![Ərdoğan: "Fəratın şərqindəki terrorçuların yuvalarını məhv etməyə qərarlıyıq" Ərdoğan: "Fəratın şərqindəki terrorçuların yuvalarını məhv etməyə qərarlıyıq"](/uploads/posts/2019-09/thumbs/1567398197_0001.jpg)
Türkiyə Suriyada Fərat çayının şərqindəki terror yuvalarını məhv etmək qərarındadır.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada çıxışı zamanı deyib.
Türkiyə prezidenti qeyd edib: "Fəratın şərqi indi gündəmimizdədir. Fəratın şərqindəki terrorçuların yuvalarını məhv etməyə qərarlıyıq".
Qeyd edək ki, avqustun 7-də Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq barədə razılığa gəliblər.