![Almaniya İranın tələbilə Rza Pəhləvinin oğlunu Münxen konfransına buraxmayıb Almaniya İranın tələbilə Rza Pəhləvinin oğlunu Münxen konfransına buraxmayıb](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739540742_0001.jpg)
İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin 61-ci Münxen Təhlükəsizlik Konfransına dəvətnaməsi geri çəkilib.
“Report” “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə Rza Pəhləvi X-dakı səhifəsində bildirib.
Onun sözlərinə görə, İran hakimiyyətinin tələbi nəticəsində Almaniya hökuməti bu addımı atıb.
Qeyd edək ki, ötən il Rza Pəhləvi Münxen Təhlükəsizlik Konfransına dəvət olunsa da, çıxış üçün ona söz verilməyib.