Bazar ertəsi, 3 mart 2025, 04:58:03  
   Yolayrıcındayıq: gücün önə çıxdığı indiki vaxtda… .....                     "Gəncə Xalça Kombinatı" MMC-nin 357,6 min manat .....                     ABŞ Zelenskinin mineral saziş imzalamaq istəyinə münasibət bildirib .....                     Azərbaycanda siqaretlərin qiyməti bahalaşdı .....                     Qoy böyüklük bizə qalsın, AZERCELL... .....                     "Heyif ki məhsulu nəğd almışdım..." .....                     `Kontakt Home`un müştərisi oldunsa... .....                     Pulgir Tramp buna razılaşacaq... .....                     Əmək müqavilələri bağlamadan fiziki şəxslərin... .....                     London OYUNU DƏYİŞƏ BİLƏCƏKMİ? .....                     "Dövlətdən aldığım əlillik pensiyası ilə yaşamışam..." .....                     "Oskar" mükafatının qalibləri məlum olub .....                     Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... .....                     Avropanın kabusu: Tramp 20 min qoşunu çıxarda bilər .....                     Oskar Kino Mükafatı mərasimində .....                     Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir .....                     Ermənistan Zəngəzuru “təmizlədi”: müharibə çağırışı .....                     "Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır" .....                     Rubio Rusiyanın Ukraynaya dair mümkün güzəştləri ilə bağlı şərh verməkdən imtina edib .....                     Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi .....                     Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir .....                     Deputat Mübariz Qurbanlının təklifi cavabsız suallar doğurub .....                     Cavad Zərif istefa verdi .....                     "Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..." .....                     " 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." .....                     Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... .....                     Azərbaycanlı ailə İsveçrədən qovuldu .....                     Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım .....                     “Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” .....                     "Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" .....                     Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? .....                     Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab .....                     İran dəyişikliyə gedir... .....                     “Putini dayandırmasaq, bu ölkələrə girə bilər” .....                     Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… .....                     Ağ Evdəki davanın ən üzücü nəticəsi: .....                     Rasizadə bunu bizə qadağan etmişdi .....                     Azərbaycanın strateji rolu dünya gündəmində .....                     “Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” .....                     Azərbaycanda siyasətçi vəfat etdi .....                 

Abutalıbov-Həmidova tandeminin Prezidentə qarşı SABOTAJI... - müdhiş faktlar, detallar...
Tarix: 5-05-2021, 08:47 | Çap et
Abutalıbov-Həmidova tandeminin Prezidentə qarşı SABOTAJI...
Bir ayağı Fəxri Xiyabanda, bir ayağı Qaraçuxurdakı evində olan Bakının keçmiş meri Hacıbala Abutalıbov vəzifədən gedərayaq elə qanunsuzluğa imza atıb ki, onun əzabını özündən başqa bütün tərəflər çəkir.

Abutalıbovun paytaxtı qarış-qarış satması, pafoslu çıxışlarla özünü yaxşı göstərib “saman altdan su yeridib” hər cür özbaşınalıqları həyata keçirməsi hamıya məlumdur. O, 20 il şəhərin altını üstünə çevirib.
Rublika.Az-ın verdiyi xəbərə görə, Abutalıbov postundan gedişi günü də pisliyindən qalmayıb. 2018-ci il aprelin 20-də sonuncu saxtakarlığa qol qoyub, 21-də isə artıq mer deyildi. Amma bəhs edəcəyimiz bu işdə o, tək deyildi.
Təqdim edəcəyimiz bütün faktlar, qərarlardan görəcəksiniz ki, qanun B.Əlinin yanında olsa da, Abutalıbov-Həmidova cütlüyü öz bildiyinə - cəngəllik qanunlarına istinad edir.
Bu, Prezidentə qarşı təxribatdır, dövlətin məhkəmələrini və qanunlarını ayaqlar altına alıb tapdalamaqdır, vətəndaşlarda hakimiyyətə qarşı inamsızlıq yaratmaqdır.

Biri kişi, biri qadın koloniyasına...

Həmin əməli ilə şəhərin az qala yarısını susuz qalma təhlükəsi ilə üz-üzə qoyan Abutalıbovun əməlinə Bakı Şəhər İcra Hakimiyyətində mühasib işləmiş, hətta əvvəllər məhkum olunmuş Tamara Həmidova şərik çıxıb.
İndi bu qanunsuzluğa görə Abutalıbov ahıl dövrünü dörd divar arasında keçirə bilər, eləcə Tamara Həmidova da təkrar qadın koloniyasına göndərilə bilər. Çünki artıq vətəndaş Bahadur Əli həm Abutalıbovun, həm Həmidovanın əməllərinin araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova məktub yollayıb. İndi qalır işə baxmaq...
Məlum olur ki, nə qanun, nə Prezident sayan Abutalıbov-Həmidova tandemi BŞİH-də sənədləri saxtalaşdırıblar. Saxta sənədlər əsasında Tamara Həmidova dövlətin və vətəndaşın mülkiyyətində olan torpaq sahəsini ələ keçirib.
“Belə ki, Tamara Həmidovanın qardaşı Cəlal Əli oğlu ilə Həmidovla Bakı Şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanıb.
İcarəyə verilən həmin torpaq bizim Çobanzadə küçəsi 45A ünvanında yerləşən torpaq sahəmizə bitişik ərazidə yerləşir. İcarəyə verilmiş torpaq sahəsinin dönmə nöqtələrini yerə köçürərkən aydın olur ki, icarə verilən torpağın bir hissəsi bizim torpaq sahəsini zəbt edir.
Qalan hissəsi isə Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasına düşür”, - deyə B.Əli qeyd edir.

Məhkəmə Abutalıbovla Həmidovanı ifşa etsə də...

Onun sözlərinə görə, həmin icarə müqaviləsi maraqlarımıza toxunduğu üçün BŞİH-ə və Cəlal Həmidova verilən icarə müqaviləsinin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, C.Həmidovun həmin torpaq sahəsindən çıxarılması üçün məhkəməyə müraciət edib.
Nizami Rayon Məhkəməsində ekspertiza rəyi və toplanmış başqa sübutlarla icarə müqaviləsinin əsasında torpaq sahəsinin zəbt edilməsi tam təsdiq olunub.
Vətəndaş yazır ki, qarşı tərəf bundan yayınmaq üçün BŞİH-in 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə 20 aprel 2018-ci il tarixli, 7-183/10q saylı bildirişini məhkəməyə təqdim edib.
Bununla da məhkəmənin yekun qərarı ilə müqavilənin artıq ləğv edilməsi əsası ilə iddiamız həmin hissədə təmin edilməyib. Yəni məmur məhkəmədə qanuna güc gəlib.
Bütün məhkəmə araşdırmaları dövründə BŞİH rəsmiləri Tamara Həmidovanın alovlu müdafiəsinə qalxıblar. Tamara Həmidova və Hacıbala Abutalıbovun dəstə üzvləri 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv etdikləri gün Cəlal Həmidovun adına 1460 nömrəli, 20 aprel 2018-ci il tarixli yeni icarə müqaviləsi veriblər. Bu, Azərbaycan məhkəməsinin ələ salınmasıdır.
Məhkəmə araşdırması zamanı o da müəyyən edilib ki, Tamara Həmidova zəbt etdiyi ərazi ilə B.Əliyə məxsus olan torpaq sahəsinin üst-üstə düşmədiyini göstərmək üçün icarəyə götürdüyü 826.2 kv.m. torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qanunsuz olaraq 806.2 kv.m. torpaq sahəsi kimi qeydiyyata alınmasına nail olub.
Bununla bağlı ona Dövlət reyestrindən RX seriyalı, 0866879 nömrəli, 25.05.2016 tarixli çıxarış verilib. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində müəyyən edilib ki, 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi ilə icarəyə verilən ərazinin 35 kv.m. hissəsi bizim mülkiyyətimizdə olan torpaq sahəsi ilə üst-üstə düşür.
Bütün bunlar Abutalıbovla Həmidovanın, o cümlədən BŞİH-də olanların Prezident İlham Əliyevə qarşı hörmətsizliyi, qanunları saymazlığı, vətəndaşı dövlətdən narazı salmağıdır. Məhkumluğu olmuş bir qadının saxtakar əməllərinə şərik çıxan Abutalıbov və meriya bunu özünə necə yaraşdırıb, o da bir başqa məsələdir.

Magistral su kəmərin üzərində tikinti – Özbaşınalıq!

Qeyd edək ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2015-ci il qərarı ilə “Azərsu” ASC-nin Nizami bələdiyyəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Cəlal Əli oğlu Həmidova və digərlərinə qarşı iddiası qismən təmin edilib. Həmin qərarla Nizami rayon bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərar etibarsız hesab edilib. Məhkəmə qərarını onunla əsaslandırıb ki, Cəlal Əli oğlu Həmidova həm 105 kv.m. torpaq sahəsinin ayrılması, həm də 826.2 kv.m. torpaq sahəsinin icarəyə verilməsinə əsas kimi göstərilən Bakı Şəhər İcra Hakimiyyətinin 7 mart 2003-cü il tarixli məktubları inzibati akt olmayıb. Yəni məktublar əsasında hüquq yarana bilməz.
Mübahisəli torpaq sahəsi Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və onun mühafizə zonasında yerləşir.
Həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə və icarəyə verilməsi Nazirlər Kabinetinin təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının” 6.1.2.1-ci bəndi ilə qadağandır.
Bir sözlə, Tamara Həmidova və Hacıbala Abutalıbovun əməllərində Cinayət Məcəlləsinin az qala bütün maddələri pozulub.

Tamara Həmidovanın meriyadan oğurluğu

Xatırladaq ki, “Buxar” KM Tamara Həmidovanın qardaşı Cəlal Həmidova qarşı iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdi. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 26.11.2010-cu il tarixli qətnaməsi ilə “Buxar” KM rəhbərinin iddiası qismən təmin edilib.
Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi 45 A ünvanında yerləşən “Buxar” KM-ə məxsus daş hasarın öz yerində bərpa edilməsi vəzifəsi Cəlal Həmidovun üzərinə qoyulub. Sonradan işə baxan məhkəmələr (Nizami rayon Məhkəməsinin hakimləri Zaur Tağıyev, Cahangir Yusifov, Vidadi Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İlqar Xələfov, Ülvi Mayılov və Xəqani Məmmədov, Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Əli Rüstəmov, Əsəd mirzəliyev və Aslan Kalbalıyev) qətnamə və qərarlarda, ekspertlər isə rəylərində sübut kimi həmin sənədlərə istinad ediblər.
Lakin Nizami rayon İcra şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin 26.11.2010-cu il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə Bakı Apelyasiya Məhkəməsində baxılarkən iş materialları ilə tanış olan “Buxar” KM-nin nümayəndəsi Anar Rüstəmov iş materiallarında olan 4294 saylı işin(əlavə olunmuş materiallarla birlikdə) və 643 saylı inşaat pasportunn notarial qaydada təsdiq olunmuş surətlərinin olmadığını görüb.
Bu barədə hakim Toğrul Əliyevə rəsmi ərizə ilə müraciət edərək faktiki olaraq iş materiallarından yoxa çıxan 4294 saylı işi (əlavə edilmiş sənədlərlə birlikdə) və 643 saylı inşaat pasportunun surətlərinin tapılması xahiş olunub.
Lakin Bakı Apellyasiya Məhkəməsinin əməkdaşı Habil adlı şəxs şifahi şəkildə bildirib ki, göstərilən sənədlər faktiki olaraq iş materiallarında yoxdur.
Qeyd olunan sənədlər Tamara Həmidova tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin arxivindən oğurlanıb, sonradan saxtalaşdırılaraq notarial qaydada təsdiq edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yolayrıcındayıq: gücün önə çıxdığı indiki vaxtda… - Mirzoyan
Bu gün, 08:56
"Gəncə Xalça Kombinatı" MMC-nin 357,6 min manat - VERGİ BORCU VAR
Bu gün, 08:53
ABŞ Zelenskinin mineral saziş imzalamaq istəyinə münasibət bildirib - CBS telekanalı
Bu gün, 08:48
Azərbaycanda siqaretlərin qiyməti bahalaşdı - BUNDAN SONRA...
Bu gün, 08:43
Qoy böyüklük bizə qalsın, AZERCELL... - özünü "ən böyük" adlandıran şirkət...
Bu gün, 08:38
"Heyif ki məhsulu nəğd almışdım..." - ETİRAZ
Bu gün, 08:30
`Kontakt Home`un müştərisi oldunsa... - GİLEY
Bu gün, 08:27
Pulgir Tramp buna razılaşacaq... - AKTUAL
Bu gün, 08:17
Əmək müqavilələri bağlamadan fiziki şəxslərin... - Ekspert danışır...
Bu gün, 08:14
London OYUNU DƏYİŞƏ BİLƏCƏKMİ? - İNCƏLƏMƏ
Bu gün, 08:10
"Dövlətdən aldığım əlillik pensiyası ilə yaşamışam..." - İNDİ İSƏ...
Bu gün, 08:05
"Oskar" mükafatının qalibləri məlum olub
Bu gün, 08:01
Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:00
Avropanın kabusu: Tramp 20 min qoşunu çıxarda bilər
Bu gün, 07:07
Oskar Kino Mükafatı mərasimində səhnədən "Slava Ukraine" şüarı səsləndi
Bu gün, 07:05
Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir - GƏLİŞMƏ
Bu gün, 07:03
Ermənistan Zəngəzuru “təmizlədi”: müharibə çağırışı – Sərhəddə böyük oyun başladı
Bu gün, 06:31
"Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır"
Bu gün, 06:28
Rubio Rusiyanın Ukraynaya dair mümkün güzəştləri ilə bağlı şərh verməkdən imtina edib
Bu gün, 06:26
Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi - Görünəni odur ki...
Bu gün, 06:24
Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir - "The Guardian"
Bu gün, 06:21
Deputat Mübariz Qurbanlının təklifi cavabsız suallar doğurub - AÇIQLAMA
Bu gün, 00:57
Cavad Zərif istefa verdi - "Fars News"
Bu gün, 00:53
"Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..."
Bu gün, 00:14
" 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." - İTTİHAM VAR...
Bu gün, 00:12
Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... -Ukrayna MN Baş Kəşfiyyat İdarəsi
Bu gün, 00:06
Azərbaycanlı ailə İsveçrədən qovuldu - ŞOK DETALLAR
Bu gün, 00:04
Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
“Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” - GƏLİŞMƏ
Dünən, 23:30
"Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" - MALƏSƏF... Bu faktdır...
Dünən, 23:27
Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? - AKTUAL
Dünən, 23:25
Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab - “Rusiya vətəndaşları deyil”
Dünən, 23:22
İran dəyişikliyə gedir... - Prezident günahı sistemin üzərinə yıxır
Dünən, 15:14
“Putini dayandırmasaq, bu ölkələrə girə bilər” - Makron
Dünən, 15:10
Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan
Dünən, 13:47
Ağ Evdəki davanın ən üzücü nəticəsi: - “Şantaj” başladı
Dünən, 13:44
Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri
Dünən, 13:43
Azərbaycanın strateji rolu dünya gündəmində - İNCƏLƏMƏ
Dünən, 12:42
“Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” - AKTUAL
Dünən, 12:36
Azərbaycanda siyasətçi vəfat etdi - DOSYE
Dünən, 12:34
"Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" - ETİRAZ
Dünən, 12:31
Zəngəzura görə hərbi müdaxilə… – İrəvandan gözlənilməz sərhəd həmləsi
Dünən, 12:28
"Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." - deputat
Dünən, 12:24
Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi
Dünən, 10:48
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq - BŞTİ
Dünən, 10:45
Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur
Dünən, 09:16
Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:12
"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."
Dünən, 08:48
"Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" - ŞOK AÇIQLAMA
Dünən, 08:45
Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Dünən, 08:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru