Bazar ertəsi, 3 mart 2025, 07:33:08  
   Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? .....                     Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktorun .....                     “Fuad Nəcəfli dedi ki, başını hara bərkdirsə, ora vur“ .....                     Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı .....                     Lalə Babayeva işdən çıxarıldı .....                     Lənkəranda təhsil sistemimiz GÜL AÇIB... .....                     Azərbaycanda şirkətin direktoru istefa verdi .....                     Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər .....                     Naxçıvanda dövlət qurumlarında TOTAL İXTİSAR... .....                     İcra başçısının qardaşı vəfat etdi .....                     "Mən gələndən demişdim ki, ot örtüyünü dəyişək" .....                     Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır .....                     “Direktorun otağında görüş keçirmək etik sayılmaz” .....                     “Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” .....                     Məhkəmə dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı qərar çıxardı .....                     Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB .....                     ABŞ Ukraynaya şərtini açıqladı .....                     Mirşahin Ağayevə ağır itki üz verdi .....                     “Atəşgah” Sığorta Şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Paşinyan türk ordusunu Ermənistana çağıracaq .....                     2 aylıq körpə xəstəxanada öldü .....                     Rafael Ağayev bu ölkəni seçdi .....                     KAPİTAL BANK vətəndaşın SOSİAL YARDIM PULUNA da tamah salıb... .....                     “Xəbərdarlıq gəldi ki, kənddə şortik geyinməsinlər” .....                     Tanınmış ifaçı balkondan yıxıldı .....                     Yolayrıcındayıq: gücün önə çıxdığı indiki vaxtda… .....                     "Gəncə Xalça Kombinatı" MMC-nin 357,6 min manat .....                     ABŞ Zelenskinin mineral saziş imzalamaq istəyinə münasibət bildirib .....                     Azərbaycanda siqaretlərin qiyməti bahalaşdı .....                     Qoy böyüklük bizə qalsın, AZERCELL... .....                     "Heyif ki məhsulu nəğd almışdım..." .....                     `Kontakt Home`un müştərisi oldunsa... .....                     Pulgir Tramp buna razılaşacaq... .....                     Əmək müqavilələri bağlamadan fiziki şəxslərin... .....                     London OYUNU DƏYİŞƏ BİLƏCƏKMİ? .....                     "Dövlətdən aldığım əlillik pensiyası ilə yaşamışam..." .....                     "Oskar" mükafatının qalibləri məlum olub .....                     Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... .....                     Avropanın kabusu: Tramp 20 min qoşunu çıxarda bilər .....                     Oskar Kino Mükafatı mərasimində .....                 

Məcburi köçkünlərin "çörəkpulu"na göz dikənlər kimlərdir? - NARAZILIQ!
Tarix: 6-01-2022, 11:22 | Çap et
Məcburi köçkünlərin "çörəkpulu"na göz dikənlər kimlərdir?
DİA.AZ xəbər verir ki, Qaçqın və məcburi köçkünlərdən ibarət bir qrup vətəndaş "DogruXeber.az" İnformasiya agentliyinə müraciət edib.

Onlar müraciətlərində bildirirlər ki, artıq bir neçə aydır, onlara verilən "çörəkpulu"ndan (vahid aylıq müavinət) hər ay 3, 5, 8... (ümumi məbləğə görə dəyişir) AZN tutulur.

Məsələ ilə əlaqədar olaraq Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev ilə telefon əlaqəsi saxladıq. İbrahim müəllim zəngi məşğula aldı. Lakin, bir neçə dəqiqədən sonra komitənin mətbuat xidmətinin əməkdaşı Nazilə xanım özü bizə zəng etdi. Qaçqınların narazılığına səbəb olan məsələni Nazilə xanıma bildirdik və bu barədə açıqlama verilməsini xahiş etdik.

Nazilə xanım cavab verdi ki:
- "Məlumatımız var, ancaq bunun komitəyə aidiyyəti yoxdur. Onu "KapitalBank" xidməthaqqı olaraq çıxır. Siz "KapitalBank"a zəng edin onlar da deyəcək sizə."

Nazilə xanımla danışdıqdan sonra "KapitalBank"ın baş ofisinə zəng edib, eyni sualla müraciət etdik. Telefonumuza cavab verən kiçik mütəxəssis Əziz Əliyev bildirdi ki:

- "Bu sualla bizə sizdən başqa da müraciət edənlər olub və biz onlara komitəyə müraciət etmələrini bildirmişik. Çünki, o pullar bizim deyil, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən çıxılır. Banka ümumiyyətlə aidiyyatı yoxdur."

Baxın!

Bizdə olan məlumata görə, artıq 8 aydır ki, qaçqınlara verilən vahid aylıq müavinətdən minimum 3 (üç) AZN tutulur. Yuxarıda da qeyd etdiyimiz kimi, 3-5-6-8 və sair. Məbləğə görə dəyişir.

Hazırda ölkədə 1.138.450 (bir milyon, yüz otuz səkkiz min, dörd yüz əlli) nəfər qaçqın və məcburi köçkün yaşayır. Hələ hamısını demirik, elə 1.000.000 (bir milyon) nəfərin, hərəsindən ən minimum məbləğdən götürsək (3 AZN) bu hər ay 3.000.000 (üç milyon) manat edir.

Nəzərinizə çatdırırıq ki, əhali sayının və məbləğin minimum həddini hesabladıqda alınan nəticəni təqdim etdik. Amma, qaçqın sayını yuxarıda göstərilən rəqəmlərə vurduqda, bu kifayət qədər çox məbləğ edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, müraciət edənlər arasında hətta aylıq müavinətindən 12-15 azn çıxıldığını deyənlər də var. Hələ bir də düşünəndə ki, bu proses hər ay aparılır, özü də 8 aydır davam edir... Bax burda deyiləcək söz qalmır...

İgidlərimiz torpaqları azad etdiyindən bəri də bir çox qurumlarda ən uyğun bəhanə yaranıb. İşçilərin maaşını verməyənlər də, maaşdan kəsənlər də bütün hamısı qurumlar tərəfindən qeyri-rəsmi olaraq camaata sızdırılır ki, güya tutulan məbləğlər Qarabağda yenidənqurma işləri üçün tutulur.
O zaman ölkə başçısının bu iş üçün dövlət büdcəsindən ayırdığı məbləğ hara xərclənib?

Yəni, yeraltı, yerüstü sərvətlərlə zəngin olan Azərbaycan o qədər aciz duruma düşdü ki, xalqın 3-5 manat çörəkpulu ilə Qarabağı bərpa etsin?

Belə absurd şaiyələrlə bu kimi qurumlar ölkənin və ölkə başçısının da nüfuzuna xələl gətirmiş olur.

Əslində belə bir məlumat bir neçə ay öncə də yayılmışdı. O vaxtlar camaat arasında söhbət gəzdi ki, tutulan pullar "YAŞAT" fonduna köçürülür, oradan da güya Qarabağda aparılan yenidənqurma işləri üçün sərf edilir. Təbii ki, bu rəsmi məlumat deyil, camaat arasında gəzən söhbətdir. Elə o zaman da "Qaçqınkom" düzgün açıqlama vermədi, indi də vermir ki, bu da hər kəsdə şübhə yaradır.

Əslində, şübhəli susqunluq "Qaçqınkom"un köhnə xasiyyətidir. Belə ki, dəfələrlə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu külli miqdarda məbləğlər müqabilində şübhəli tender müqavilələri imzalayıb və haqqında Dövlət Satınalma Portalında ətraflı məlumat göstərməyib. Bununla bağlı mətbuatın sorğularını da fondun direktoru Mahir Abbaszadə susaraq "cavablandırıb".

Ümumiyyətlə, istər Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət komitəsinin rəhbəri Rövşən Rzayev, istərsə də fond direktoru və millət vəkili Mahir Abbaszadənin adları tez-tez qalmaqallı mövzularla gündəmə gəlir.

Yerli saytların yazdığına görə Rövşən Rzayev və Mahir Abbaszadə rəhbərlik etdikləri dövlət qurumunu öz şəxsi biznesləri kimi idarə edirlər. Artıq bir neçə aydır xəbərdarlıq edilmədən və heç bir açıqlama verilmədən qaçqınlara verilən vahid aylıq müavinətdən müəyyən məbləğlərin tutulması da elə sözügedən şəxslərin barəsində yazılanları təsdiq edir.

Üstəlik, "bank tərəfindən tutulur", deməklə, məsuliyyəti bankın üzərinə ataraq, yaxasını kənara çəkmək də komitənin öz qanunsuz əməllərinə don geyindirmək üçün ağlına gələn an absurd bəhanədir.

Yeri gəlmişkən, Füzuli rayonun Aybasanlı kənd sakini Əliyev Elnur Tofiq oğlu da redaksiyamıza müraciət edib.

Məcburi köçkünlərin "çörəkpulu"na göz dikənlər kimlərdir?
O da Füzuli rayonundan məcburi köçkün düşüb. Hazırda, Füzuli rayonunda qaçqın və məcburi köçkünlər üçün salınmış yeni 6 saylı"Qayıdış" qəsəbəsində yaşayır. Özü də birinci qrup əlildir.

Elnur Əliyev bildirir ki: -"08.02.2020-ci il tarixində qısa qapanma nəticəsində yaşadığım, yəni dövlət tərəfindən mənə verilən ev əşyaları ilə birlikdə yanaraq, yararsız hala düşüb. Bununla bağlı iki ildir ki, müraciət etmədiyim yer qalmayıb.



Rayon İcra başçısı bir dəfə gəldi, evi gördü . Sonra hər kəsin içində İcra nümayəndəsinə çıxarıb 50 manat pul verdi və dedi ki, "Get Füzuli rayonunda nə qədər məmurlar, iş adamları var, onlardan pul yığ gətir ver bu kişiyə, evini tiksin." Alı müəllim onu deyəndə 10 ay idi evim yanmışdı. Artıq, iki ildir ki, mən həyətimdə balaca, torpaq kərpicdən tikdiyim damda qalıram. Hələ də heç bir qurum mənə kömək etməyib. Halbuki, Fövqəladə Hallar Nazirliyinin əməliyyat-istintaq idarəsi tərəfindən dəfələrlə tələb etdikdən və bir neçə dəfə getdikdən sonra, nəhayət mənə verilən qərarda yazılıb ki, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Mənzil-istismar departamentinin verdiyi 06 saylı 19.02.2020-ci il tarixli arayışa əsasən mənə evimin tikilməsi üçün güya 12.000 (on iki min) manat pul ayrılıb.

Əvvəla, onu deyim ki, mən o pulu yalnız verilən arayışda görmüşəm. Mənə o məbləğ verilməyib. İkincisi də 12.000 (on iki min manata) ev tikmək mümkün deyil axı. Deyəsən "Qaçqınkom"un tikinti materiallarının qiymətindən xəbəri yoxdur."

Biz Elnur Əliyevin bu sözü ilə razı deyilik. Çünki, eşitdiyimizə görə (Yerli saytlara istinad) Rövşən Rzayevin oğlu da, fondun direktoru Mahir Abbaszadə də tikinti biznesi, həmçinin ev alqı-satqısı ilə məşğuldurlar.

Aylıq vahid müavinətindən hər ay müəyyən miqdarda məbləğlər tutulan qaçqınların, həmçinin məcburi köçkün Elnur Əliyevin şikayətinə nəzər saldıqda məlum olur ki, medianın da dediyi kimi Rövşən Rzayev və digər səlahiyyət sahibləri sahib olduqları vəzifəni, sözün əsl mənasında şəxsi məqsədləri üçün və rəhbərlik etdikləri dövlət qurumunu isə şəxsi biznesləri kimi istifadə edirlər.

Artıq, bütün bunlardan cana doyan vətəndaşlar yenə də agentliyimiz vasitəsilə ölkə başçısından kömək istədiklərini deyirlər.

Əgər hər vətəndaşın köməyinə ayrı-ayrılıqda prezident baxmalıdırsa, o zaman belə çıxır ki, büdcə israfı olan məmurlar sözün əsl mənasında heç kimi saymır, heç kimi düşünmürlər ki, kiçik məsələlərin bu qədər böyüməsinə səbəb olurlar.

Ardı var!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? - Məleykə Abbaszadəyə ağır ittihamlar...
Bu gün, 11:30
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktorun ifadəsi elan olunub
Bu gün, 11:25
“Fuad Nəcəfli dedi ki, başını hara bərkdirsə, ora vur“ - NARAZILIQ VAR...
Bu gün, 11:22
Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı - FOTO
Bu gün, 11:19
Lalə Babayeva işdən çıxarıldı - ƏMR
Bu gün, 11:17
Lənkəranda təhsil sistemimiz GÜL AÇIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:14
Azərbaycanda şirkətin direktoru istefa verdi - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər
Bu gün, 10:57
Naxçıvanda dövlət qurumlarında TOTAL İXTİSAR... - SƏSİ SONRA ÇIXACAQ
Bu gün, 10:56
İcra başçısının qardaşı vəfat etdi
Bu gün, 10:49
"Mən gələndən demişdim ki, ot örtüyünü dəyişək" - MÜSAHİBƏ
Bu gün, 10:47
Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır - deputat
Bu gün, 10:45
“Direktorun otağında görüş keçirmək etik sayılmaz” – Deputatdan həmkarına SƏRT REAKSİYA
Bu gün, 10:22
“Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:14
Məhkəmə dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:12
Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:04
ABŞ Ukraynaya şərtini açıqladı – “Müharibəni dayandırmağın yeganə yolu budur”
Bu gün, 09:58
Mirşahin Ağayevə ağır itki üz verdi
Bu gün, 09:50
“Atəşgah” Sığorta Şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 09:46
Paşinyan türk ordusunu Ermənistana çağıracaq - ŞOK İDDİA
Bu gün, 09:43
2 aylıq körpə xəstəxanada öldü
Bu gün, 09:38
Rafael Ağayev bu ölkəni seçdi
Bu gün, 09:37
KAPİTAL BANK vətəndaşın SOSİAL YARDIM PULUNA da tamah salıb... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:24
“Xəbərdarlıq gəldi ki, kənddə şortik geyinməsinlər”
Bu gün, 09:14
Tanınmış ifaçı balkondan yıxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:02
Yolayrıcındayıq: gücün önə çıxdığı indiki vaxtda… - Mirzoyan
Bu gün, 08:56
"Gəncə Xalça Kombinatı" MMC-nin 357,6 min manat - VERGİ BORCU VAR
Bu gün, 08:53
ABŞ Zelenskinin mineral saziş imzalamaq istəyinə münasibət bildirib - CBS telekanalı
Bu gün, 08:48
Azərbaycanda siqaretlərin qiyməti bahalaşdı - BUNDAN SONRA...
Bu gün, 08:43
Qoy böyüklük bizə qalsın, AZERCELL... - özünü "ən böyük" adlandıran şirkət...
Bu gün, 08:38
"Heyif ki məhsulu nəğd almışdım..." - ETİRAZ
Bu gün, 08:30
`Kontakt Home`un müştərisi oldunsa... - GİLEY
Bu gün, 08:27
Pulgir Tramp buna razılaşacaq... - AKTUAL
Bu gün, 08:17
Əmək müqavilələri bağlamadan fiziki şəxslərin... - Ekspert danışır...
Bu gün, 08:14
London OYUNU DƏYİŞƏ BİLƏCƏKMİ? - İNCƏLƏMƏ
Bu gün, 08:10
"Dövlətdən aldığım əlillik pensiyası ilə yaşamışam..." - İNDİ İSƏ...
Bu gün, 08:05
"Oskar" mükafatının qalibləri məlum olub
Bu gün, 08:01
Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:00
Avropanın kabusu: Tramp 20 min qoşunu çıxarda bilər
Bu gün, 07:07
Oskar Kino Mükafatı mərasimində səhnədən "Slava Ukraine" şüarı səsləndi
Bu gün, 07:05
Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir - GƏLİŞMƏ
Bu gün, 07:03
Ermənistan Zəngəzuru “təmizlədi”: müharibə çağırışı – Sərhəddə böyük oyun başladı
Bu gün, 06:31
"Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır"
Bu gün, 06:28
Rubio Rusiyanın Ukraynaya dair mümkün güzəştləri ilə bağlı şərh verməkdən imtina edib
Bu gün, 06:26
Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi - Görünəni odur ki...
Bu gün, 06:24
Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir - "The Guardian"
Bu gün, 06:21
Deputat Mübariz Qurbanlının təklifi cavabsız suallar doğurub - AÇIQLAMA
Bu gün, 00:57
Cavad Zərif istefa verdi - "Fars News"
Bu gün, 00:53
"Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..."
Bu gün, 00:14
" 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." - İTTİHAM VAR...
Bu gün, 00:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru