Lerikdə Balaşirinin bala-bala, şirin-şirin korrupsiyası... - İTTİHAM VAR
Tarix: 18-05-2016, 11:30 | Çap et
Təəssüflər olsun ki, respublikanın rayonlarında fəaliyyət göstərən bəzi təhsil şöbələri bu sahədə həyata keçirilən dövlət islahatlarını var qüvvələri ilə əngəlləməkdə hələ də israrla davam edirlər. Məhz bu strukturların yarıtmaz fəaliyyəti bölgələrdə təhsilin hələ də həddindən artıq aşağı səviyyədə qalmasına səbəb olur. Digər tərəfdən isə həmin şöbələrinin rəhbərləri tərəfindən kütləvi şəkildə yol verilən rüşvətxorluq və korrupsiya əməlləri yetişməkdə olan gənc nəslin mənəviyyatına da ağır zərbələr vurur. Bu gün ayrı-ayrı vətəndaşların müxtəlif instansiyalara ünvanladıqları həyəcan dolu məktub və ərizələrində Lerik rayonunun təhsil sistemində durumun son dərəcə gərgin həddə çatdığı aşkar bildirilir. O cümlədən bizimdovr.az-a daxil olan məlumatlarda da Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun yarıtmaz fəaliyyətindən, öz işində yol verdiyi ciddi qanun pozuntularından əraflı bəhs olunur. Maraqlıdır ki, RTŞ müdirinin özbaşınalıqlarından şikayət edən şəxslər təkcə sadə vətəndaşlar deyil, daha çox məhz pedaqoji fəaliyyətlə məşğul olan insanlardır. Həm də belə şikayətlər artıq uzun müddətdir ki, müxtəlif instansiyalara ünvanlanmaqdadır. Bu xüsusda ilk aldığımız məlumatlardan biri də, Balaşirin Nəsirovun Lerik RTŞ-yə müdir təyin olunmasından cəmi bir il sonra rayonunun Mastail kənd məktəbində müəllim işləyən Fəxrəddin Əliyev tərəfindən redaksiyamıza təqdim olunmuşdu. Hələ o zaman bu uzaqgörən müəllim öz müraciətində bildirmişdi ki, Balaşirin Nəsirov Lerik təhsilini uçuruma doğru aparır: “Artıq bəzi məktəblərin fəaliyyəti demək olar ki, iflic vəziyyətinə düşüb. Şöbə müdirinin saxtakarlığına, kobud davranışına, eləcə də digər xoşagəlməz əməllərinə qarşı şikayətlərə isə, rayon rəhbərliyi reaksiya vermir. Hörmətli Prezidentimizin bu sahədə sərəncam və göstərişlərinə əməl olunmur. Bütün bunları nəzərə alıb Lerik rayonunda çalışan bir qrup müəllim “Balaşirin Nəsirovun qanunsuz əməllərinə qarşı” Müdafiə Komitəsi yaratmaq üçün təşəbbüs qrupu təşkil ediblər. Komitənin əsas fəailiyyəti Balaşirin Nəsirovun istər bələdiyyə sədri, istər Peşə Məktəbinin direktoru, istərsə də Təhsil Şöbə müdiri vəzifələrində çalışdığı müddətdə yol verdiyi saxtakarlıqlar, mənimsəmələr, digər neqativ halları sistemli şəkildə araşdırmaq, həmin məlumatları konkret detallarla Prezident Aparatına və digər əlaqədar qurumlara çatdırmaq, ölkə başçısının rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəsində ona yardımçı olmaqdır...”
Qeyd ermək yerinə düşər ki, ölkə mətbuatında müxtəlif vaxtlarda dərc olunan materiallarda, Balaşirin Nəsirovun adı, onun hələ RTŞ müdiri vəzifəsinə təyinatından əvvəl də dəfələrlə rüşvət qalmaqalları ilə bağlı hallandırılıb. Məsələn, hələ 2011-ci ilin may ayında KİV-də yayılmış bir məlumata görə, Lerik rayonu Mastail kəndində biologiya müəllimi işləyən Balaşirin Nəsirov 2009-cu ilin iyun ayında 20 min manat müqabilində Lerik Peşə Məktəbinə direktor, 7 aydan sonra isə, 40 min manat rüşvət müqabilində Lerik Rayon Təhsil Şöbəsinə müdir təyin olunub. Təhsil Şöbəsinin müdiri təyin olunandan sonra Balaşirin Nəsirov ona rüşvət verməyən 17 məktəb direktorunu müxtəlif təzyiqlərlə işdən çıxarıb. Onların əvəzinə yeni təyin edilən direktorların isə, hər birindən 3 min manat alıb. İşdən çıxarmadığı orta məktəb direktorlarının da hər birindən 500-1500 manat arasında pul alıb. Daha sonra, rayondakı 16 uşaq bağçası müdirinin hər biri postunu qorumaq üçün ona 1000 manat verməyə məcbur edilib.
Həmçinin mənbələr belə bir məqamı da xüsusi olaraq vurğulayırlar ki, Balaşirin Nəsirov əslində müvafiq pedaqoji təcrübəsi olmadığı halda bu vəzifəyə gətirilib: “Təhsil haqqında qanunun müddəlarına əsasən Təhsil şöbəsinin rəhbəri ən azı 5 il məktəb direktoru vəzifəsində işləməlidir. Amma Rayon İcra hakimiyyətinin saytında yerləşdirilən məlumatda da qeyd olunur ki, Balaşirin Nəsirov cəmi heç bir il məktəb direktoru işləməyib. Görəsən dövlət strukturları Təhsil haqqında qanunun müddəlarının kobud şəkildə pozularaq, bu adamın Təhsil Şobəsinə rəhbər təyin olunmasına niyə indiyədək göz yumurlar?”
Bu günlərdə bizimdovr.az-a müraciət etmiş Lerik rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbinin direkrou İlham Əvəz oğlu Əmirov isə, Balaşirin Nəsirovun təqiblərindən və pul tələblərindən bezərək, rayonun təhsil sistemində yaranmış vəziyyət barədə artıq bir başa ölkə rəhbərliyinə ünvanladığı ərizədə ilginc açıqlamalar verib. Qəzetimizin növbəti sayında İlham Əmirovun ərizəsində təqdim olunan faktlardan bəhs edəcəyik...
Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
|