![Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir](/uploads/posts/2019-09/thumbs/1567403002_42a391cb-7444-4506-8bf0-db14e48fa653.jpg)
Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı saat 15:00-da xüsusi bəyanatla çıxış edəcək.
Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.
Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.