lavrovun Ermənistana səfəri hazırlanır
Bu gün, 12:55
Xalqın öz Liderinə inam və etimadı ötən ilki seçkilərdə bir daha təsdiqləndi - MƏQALƏ
Bu gün, 12:50
Ölkənin inkişaf və tərəqqisində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 12:49
Papuaşvili xarici ölkələrin səfirlərini Gürcüstanın daxili işlərinə müdaxilədə günahlandırıb
Bu gün, 12:46
Abşeron təhsili: Gələn gəlirlər necə bölüşdürülür?! - İLGİNC İDDİALAR
Bu gün, 12:45
“Eurohome”un “Rolls Royce”da gəzən rəhbəri məhkəmələrə təzyiq edir, sahibkarlar müflis olur” - İLGİNC QƏRAR
Bu gün, 12:34
"Həkimlər hələ evə buraxılmağa icazə vermir... - ...Ölümdən döndüm"
Bu gün, 12:30
BÜLBÜLOĞLU NİYƏ SUSUR?.. - Yaxud Moskvada kimin xətrinə dəyməkdən qorxur?
Bu gün, 12:27
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
Azərbaycanla Gürcüstan arasında qatarla sərnişindaşıma bərpa olunur - MÜJDƏ
Bu gün, 12:20
"Rafael Ağayev kimi idmançıları küsdürmək, incitmək olmaz" - Hacı Əliyev
Bu gün, 12:18
Moskva Paşinyana rəsmi dəvət göndərdi
Bu gün, 12:15
Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq? - deputat
Bu gün, 12:14
Tramp ermənilərə satılmışları dinləyəcəkmi? - AKTUAL
Bu gün, 12:13
SOCAR-da VAKANSİYA HOQQABAZLIĞI... - ETİRAZ VAR...
Bu gün, 12:10
Dövlət Agentliyinin direktoruna müavin təyin edildi - ƏMR
Bu gün, 12:04
Qarabağda xidmət edən Çin əsilli azərbaycanlı - FOTO
Bu gün, 12:02
Bakıda uşaq poliklinikasında körpə öldü
Bu gün, 11:57
Nemət Pənahlının vergi borcu yarandı: Avtomobili müsadirə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert Ədalət Verdiyevin məhkəməsi başlayır
Bu gün, 11:43
Azərbaycan Rusiya üçün vacib tranzitdir: - La Gazette du Caucase Şimal-Cənub dəhlizi haqda
Bu gün, 11:41
Repetitorluq ləğv edilə bilərmi? - ŞƏRH
Bu gün, 11:39
"Füzulini, Nəsimini Azərbaycan bölməsinin şagirdləri düz-əməlli başa düşmür, qaldı ki, rus bölməsinin..."
Bu gün, 11:32
Azərbaycan "üç İ" prinsipinə riayət etməklə yüksək gəlirli ölkələr qrupuna daxil ola bilər - WB
Bu gün, 11:26
Kostyumuna görə tənqid edilən Rüfət Nasosnu: “Hollivud ulduzlarının geyim tərzidir…” - FOTO
Bu gün, 11:10
Avropa Amerika ilə “sərt dialoqa” hazırdır - “Deutsche Welle”
Bu gün, 11:01
Paşinyan görünməmiş xarici təcridlə üzləşib – Fərmanyan
Bu gün, 10:59
"Bakı Metropoliteni"nə yeni departament rəisi təyin edilib - DOSYE
Bu gün, 10:57
Rusiya İrəvana çağırış etdi: - Danışıqlara qayıdın!
Bu gün, 10:56
Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 10:51
Sabiq nazir kurikulumun ləğvini təklif etdi - "Bu sənədlər başdansovdu, alayarımçıq hazırlanıb..."
Bu gün, 10:48
“Mənə 1 manat da çatmayıb” deyən sabiq məmur 130 mini necə ödədi? - ŞOK DETALLAR
Bu gün, 10:42
Bu ittiham Ədalət Verdiyevin üzərindən götürüldü - Vəkili təsdiqlədi...
Bu gün, 10:38
Ermənistanın azərbaycanlı xalq və əməkdar artistləri - ADLI SİYAHI
Bu gün, 10:34
Moskvada məşhur klinikanın azərbaycanlı sahibinin qətli qohumu tərəfindən sifariş verilib - FOTO
Bu gün, 10:31
İcra başçılarına kitab satan, sahibkarları, direktorları şantaj edən 4 sayt rəhbərinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 10:25
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib - XİN
Bu gün, 10:22
İsmayıllıda ŞOK ÖZBAŞINALIQ: Dövlətin su anbarında... - FOTOFAKT
Bu gün, 10:18
“Rus Evi”nin qapısı bağlanıb: Bakı daha hansı addımları atacaq? - BBC-nin Rus Xidməti
Bu gün, 10:02
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişini təsdiqləyib
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru