"Bu təşkilatın adı “Azadlıq evi” olsa da mahiyyəti “ermənilərin evi”dir" - deputat
Tarix: 8-05-2020, 09:34 | Çap et
!["Bu təşkilatın adı “Azadlıq evi” olsa da mahiyyəti “ermənilərin evi”dir" "Bu təşkilatın adı “Azadlıq evi” olsa da mahiyyəti “ermənilərin evi”dir"](/uploads/posts/2020-05/1588916143_0001.jpg) “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı dünyada insan hüquqlarının vəziyyəti barədə illik hesabatı dərc edib. “Demokratiya və azadlığın genişləndirilməsi: Keçid dövrünün dövlətləri” adlı hesabat 29 ölkəni əhatə edir. Bunlardan 10-u demokratik, 10-u hibrid, 9-u avtoritar ölkələrə aid edilib. Azərbaycan 1,4 balla sonuncu kateqoriyaya aid edilib. Mərkəzi qərargahı ABŞ-da olan qurum Azərbaycanı siyahıda “avtoritar ölkələr” sırasına yazıb. Bu qrupda Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan da var.
Ermənistan və Gürcüstan isə 3 və 3,25 balla hibrid rejimi olan ölkələr sırasına düşüb.
Azərbaycan tərəfi “Freedom House”un hesabatını rədd edir.
Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Freedom House” təşkilatı həmişə böhtanlarla, qara yaxmaqla Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi imic formalaşdırmağa çalışır. Çünki həmin təşkilatın heyətində kifayət qədər erməni var. Onun İdarə Heyətində bir neçə nəfər ermənilər də var. ABŞ-dakı erməni lobbisi ilə bu qurum arasında sıx əlaqələr mövcuddur. Erməni lobbisi oraya erməniləri və ermənilərə bağlı olan adamları yerləşdirib. “Freedom House” təşkilatı erməni lobbisi tərəfindən maliyyələşdirilir.
Ona görə də Azərbaycan dövləti nə qədər demokratik islahatlar, sosial, iqtisadi islahatlar keçirsə belə, bu qərəzli təşkilat islahatları görməməzlikdən gəlir. Onlara milli maraqları şəxsi maraqlarına qurban verən bəzi azərbaycanlı “hüquq müdafiəçiləri”, siyasətçilər tərəfindən saxta məlumatlar da ötürülür. Bu məlumatlarda hər şey qara rəngdə göstərilir. Bu təşkilatın adı “Azadlıq evi” olsa da mahiyyəti “ermənilərin evi”dir əslində. Ermənistanı həmişə Azərbaycandan xeyli öndə göstərmələri də bundan qaynaqlanır. Ermənistanda hərbi xunta rejimi insanları, seçki saxtakarlığına etiraz edən əhalini küçədə güllə-boran edəndə belə, “Freedom house” öz hesabatında Ermənistanı avtoritar qəddar rejimli ölkələr sırasına daxil etməyib. İşğalçı, eyni zamanda öz vətəndaşlarına qarşı qəddarlıqlar törədən Ermənistanın Azərbaycandan üstün mövqedə göstərilməsi gülünc olmaqla yanaşı, bu təşkilatın mahiyyətini açıb ortaya qoyur".
A.Hüseynov vurğuladı ki, bu qeyri-hökumət təşkilatının açıqladığı hesabatın heç bir əhəmiyyəti yoxdur: “Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu gün dünya üçün nümunədir. Bütün sahələrdə islahatlar aparılır. Əsassız iddialarla hazırlanan qərəzli hesabatlarla Azərbaycana təzyiq etmək mümkün deyil”.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov isə bildirdi ki, son həftələr ərzində bir sıra beynəlxalq təşkilatların bu tipli qərəzli hesabatlarını təsadüfi hesab eləmək olmaz. Bu, düşünülmüş bir planın tərkib hissəsinə bənzəyir. Azərbaycan dövlətinə, iqtidara təzyiq vasitəsidir: “Azərbaycan beynəlxalq arenada mövqelərini gücləndirir, nüfuzu daha da artır, Azərbaycan aparıcı söz sahibinə çevrilməkdə olan dövlət statusunu almaqdadır. Bütün bunlar Qərbdəki bəzi dairələri, xüsusən də ermənilərə bağlı dairələri narahat edir. Ona görə də müxtəlif hesabatlarda Azərbaycanın adını mənfi sıralara yazırlar. İnsan haqlarına dair müxtəlif beynəlxalq konfranslarda mən ”Freedom House"un rəhbərliyinin Azərbaycan dövlətinə qarşı xüsusi antipatiyasının olduğunu hiss etmişəm. Hətta buna etirazımı bildirmişəm. İndi Azərbaycanın adının həmin subyektiv təsnifatda Tacikistan və Türkmənistan kimi ölkələrlə eyni sıraya qoyulması qərəzin pik nöqtəsidir. Çünki demokratiya məsələsində bu cür ölkələrlə bizim müqayisə olunmağımız absurd olmaqla yanaşı, bizə necə nifrət etdiklərinin göstəricisidir".
Hüquq müdafiəçisinin sözlərinə görə, avtoritar ölkə o ölkədir ki, orada ən primitiv azadlıqlar yoxdur, internetə giriş qadağandır, siyasi partiyalar yoxdur: “Gəlin görək Azərbaycanda belədirmi? Qətiyyən deyil. Azərbaycanı avtoritar ölkə adlandırmaq obyektivlikdən tamamilə uzaqdır. Bu tipli qərəzli hesabatlar həmin qurumun özünün nüfuzuna zərbədir. Onlar öz aləmlərində Azərbaycana təzyiq etmək istəyirlər. Ancaq əbəs yerə bu cür düşünürlər”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31 |
|
|
|
• Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25 |
|
|
|
• “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08 |
|
|
|
• Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06 |
|
|
|
• SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04 |
|
|
|
• AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17 |
|
|
|
• “Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10 |
|
|
|
• Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01 |
|
|
|
• "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56 |
|
|
|
• “Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53 |
|
|
|
• "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50 |
|
|
|
• USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48 |
|
|
|
• Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02 |
|
|
|
• Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59 |
|
|
|
• Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54 |
|
|
|
• Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34 |
|
|
|
• Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32 |
|
|
|
• Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34 |
|
|
|
• “PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32 |
|
|
|
• Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49 |
|
|
|
• İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47 |
|
|
|
• Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44 |
|
|
|
• Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39 |
|
|
|
• Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37 |
|
|
|
• O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34 |
|
|
|
• 1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32 |
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10 |
|
|
|
|