![Cəmil Rusiya şou-biznesinə qatılacaq Cəmil Rusiya şou-biznesinə qatılacaq](/uploads/posts/2018-08/thumbs/1533559340_0001.jpg)
DİA.AZ: - Ukraynanın “X Factor” yarışının keçmiş iştirakçısı və şirin avaz səsi ilə seçilən gənc müğənni Cəmil də şou-biznes dəstəsindən geridə qalmadı.
Müğənninin Rusiya şou-biznesinə qatılacağı deyilir.
DİA.AZ-ın məlumatına görə, müğənni Rusiyanın tanınmış sənətkarlarının biri ilə işbirliyinə başlayıb. Sənətkarın adını hələ ki, açıqlaya bilməyən Cəmil elə sənətçinin vasitəsi ilə Rusiya şou-biznesinə qatılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Belə ki, Cəmil həmin sənətçinin bir neçə mahnısını repertuarına daxil edib. Amma müğənni nədənsə bu təklifi gizlin saxlayır.
Yəqin, gözə gəlməkdən qorxur.