Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ .....                     "Gündə bir adam axtarım?" .....                     Məmur ata-balalar: Siyahıda görün kimlər var .....                     Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi .....                     “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                     Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik .....                     Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... .....                     “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib .....                     Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? .....                     Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı .....                     Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub .....                     "Dəfələrlə müdriyyətə demişik, amma..." .....                     Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin .....                     Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı .....                     Təhsilimizdə evimizi yıxan məqamlar .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır .....                     Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub .....                     "Köçəryanın etirafından sonra Ermənistanda .....                     Çağırış edildi: Rusiyaya səfərdən çəkinin .....                     “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” .....                     Sərhəddə savaş hazırlığı başladı .....                     “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır .....                     6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub .....                     Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... .....                     Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: .....                     “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik .....                     Xalq artisti xəstəxanadan EVƏ APARILDI: .....                     Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb .....                     Xəstə anasını döyə-döyə qətlə yetirən oğul .....                     Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı .....                 

“Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” - deputat
Tarix: 23-05-2020, 11:38 | Çap et
“Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir”
Ölkədə həyata keçirilən islahatlar fərqli müstəviyə keçib. Artıq korrupsiya və rüşvətxorluğa qarşı sərt mübarizə üsulu tətbiq olunur. Əvvəlki dönəmlərdən fərqli olaraq, daha yüksək vəzifəli şəxslər həbs edilərək cəzalandırılır.

“Unikal” qəzetinə müsahibə verən Böyük Quruluş Partiyasının sədri, Millət vəkili Fazil Mustafa ilə söhbətimiz də elə bu mövzu ətrafında oldu.

-Fazil bəy, bir il öncə sizinlə söhbətimizdə demişdiniz ki, hakim komanda daxilində Prezidentin islahatlarına qarşı çıxan məmurlar var. Son bir ildə çox şey dəyişib, Siz dediyiniz məsələ ilə bağlı nələr dəyişdi?

-İlk növbədə parlament müstəvisində dəyişikliklərin olamsından başlamaq olar. Parlamentin tərkibində dəyişiklik oldu. Rəhbərliyin dəyişməsi də parlament demokratiyasının inkişafı üçün ümidverici mühit yaratdı. İndi də parlamentdə baş verənlər onu göstərir ki, daha ciddi bir quruma çevrilmə prosesi özünü göstərir. Şox dəyərli bir ziyalının, elm adamının parlamentin sədri seçilməsi imic, cəmiyyətdəki aqressiyanın ora yönəlməsi baxımından vəziyyəti xeyli dərəcədə müsbətə doğru dəyişdi. İndi kimlərsə deyir ki, guya parlament sədri deputatlara qarşı aqressiya göstərir. Bu, bir az gülməli səslənir. Çünki indi parlamentdə münasibətlərə əvvəlkinə nisbətdə həsəd aparmaq olar. Yalnız qanundan, yaxud mövzudan kənara çıxılanda spiker tərəfindən irad bildirilir, bu da normaldır. Rəhbərlikdə də kifayət qədər dəyərli şəxslər təmsil olundu. Əli Hüseynov kimi çox savadlı, hazırlıqlı hüquqşünasın birinci müavin olması, Adil Əliyev və Fəzail İbrahimli kimi cəmiyyətdə müsbət reputasiyası olan şəxslərin sədr müavinləri olması olduqca müsbətdir. Deputatların da arasında yüksək performans ortaya qoymaq potensialına məxsus şəxslərin olması da müsbət haldır. Bu mənada ötən il dediyim islahatlar öncə parlament müstəvisində öz əksini tapdı.

-Bəs icra hakimiyyəti strukturlarında necə?

-İcra hakimiyyəti strukturlarında korrupsiyaya qarşı mübarizənin müəyyən praktiki nəticələri ortaya çıxdı. Prezident tərəfindən ortaya iradə qoyuldu ki, icra hakimiyyəti qolunda ciddi dəyişikliklər olsun. Ölkə başçısı çıxışlarında da konkret ifadə etdi ki, icra hakimiyyəti orqanlarında yoxlamalar və korrupsiyaya qarşı amansız mübarizə aparılmalıdır. Son aylar bunun da praktik nəticəsini gördük. Yəni, ötən il qeyd etdiyim kimi, hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir. Burada islahata mane olanların səlahiyyətinin azaldılmasından söhbət gedir, əslində, bu da reallıqdır.

-Son 5-6 ayda ciddi proseslər baş verdi, icra başçıları, nazir müavinləri, generallar həbs olundu. Bu həbslər nəyin nəticəsidir? Sadəcə, islahatlara mane olan məmurlar sıradan çıxarılır, yoxsa məsələnin daha dərin kökləri var?

-Dərin məqamlar hər bir şeydə var. Bu gün cəmiyyət yeniləşmənin sərt formasına üstünlük verir. Cəmiyyətin sağlam mühakimə potensialı elə də çox deyil. Bir nümunə deyim. Dünən könüllü gənclə söhbətim oldu. Deyir ki, metronun qarşısında insanlara pulsuz maska paylayırlar, amma onların 70 faizi təhqir edərək onları qovurlar. Yəni, insana xeyri üçün nəsə edirsən, amma tərsinə reaksiya verir. Bu, təkcə aqressiya məsləsi deyil, elementar mədəniyyət yoxdur. Milli Məclisdə çıxış edirsən, hansısa problemi qaldırırsan, amma bu adamlar susan deputata da, danışanlara da eyni aqressiv münasibət bəsləyirlər. Başa düşmək olmur. Siz nə istəyirsiz? Nə istədiyini bilməyən cəmiyyətdə islahat aparmaq çox çətindir. İslahatları mütləq mərkəzdən, bir az da sərt üslübda, aşağıları bu prosesə çox dərindən qoşmadan aparmaq lazımdır. Biz tələb edirik ki, ictimai şuralar yaradılsın, müəyyən vətəndaşlar fəal olsun, amma vətəndaşın 50 faizində qərəzlilik var. Şikayət daxil olub, araşdırmışam, məlub olub ki, icra hakimiyyəti adama torpaq verib, şərait yaradıb, amma vətəndaş əsassız olaraq, daha çox qazanmaq istəyib. Sonra da hər yerə şikayət məktubları yazır.

-Maraqlı bir məsələ var ki, bundan əvvəlki dönəmdə cəmiyyətdə hansısa həbslər olanda birmənalı qarşılanmırdı, bəzən dəstəkçiləri də olurdu. Amma son həbslər zamanı sanki cəmiyyət bir ağızdan “əcəb oldu” dedi...

-Bax, əsas məqam budur. Cəmiyyət həbs olunanların haqlı yerə həbs olunduğunu deyir. Məsələ odur ki, dövlətin atdığı addımlarla cəmiyyətin mövqeyi üst-üstə düşür. Bilirsiniz, cəmiyyətdə müəyyən dəyərlərin yerinə oturmasına ehtiyac var. Kamuflyaj arxasında gizlənən cəmiyyətdə ədalət axtarışı çox çətin olur. Elə nüanslar var ki, orada cəmiyyəti bu işə qoşmaq mümkün olsaydı, heç bu proseslər də olmazdı. Hər zaman deyirəm, beş nəfər rüşvət alan var, amma min nəfər rüşvət vermək istəyən növbəyə durur. Hərbi komissarlığın qabağını kəsib rüşvət verir ki, oğlumu Bakıda saxla. Hamı Qarabağda savaş istəyir, amma oğlunu rüşvətlə Bakıda saxlatdırır. Bu cəmiyyətlə, bu cür düşünənlərlə nə etmək olar? Demək istədiyim odur ki, süni qəhrəmanlığa, pafosa aldanaraq, cəmiyyəti düzəltmək olmaz. Bəzən cəmiyyətin istəyinin əleyhinə gedərək, islahat aparmaq lazımdır. Oxumaq istəməyən cəmiyyətlə nə etməlisən ki? Karantin dövründə əksəriyyət loto və domino aldı, kitab alan yoxdu. Bu cəmiyyət hara gedir?

-Bir məqama da diqqətinizi çəkmək istərdim. Bu həbslərdən sonra cəmiyyətdə daha yüksək vəzifəli məmurların da həbsinin, yaxud istefaya göndərilməsinin vacibliyi irəli sürüldü. Məsələn, tələblər var ki, müavinləri o boyda cinayətə görə həbs olunan Elçin Quliyev və Əbülfəs Qarayev niyə vəzifədə qalsın. İndi Prezidentin Sərəncamı ilə Əbülfəs Qarayev işdən çıxarılıb, amma cəmiyyət daha yüksək rütbəli məmurların həbsini tələb edir. Haqlı tələb deyilmi?

-Bu tələblərdə haqlılıq payı var. Təbii ki, məsuliyyət fərdidir, amma bir nazirliyin, hansısa qurumun tərkibində korrupsiya şəbəkəsi qurulubsa, burada nazirin məsuliyyəti var. Nazir üç ay təzə ola bilər. Amma nazir 15-20 il işləyirsə, deməli, baş verənlərdən xəbəri olmalıdır. Bunlar da cəzasız qalanda, davamlı olur. Nazir himayə olunur, amma müavinlərin himayəsi yoxdur. Bununla da məsələ yekunlaşır, artıq inam azalmağa başlayır. Ona görə də burada daha prinsipial mövqe qoymaq lazımdır. Hansı qurumda nə baş verirsə, o qurumun birinci şəxsi də məsuliyyət daşıyır. YAP-ın içində yüzlərlə dürüst, normal kadrlar var, amma irəli çəkən yoxdur. Kimsə öz adamını, qohumunu bəzəyib aparıb təqdim edir, axırda da belə olur.

-Bu nazirləri kim himayə edə bilər, onlar Prezindentdən üstündürlərmi?

-Yox, elə deyil. Baxın, icra başçılarını prezident təyin edir, amma onları təqdim edənlər var. Ona görə də korrupsioner, qanunsuzluq və özbaşınalıq edən məmurları Prezidentə təqdim edənlərin araşdırılıb cəzalandırılmasına ehtiyac var. Vətəndaşın hüququ pozulur, 10 ildən sonra onu bərpa edəndə nə olacaq? Axı insan taleyindən söhbət gedir.

-Sizin Əbülfəs Qarayev və rəhbərlik etdiyi sahə ilə bağlı məlum çıxışınız da diqqət çəkdi. Sizcə, bu cür reaksiyalar bir qədər gecikmir ki?

-Yox. Biz bundan əvvəl də bu kimi məsələlərə toxunurduq, problemləri qabardırdıq. Mədəniyyət nazirliyindəki həbslərdən öncə də Milli Məclisdə çıxış eləmişdim. Demişdim ki, bu adamlar yerlərində deyillər. Ölkədə mədəniyyət darmadağın olub. Toy müğənnilərinə, küçə adamlarına tanışlıqla, pulla, başqa vasitələrlə ad verilir, əsl sənətkarlar isə sıradan çıxır. İstedadlı tərcüməçi kirayədə yaşayır, amma komfort içində yaşayan toy müğənnisinə üçüncü, dördüncü ev verilir. Yəni, mən bu barədə fikrimi əvvəlcədə demişdim.

-Mən Sizi nəzərdə tutmuram, sizin bu və ya digər məsələlərlə bağlı hər zaman reaksiyalarınız olub. Amma ümumiyyətlə, kimsə “vurulandan” sonra o məmura qarşı fikirlər səsləndirilir.

-Belə hallar da var. Amma söhbət məndən gedirsə, bu problemi hər zaman qaldırmışam. Bütün bunlar elə-belə məsələlər deyil. Hər şeydən öncə ədalətsizliyə səbəb olan mexanizmi dağıtmaq lazımdır. Yoxsa bir naziri işdən çıxaracaqsan, başqası öz komandasını yığıb yenə həmin kursu davam etdirəcək.

-Qeyd etdiyiniz problemlər təxminən 30 ildir ki, mövcuddur və davam edir. Sizcə, bu cəmiyyətdə ədalətli mexanizmi tətbiq etmək mümkün olacaqmı?

- Qısa müddətdə bunları həll eləmək olar. Maliyyə aministiyası elan edirsən, sonra normal sistem qurursan. Hamını tutmaq olmaz ki. Maaşları qaldırırıq, ondan sonra ədalətli, halal işləməyi tələb edirik. Məhkəmə sistemini dürüstləşdirirk və insanlar məqamı gələndə öz hüquqlarını orada təmin eləsinlər. Yəni, biz tənzimləyici mexanizmləri işə salmalıyıq. Bu mexanizm dəyişməsə, çox çətin olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Bu gün, 19:40
"Gündə bir adam axtarım?"
Bu gün, 19:33
Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Bu gün, 19:31
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Bu gün, 19:26
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Bu gün, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Bu gün, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Bu gün, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Bu gün, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52
Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51
"Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38
“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35
Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33
“Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31
6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08
Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07
Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01
“Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57
Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52
Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47
Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38
Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36
Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30
Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29
Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17
"Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09
Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02
Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57
Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib - Əmlaklarını geri istəyir
Bu gün, 14:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru