“Ziya Məmmədov ölənə qədər Azərbaycandan xaricə buraxılmayacaq”
Tarix: 18-05-2017, 08:31 | Çap et
Bu il fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov hələ də heç bir vəzifəyə təyin olunmayıb. Əksinə, sabiq nazirə məxsus obyektlərin, restoranların onun əlindən alınması ilə bağlı informasiyalar dolaşır. Təcrübə göstərir ki, hökumət heç bir sadiq kadrını bu qədər müddət işsiz saxlamayıb. Bəs belə olan halda, nə üçün ona qarşı bu cür münasibət sərgilənir?
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirib ki, Ziya Məmmədov əməlləri ilə “qırmızı xətti” keçib, buna görə də vəzifədən azad edildi:
“Ziya Məmmədovun Azərbaycanda yol-tikinti sahəsində nəhəng korrupsiya faktları ilə bağlı mətbuatda çoxlu faktlar var, ancaq bu səbəbdən işdən çıxarılmayıb. Deyə bilərik ki, hakimiyyət insanları vətənə, dövlətə xəyanətə görə yox, şəxsi sədaqətsizliyə görə cəzalandırır. Ziya Məmmədovun və oğlunun Trampla, Amerika Konqresi ilə qurduğu əlaqələr hakimiyyət üçün arzuolunmaz fəaliyyət idi. Çünki biznes fəaliyyəti qurmağa icazə olsa da, siyasi fəaliyyət qurmaq hakimiyyət üçün ”qırmızı cizgi"ni keçməkdir. Ziya Məmmədov və onun oğlu da məhz bu xətti keçmişdi. Bu mənada Əli İnsanov və Fərhad Əliyevin də adını qeyd etmək olar. Bu baxımdan, düşünmürəm ki, Ziya Məmmədovu yenidən hakimiyyətə gətirib, ona vəzifə verəcəklər. Çünki artıq sədaqətsizliyini nümayiş etdirib və ikinci dəfə ona şərait yaratmazlar. Düşünürəm ki, onu xaricə də buraxmayacaqlar. Çünki bu cür şəxslərin xaricə buraxılması hakimiyyət üçün çox ciddi problemlər yarada bilər. Hakimiyyət bir dəfə Rəsul Quliyevi xaricə buraxmaqla belə səhvə yol verib. Nəticədə kifayət qədər başları ağrıyıb. Ziya Məmmədov isə iqtidarın fəaliyyəti ilə bağlı Rəsul Quliyevdən də çox məlumatlıdır. Belə bir adamın xaricə gedib, həmin məlumatları mətbuatda, xaricdəki dairələrə sızdırması mümkündür. Ona görə də Ziya Məmmədov ölənə qədər Azərbaycandan xaricə buraxılmayacaq".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ziya Məmmədov məsələsində Trampın adı və rolu çox şişirdilib: "Bəlkə də Trampın yanında Ziya Məmmədovun adını çəksələr, o, bu ad və soyadı birinci dəfə eşitdiyini bildirər. Ola bilər ki, Trampın qızının Ziya Məmmədovun oğlu Anarla müəyyən iş birliyi olub. Ola bilər ki, Məmmədovlar ailəsi düşünürdülər ki, Tramp Klintonun üzərində qələbə çaldısa, bu, onların mövqelərini daha da gücləndirəcək. Ancaq göründüyü kimi, bunun tam əksi yaşandı. Belə olacağını öncədən zənn edirdim. Çünki Trampın qələbəsindən öz məqsədləri üçün istifadə etmək, Azərbaycanın dövlət siyasətini şantaj etməyə bənzəyirdi. Elə məncə, bu yanaşmanın özü Ziya Məmmədovun iqtisadi sistemini çökdürdü. Çünki aydındır ki, bu cür şantaj tonunda dövlətlə danışmaq olmaz. Demirəm ki, Məmmədov bunu haradasa dilə gətirib. Ancaq hiss olunurdu ki, Trampın qələbəsindən çox qürrələniblər və bundan istifadə etmək istəyirlər. Reallıq budur ki, Ziya Məmmədov nazir olduğu dönəmdə, insanların ən çox şikayət etdikləri sahə nəqliyyat sahəsi idi. Özü nəqliyyat naziri idi, bütün nəqliyyat sistemində inhisarçılıq da oğlunun əlində idi. Yəni bu dərəcədə özlərinə arxayın idilər. Büdcədən ən çox pul nəqliyyat sahəsinə, yolların çəkilməsinə ayrılırdı. Halbuki diqqət etsək görərik ki, 25 il üçün tikilən yollar 2-3 il sonra dağıldı. Xüsusilə də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yollarını qeyd etmək olar ki, insanlar ən çox oradan şikayət edirdilər. Əl qoyduqları sahədə Məmmədovların heç bir uğuru yox idi. Sadəcə olaraq, topladıqları pulların hesabına dövlətə nəyisə diktə etmək istəyirdilər".
Politoloq bildirib ki, Ziya Məmmədovun yenidən vəzifəyə gəlmək şansı yoxdur: “Əgər elə olsaydı, oğlu nə üçün Londonda gizlənirdi? Əgər deyirlərsə ki, əllərindəkini halal yolla qazanıblar, o zaman elə oğlu Azərbaycanda işləyərdi də... Hesab etmirəm ki, bu cür hadisələrdən sonra Məmmədovun geri dönüşü reallaşsın. Trampdan öncə də Ziya Məmmədovun neytrallaşdırılmasına qərar verilmişdi. İllər öncə görürdük ki, bütün strukturları tədricən əlindən alınıb, bir başqa nazirliyə verilirdi. Ziya Məmmədov son zamanlar, faktiki olaraq, ”portfelsiz nazir"ə çevrilmişdi. Bir zamanlar özlərindən o qədər razı idilər ki, hətta sizin əməkdaşınızın da üstünə müxtəlif adamları salmışdılar. İndi isə bütün dayaqları itib, bəzi biznes strukturları da əllərindən alınıb. Deməli, əldə etdikləri qanunsuz yolla qazanılıb ki, əlindən alınır və sən susursan. Hesab edirəm ki, bu cür addımlar gücləndiriləcək. Oliqarxik sistem, inhisarçılıq Azərbaycanı uçuruma aparır. Dövlət başçısı da hiss olunur ki, bu sistemi bir qədər dəyişmək istəyir. Kiçik rüşvətin qarşısı “ASAN Xidmət”in vasitəsilə alındı. İndi isə əsas məsələ inhisarçılığa son qoymaqdır ki, prezident də bu barədə açıqlamasında bildirib. Eyni zamanda bu istiqamətdə müəyyən işlər də aparılır. Ziya Məmmədovun da istefaya göndərilməsi məhz bu işlərdən biridir. Bu mübarizəni gücləndirmək lazımdır ki, Ziya Məmmədov olayı başqalarına da dərs olsun".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|