“Həmsədrlərin nəyi müşahidə etmək istədiyi bəlli deyil” - deputat
Tarix: 23-06-2017, 09:24 | Çap et
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana, Azərbaycanın işğal altında olan torpaqlarına və Bakıya son səfərilərindən sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli irəliləyiş əldə olunmadı. Bütün diqqətlərini atəşkəs rejiminin qorunması və təmas xəttində gərginliyin azaldılmasına yönəldən diplomatlar həmişəki kimi münaqişənin həlli yolları ilə bağlı yeni bir şey təklif etmədi. Hazırda isə əsas məsələ Azərbaycan və Ermənistan prezidentlərinin görüşüdür. Rusiyalı həmsədr İqor Popov da prezidentlərin danışıqlara hazır olduqlarını bildirib. Görüş olduğu halda gözləntilərimiz nə olmalıdır? Prezidentlərin görüşü harada baş tuta bilər? Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzu barədə Modern.az-a danışıb. “Həmsədrlərin nəyi müşahidə etmək istədiyi bəlli deyil” Deputat bildirib ki, bugünkü şəraitdə həmsədrlər sülh planları gətirməkdən daha çox regiondakı gərginliyi bir qədər azaltmağa çalışırlar. “Çünki aprel döyüşlərindən sonrakı mərhələlərdə ermənilər bir sıra hərbi taktiki dəyişikliklər həyata keçirib və ön cəbhəyə müxtəlif silahlar yerləşdiriblər. Eyni zamanda sonrakı mərhələdə alınmış “İsgəndər” raketi vasitəsilə cəmiyyətdəki xofu və qorxunu aradan qaldırmağa çalışırlar. Həmin raketin kölgəsində Azərbaycan əleyhinə bəyanatlar verib, Bakını hədəf seçəcəklərini, neft-qaz kəmərlərini partladacaqlarını, bununla da bölgə üçün böyük təhlükə törədəcəklərini söyləyiblər. Hətta həmsədrlərin bölgədə olduğu zaman da real olaraq cəbhə xəttində gərginlik olub, atışmaların intensivliyi müşahidə edilib. Diqqət yetirsək, həmsədrlərin bu dəfə fərqli maşrut üzrə səfər həyata keçirdiyini görəcəyik. 12 iyunda Yerevanda olublar, daha sonra Qarabağa gəlib və buradan da bir az ətrafa addım ataraq Kəlbəcərə, Qubadlıya, o cümlədən də Laçına gediblər. Nəhayət 19 iyunda Bakıya gələrək əvvəlcə ölkə başçısı ilə görüşüblər, həmçinin balansı qorumaq üçün Dağlıq Qarabağın Azərbaycan İcmasının nümayəndələri ilə də danışıqlar aparıblar. Kəlbəcər nə üçün xarici diplomatlar üçün elə önəmli olub? Orada nəyi müşahidə etmək istəyiblər? Bunlar bizə bəlli deyil. Ömrünü-gününü Qarabağa həsr edən hərbi kəşfiyyatçı Anjey Kaspşik ATƏT-in baş ofisi Vyanaya mütəmadi olaraq məlumatlar çatdırır. Və yəqin ki, son vaxtlar verilən xəbərlər bölgədə silah kütləsinin real toqquşmaya yaxın bir duruma gətirildiyi, canlı qüvvələrin real hərəkətlər törətdiyi haqqında olub. Bu səbəbdən gərginliyin azaldılması ilə bağlı addımlar atıldı”. "Onlar kimdir? Bu, sual olaraq qalır" Zahid Oruc xatırladıb ki, səfər zamanı Rusiyalı həmsədr İqor Popov söylədi ki, prezidentlər görüşə razılıq veriblər. “Bu əlbəttə ki, fərqli mövqedir. Çünki aprel döyüşlərindən sonra erməni tərəfi ultimatumlar irəli sürürlər. İlk növbədə danışıqlara gəlməyəcəklərini bildirdilər. Daha sonra Vyana və Sankt-Peterburq görüşlərində Azərbaycanı cəzalandırmaqdan bəhs etdilər. Bu da reallaşmayanda üçüncü tezisə keçdilər. Eyni zamanda son zamanlar bölgəyə müşahidəçi missiyası gəlməli olduğu fikrini qabardır və Kaspşikin idarəsinin tərkibinin genişləndirilməli olduğunu bildirirlər. Bildiyiniz kimi bir neçə gün öncə ATƏT sədrinin şəxsi nümayəndəsinin ətrafındakı adamların sayı 7 nəfərə qədər artırılıb. Hansı prinsiplə seçiliblər, kimdi onlar, hardan gəliblər, hərbi sistemə necə bağlıdırlar, funksiyaları nədir, hansı ərazidə yerləşirlər, onları kim maliyyələşdirir- bunların hamısı sual olaraq qalır. Ancaq prezident İlham Əliyev dirəniş göstərdi və ermənilər istədiklərinə nail ola bilmədilər. Düşünürəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilən hadisədir. Çünki Rusiya regionda, xüsusilə Qafqazlarda yeni toqquşmaların qətiyyən əleyhinədir. Ən azından ön cəbhədə vuruşmaq o qədər asan deyil. Çünki regiona təsir imkanları məhz Moskvanın əlindədir. Onların Şimali Qafqazda da tank-topları, ordusu mövcuddur.
Yerdə qalan dövlətlərin min kilometrlərlə məsafə qət edib Ermənistan və Azərbaycan arasında tank-topunu yerləşdirməsi də mümkün deyil. Hələ ki buna inanmaq çətindir. Belə olan təqdirdə yəqin ki, dövlət başçılarının görüşü təşkil ediləcək. Ancaq bu müharibə ehtimallarını azaldacaqmı? Hansı məsələlər üzrə razılığa gəlinə bilər? Söhbət sülh anlaşmasından getmir. Çünki artıq bunu masa üzərindən kənara qoyublar”. “Prezidentlərin görüşü Avropa ölkələrinin birində keçiriləcək” “Düşünürəm ki, prezidentlərin görüşü barədə Fransanın təşəbbüsləri nəzərə alınma ehtimalı var. Görüşdə Azərbaycan tərəfi ermənilərin son diversiya əməliyyatlarını kəskin şəkildə qabardacaq. Üç gün öncə ATƏT-in Minsk qrupunun verdiyi bəyanatın hər hansı qüvvəsi yoxdur və bununla vəziyyətə təsir göstərmək mümkün deyil. Hesab edirəm ki, Azərbaycan tərəfi həmin danışıqları sonuncu ələ keçirilən erməni təxribatçısının timsalında quracaq. Minsk qrupu həmin şəxsin timsalında görməlidir ki, bütün bu təxribatlar Azərbaycanı hərəkətə gətirmək vasitəsidir. Eyni zamanda qarşı tərəf bununla bizi xarici təşkilatların tənqid hədəfinə çevirmək istəyirlər. Yəni Müdafiə Nazirliyi tərəfindən ələ keçirilən həmin erməni kəşfiyyatçı danışıqların əsas predmenti olacaq. Söhbət subyektdən deyil, Ermənistanın həyata keçirdiyi tədbirlərdən gedir. Həmin şəxsin arxa cəbhəyə keçib nələr törədə biləcəyini təxmin etmək o qədər də çətin deyil. Azərbaycan prezidenti hər zaman olduğu kimi bu dəfə də aprel döyüşlərindən sonra beynəlxalq idarələrin vəd etdiyi planların təkrar gündəmə qaytarılması və dəyişilmiş hərbi status-kvonun siyasi danışıqlara keçməsi məsələsini ortaya qoyacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|