Trampın Kanadanı işğal etmək planı yoxdur .....                     Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? .....                     “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... .....                     Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? .....                     Günay özəl günündə "Səndən sonra" təqdim etdi .....                     SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib .....                     AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB .....                     “Ayaqlarımda problem var, yeriyə bilmirəm” .....                     Rus səfir açıqladı: Bakı və İrəvana kömək… .....                     Ukrayna böhranının həllində “intensiv diplomatiya” .....                     "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." .....                     “Atamın mahnılarının müəlliflik hüququ məndədir, .....                     "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" .....                     USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib .....                     Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? .....                     Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq .....                     Sahil Babayev karateçi olub .....                     Bu siyahıda Ermənistanla Türkiyə var, .....                     Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: .....                     Məktəblərdə din tədrisinə ehtiyac varmı? .....                     Azərbaycanda güclü zəlzələ gözlənir? .....                     “PEYK” zavodunun 19 milyon vergi borcu var .....                     Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi .....                     İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar .....                     Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş .....                     Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir .....                     Azər Qəribovun adından dələduzluq .....                     O vaxt KQB arxivləri açılsaydı... .....                     1,5 milyard dollarlıq qızıl aldı .....                     Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... .....                     Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? .....                     Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb .....                     "Bu sahədə savadı sıfırın altındadı..." .....                     Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. .....                     Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                 

Müxalifət yeni mitinq formatından imtina edir
Tarix: 1-05-2020, 09:37 | Çap et
Müxalifət yeni mitinq formatından imtina edir
Rusiya müxalifəti “Youtube” platformasında “Həyat uğrunda” şüarı ilə onlayn mitinq təşkil edib. Mitinq “Yox!” kampaniyasının təşkilatçıları tərəfindən gerçəkləşdirilib.

Onlayn tədbirin iştirakçıları hakimiyyəti böhran günlərində konstitusiyaya dəyişikliklər aparmaq yerinə, insanların həyatını xilas etməyə çağırıblar. Tələblər arasında bölgələrdə çalışan həkimlərin bütün zəruri vəsaitlərlə təmin olunması, koronavirusdan zərər çəkən vətəndaşlara birbaşa müavinətlərin ödənilməsi və kiçik biznesə yardım göstərilməsi, habelə epidemiya ilə mücadilə zamanı rusiyalıların hüquqlarının qorunması və konstitusiya islahatlarından imtina edilməsi yer alıb.

“Youtube”dakı aksiya 20 minə yaxın insan tərəfindən dəstəklənib və 3 saat davam edib. Bəs Azərbaycan müxalifəti onlayın mitinq keçirə bilərmi? Planında belə bir aksiya varmı?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Azərbaycan arasında xeyli fərqlər var. Rusiyada müxalifət partiyaları yoxdur. Orada müxalifətçiliyi ictimai təşkilatlar, ayrı-ayrı QHT-lərin rəhbərləri, blogerlər edirlər. Onlayn mitinqi də onlar reallaşdırıblar: “Rusiyada daha çox antidemokratik rejim yaradılıb. Müxalif siyasi partiyaların olmaması bununla bağlıdır. Son aylar isə Rusiya hökuməti vacib sosial proqramları həyata keçirə bilmir. Ona görə də ölkədə böyük narazılıqlar yaranmaqdadır. Yaranan narazılıq müxalifət mövqeyində olan ictimai qurumlara, şəxslərə fürsət verib. Azərbaycanda müxalifət partiyaları və müxalif partiya sədrləri hər hansı bir məsələ barədə sözünü internetin verdiyi imkanlardan istifadə etməklə çatdırırlar. Biz internet televiziyalarında müntəzəm çıxışlar edirik, həmin verilişlərə minlərlə insan baxır, canlı verilişlərdə insanlar bizə suallarını ünvanlayırlar, şüarlarını, təkliflərini səsləndirirlər, yazırlar. Yəni əslində bu, onlayn mitinqin bir forması da sayıla bilər. Hətta bu formatın Rusiyadakı müxalif qüvvələrin keçirdiyi onlayn mitinq formatından üstün tərəfləri var. Onların keçirdiyi onlayn mitinqdə vətəndaşlar çıxış edənə sual verə bilmir. Mənim dediyim formatda isə vətəndaşlar sual verirlər, fikirlərini ifadə edirlər. Belə demək mümkünsə, sadə vətəndaşlar da çıxış etmək imkanı əldə edir. Mənim qeyd etdiyim formatın daha bir üstün tərəfi verilişlərə çıxan siyasətçinin fikirlərini, ona yazılanları sonradan istənilən vaxt internetə daxil olub dinləmək, izləmək, hətta yenə də nələrsə yazmaq imkanının olmasıdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan müxalifəti artıq xeyli vaxtdır onlayn aksiya keçirməkdədir. Ancaq bu o demək deyil ki, sırf Rusiyadakı müxalifətin keçirdiyi kimi onlayn mitinqi heç vaxt keçirməyəcəyik. Ciddi zərurət olacaqsa, biz də bu formatdan istifadə edərik”.

S.Cəlaloğlu onu da dedi ki, bu saat Azərbaycanın müxalifət partiyalarının Rusiyadakı müxalif qüvvələrdə olduğu səviyyədə texnika yoxdur: “Bizlərdə onlardakı kimi texnoloji imkanlar yetərli deyil. Bu faktoru da nəzərə almaq lazımdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, elmin inkişafının insan yaşantısına qatdığı yeniliklərdən biri və bəlkə də ən önəmlisi virtual həyatdır. Bu gün insanların həyatlarının müxtəlif sahələrində bu nailiyyətlərdən aktiv istifadə edilir: “Koronavirus pandemiyası və bunun nəticəsində sərtləşdirilmiş karantin şərtləri onlayn həyatı daha da stimullaşdırdı. Hətta yüzilliklərdən bəri formalaşan ənənəvi insan davranışları belə, onlayn sistemə keçid etdi. Ancaq mən düşünürəm ki, bu məsələyə çox da aludə olmaq olmaz. Çünki insan həyatı real şəkildə yaşamalı və fəaliyyət göstərməlidir deyə düşünürəm. Həmçinin elə sahələr var ki, burada virtual və onlayn fəaliyyət lazımi effekt verməz. Bu sahələrdən ən başda gələnlərdən biri də siyasət səhnəsidir. Siyasət insanlarla birbaşa ünsiyyət formasında olduqda daha effektiv və məhsuldar olur deyə düşünürəm. Odur ki, mən onlayn, virtual aksiya və ya mitinqlərin tərəfdarı deyiləm. Düşünmürəm ki, belə aksiyalar Azərbaycanda lazımi effekt verə və hər hansı bir real nəticəsi ola. Odur ki, həyatın tezliklə normala qayıtmasının və həmişəki qaydada yaşamımızı davam etməyin tərəfdarıyam. Bir daha qeyd edirəm, bəlkə də kreativlik və ya rəngarənglik baxımından virtual aksiyalar qulağa xoş gələ bilər. Ancaq belə fəaliyyətin heç bir real siyasi nəticəsi ola bilməz. Odur ki, belə məsələlərə vaxt və enerji ayırmağın tərəfdarı deyiləm”.

AMİP katibi Əli Orucov da qeyd etdi ki, getdikcə virtual aləm real aləmi üstələməkdədir. Bütün müzakirələr və məlumatların yayılması sosial şəbəkələr üzərindən həyata keçirilir. Xüsusən də koronavirus pandemiyası cəmiyyəti real həyatdan daha da uzaqlaşdırdı: “Amma onlayn müzakirələr, internet resurslarının daha geniş yayılmasına baxmayaraq kütləvi etiraz formasının internet üzərindən keçirilməsi istənilən effekti verəcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycanda bütün sahələrdə vəziyyətin getdikcə ağırlaşmasına baxmayaraq koronavirus pandemiyası dövründə hansısa etiraz mitinqlərinin keçirilməsini düzgün saymıram. Lakin bu heç də o anlamı vermir ki, iqtidar tərəfi nə istədiyini edəcək, müxalifət olaraq da biz seyrçi qalacağıq. İndiki çətin dönəmlərdə hakimiyyətə müəyyən kart-blanş verməyin özü də xoş məramı göstərmək deməkdir. Bundan hakimiyyət sui-istifadə etməməli, problemlərin həllinə və çətin durumdan Azərbaycanı az itkilərlə çıxarmağa yönəltməlidir. Bununla belə, AMİP digər müxalif siyasi partiyalarla müntəzəm əlaqə saxlayıb bu və ya digər məsələlərlə bağlı fikir mübadiləsi aparır. Məsləhətləşmələr davam etdirilir. Yaxın dövr üçün hər hansı bir kütləvi etiraz aksiyası gündəmimizdə yoxdur. Əgər nə vaxtsa buna ehtiyac və zərurət duyularsa baxıla bilər. Digər tərəfdən, Rusiya ilə Azərbaycan arasında durum fərqlidir. Şimal qonşumuzla müqayisədə Azərbaycanda vəziyyət bir qədər yaxşıdır. Yəni ölkədə Rusiyada olduğu kimi böhranlı hal yoxdur. Kifayət qədər həlli vacib problemlər var, lakin bu, partlayış həddində deyil”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31
Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25
“Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18
Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08
Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06
SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04
AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17
“Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10
Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07
Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01
"Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56
“Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53
"Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50
USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48
Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02
Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59
Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54
Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34
Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32
Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38
Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34
“PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32
Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49
İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47
Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44
Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39
Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37
O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34
1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32
Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34
Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27
"Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19
Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru