Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb .....                     Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər .....                     Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib .....                     Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşır .....                     “Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” .....                     Qurultayda Özələ səs verənlər pul alıb? .....                     Bələdiyyə sədrləri nə vaxt seçiləcək? .....                     “Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir” .....                     30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var" .....                     ABŞ Konqresində Azərbaycan müzakirələri .....                     Şeyxin qardaşından Şeyx Mahmudun Bakı səfərinə .....                     Ağır avtoqəza törətmiş məmur övladları .....                     Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb .....                     AZƏRİQAZ-da ibtidai icma quruluşudur? .....                     Trampın hədəfindəki əsas ölkə hansıdır? .....                     Paşinyan İranla neftayırma zavodu tikmək istəyir: amma hələlik xəyalında... .....                     “Rusiya buna görə inciyirsə, getsin su içsin...” .....                     "Kağız üzərində hər şey gözəl görünür..." .....                     İraqın bu şəhərində türk dili rəsmi dil oldu .....                     Azərbaycanda Ramazan .....                     Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir .....                     Paşinyanın istefası prosesinə başlayırlar .....                     Amerikalılar Orta Asiyadan qovulur? .....                     Bakının qoşulduğu dəhliz bloklana bilər? .....                     Seçkilərdə qalib gəldi, bir gün sonra öldü .....                     Kremlin Güney Qafqaz xiffəti .....                     "Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" .....                     “Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb .....                     Rektorun istefa səbəbi .....                     İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır .....                     Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı .....                     Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub .....                     Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… .....                     Azərbaycanda qorxunc zəlzələ gözləntisi: REALDIRMI? .....                     İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib? .....                     Nadir Qafarzadənin YARATDIĞI GÜNDƏM... .....                     Əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği... .....                     Pulunuzu MADO-da xərcləməkdənsə... .....                     Bakı bu addımı MƏCBUR ATDI? .....                     Keçmiş səfirimizlə bağlı YENİ FAKTLAR .....                 

İrəvanın təhlükəli layihələrdə yer alması gərginliyi tətikləyir - ONA GÖRƏ DƏ...
Tarix: Dünən, 09:22 | Çap et
İrəvanın təhlükəli layihələrdə yer alması gərginliyi tətikləyir
Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-dakı “Hoenfels” hərbi bazasında keçirilən “Joint Resolve-2025" hərbi təlimlərində iştirak edir. APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb. Məlumata görə, Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.

Yada salaq ki, yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Azərbaycan bu sazişi İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımı kimi qiymətləndirir. Çünki sənəddə bir çox sahələr üzrə ABŞ-ın Ermənistana göstərəcəyi dəstək elementləri müəyyən mənada əksini tapıb. İki ölkə arasında məlum sənəddən əvvəl də ABŞ və Ermənistan hərbi sahədə əməkdaşlıq edirdi. Rəsmi Vaşinqtonun hərbi strukturlarının Ermənistan Müdafiə Nazirliyində fəaliyyət göstərməsi, müxtəlif zamanlarda iki ölkənin silahlı birləşmələrinin birgə təlim keçirməsi, hətta təlim müddəti bitdikdən sonra həmin hərbçilərin ABŞ-a geri qayıdıb-qayıtmamasının məlum olmaması buna nümunədir. Belə iddialar da var ki, ABŞ-ın hərbi bölüyünün bir hissəsi hazırda da Ermənistandadır.

Qeyd edək ki, ötən ilin yayında Ermənistanda “Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimləri keçirilmişdi. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirdilər. Ermənistanda hərbi bazası olan Rusiyanı da qıcıqlandıran bu hərbi əməkdaşlığın intensiv xarakter alması təbii ki, narahatlıq doğurur. Təsadüfi deyil ki, Rusiya sərhədçiləri İrəvanın Zvartnots hava limanını tərk edən kimi, ABŞ-ın hərbi təyinatlı yükləri hava limanına endi. Bunun ardınca Qərbi Zəngəzurda ABŞ-a məxsus hərbi bazanın qurulacağı xəbəri dövriyyəyə buraxıldı. Bu ərazi həm də İranın “qulağının dibi” sayıla bilər.Maraqlısı budur ki, İran da bütün bu proseslərə biganə qalmaqdadır.

Ekspertlər necə düşünür, Ermənistan-ABŞ hərbi əməkdaşlığı Azərbaycan üçün hansı təhlükələr vəd edir? Faktiki olaraq İrəvanın təhlükəli layihələrdə yer alması gərginliyi tətikləyir. Bu durumda isə İran susur, Ermənistandan çıxarılması planı işə salınan Rusiya ABŞ-la Ukrayna danışıqlarına diqqət kəsilib, Azərbaycan təbii olaraq narazıdır. Çünki birgə təlimlərin həyata keçirilməsi ilə paralel şəkildə Ermənistan döyüş mövqelərini gücləndirir.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirdi ki, əvvəlki administrasiya, xüsusən USAİD Ermənistana xüsusi diqqət yetirirdi: “Blinkenin son iş günlərində Ermənistanla strateji tərəfdaşlıq haqqında xartiya imzalaması, USAİD-in Ermənistana ayrılan yardımları 120 milyondan 250 milyona qədər artırması və sair məsələləri nəzərdə tuturam. Bundan əvvəl USAİD rəhbəri Samanta Paur tərəfindən təşkil olunan "demokratiya sammitlərinə" Paşinyanın dəvəti, “erməni soyqırımının” tanınması və s. Bütün bunlar Bayden administrasiyasının erməniçiliyə xüsusi diqqətinin nəticəsi idi. Hazırda bəzi əvvəldən planlaşdırılan layihələr davam edir". S.Məmmədovun sözlərinə görə, baxmayaraq ki, ABŞ xarici yardımları müvəqqəti olaraq dondurub, amma bu hərbi xarakterli yardımları əhatə etmir. Bu baxımdan hazırda “Hoenfels” hərbi bazasında keçirilən “Joint Resolve-2025" hərbi təlimlərində Ermənistanın hərbi polisinin kiçik qrupunun iştirakından o qədər də narahat olmağa dəyməz: "Bununla belə, bu, Ermənistan üçün çox vacibdir. Ermənistan hakimiyyəti və erməni lobbisi yeni administrasiya ilə əlaqələrin möhkəmləndilməsi üçün ciddi səylər göstərir və onu da nəzərə almalıyıq ki, yeni administrasiyada da xeyli erməni lobbisi ilə əlaqəsi olanlar var. Ermənistanın ABŞ və Avropa İttifaqı ilə hərbi əməkdaşlığı genişləndirməsi ilk növbədə Rusiyanı narahat etməlidir. Amma görünən budur ki, Rusiya Ermənistanın bütün demarşlarına, o cümlədən hərbi sahədə Rusiyaya düşmən olan dövlətlərlə əməkdaşlığına tolerant münasibəti davam etdirir. Görünür, onlar bunun sadəcə bir imitasiya olması qənaətindədir. Azərbaycan sülh məsələsini gündəlikdən çıxarmayıb və çıxarmağa da hazırlaşmır. Ermənistan isə hələ də mövqeyini müəyyənləşdirə bilməyib. Hələ də rəsmi İrəvanın verdiyi bəyanatlar və açıqlamalarla əməlləri arasında kəskin fərqlər qalmaqdadır. Ona görə də biz sülh planımızı saxlamaqla regionda baş verəcək istənilən gedişata hazır olmalıyıq".

Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı qeyd etdi ki, Ermənistanla ABŞ arasında əməkdaşlıq xartiyası imzalanandan sonra Ermənistan hərbçiləri bu ölkədə keçirilən təlimlərdə iştirak edir: “Bu, artıq intensiv xarakter alacaq. Ermənistanda da ABŞ hərbçilərinin əməkdaşlıq çərçivəsində hərbi tədbirlərə qatılacağı istisna deyil. Əlbəttə, ilk növbədə bu cür əməkdaşlıq Azərbaycanı narahat etməlidir. Azərbaycan da NATO çərçivəsində ABŞ-la belə hərbi əməkdaşlıq içərisində olmalıdır ki, müəyyən riskləri azalda bilsin”. İranın sükutlu mövqeyinə gəlincə, Q.Çaxmaqlı hesab edir ki, rəsmi Tehranın bu mövqeyi suallar yaradır: “Cənub qonşumuzun nədən bu gəlişmələrə reaksiya verməməsi suallar doğurur və ehtimal ki, İranla Ermənistan arasında bu, müəyyən gərginlik yaradacaq. Güman ki, yaxın günlərdə İranın reaksiyasının nə olacağının şahidi olacağıq. Amerika ilə əməkdaşlığı İranın maraqlarından üstün tutmasının iki ölkə arasında gərginliyə səbəb olacağını düşünürəm”.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan hərbiçilərinə ABŞ hərbçilərinin diversiya və hücum təlimləri keçirməsi adı ilə bu ölkədə yerləşməsi Tehrana qarşı Vaşinqtonun hərbi addımlarının bir hissəsidir: “Həmçinin bu, Rusiyaya qarşı prosesin tərkib hissəsidir. Amma məsələnin digər tərəfi var ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb. Bu ölkədə revanşist əhval-ruhiyyəsi qalmaqdadır. Ermənistan ordusunun təkmilləşdirilməsi bir növ Azərbaycan üçün də müəyyən yeni çağırışlardır. Göründüyü kimi, Ermənistan regionda militarist siyasət aparır və regional təhlükəsizliyi təhdid edir. Avropa İttifaqı mülki missiyasına qoşularaq erməni hərbçiləri sərhədə yaxınlaşıb, müşahidələr aparır”. M.Əsədullazadə ABŞ-ın Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə sövq edəcəyini düşünmür. Amma hesab edir ki, ABŞ hərbçilərinin Ermənistanda qalması İran üçün təhdiddir: “Tehran rejimi hesab edir ki, bu, Azərbaycana və Rusiya aiddir. Amma erməni rəsmilər Tehranı aldadır. Hər iki tərəf yalan diplomatiya siyasəti həyata keçirib. İran bir də ayılacaq ki, Ermənistandan İran izlənilir. ABŞ üçün İran siyasəti prioritet təşkil edir. Ona görə də Tramp Ermənistanla strateji tərəfdaşlığı məhz İrana qarşı olduğunu bildiyinə görə hərbiçilərin Ermənistanda qalmasına "yaşıl işıq" yandırıb. İran vətəndaşları Ermənistana gəlir. Onlar ABŞ kəşfiyyatının toruna keçir və əməkdaşlığa cəlb olunurlar. Ermənistan ABŞ-ın İran siyasətində bir növ platsdarm olacaq. İran isə “təhlükə”ni Azərbaycandan görür. Halbuki İranın dərdi Azərbaycanın güclənməsidir. Tehran rejimi bilir ki, Azərbaycandan ona təhdid olmayacaq. Sadəcə, müstəqil Azərbaycan İran üçün təhlükə qəbul edilir. Bu da onların primitiv və türkofob siyasətindən irəli gəlir".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb - RƏY
Bu gün, 14:00
Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər – Bakı həlledici addıma gedir?
Bu gün, 13:58
Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib
Bu gün, 13:35
Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşır - FOTO
Bu gün, 13:02
“Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” – ŞOK İDDİA
Bu gün, 13:00
Qurultayda Özələ səs verənlər pul alıb? - CHP-də ŞOK
Bu gün, 12:58
Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA
Bu gün, 12:30
“Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir” - “Hraparak”
Bu gün, 12:13
30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var" - ŞOK OLAY
Bu gün, 12:06
ABŞ Konqresində Azərbaycan müzakirələri - Bakıdan reaksiya
Bu gün, 12:00
Şeyxin qardaşından Şeyx Mahmudun Bakı səfərinə REAKSİYA
Bu gün, 11:55
Ağır avtoqəza törətmiş məmur övladları – ADLAR
Bu gün, 11:52
Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb - DİQQƏT!
Bu gün, 11:42
AZƏRİQAZ-da ibtidai icma quruluşudur? - "Yorucu və riskli əməliyyatdır..."
Bu gün, 11:41
Trampın hədəfindəki əsas ölkə hansıdır? - İNCƏLƏMƏ
Bu gün, 11:32
Paşinyan İranla neftayırma zavodu tikmək istəyir: amma hələlik xəyalında... - Elçin Alıoğlu yazır...
Bu gün, 11:29
“Rusiya buna görə inciyirsə, getsin su içsin...” - ŞƏRH
Bu gün, 11:17
"Kağız üzərində hər şey gözəl görünür..." - Camaat naziri TOPA TUTDU
Bu gün, 11:13
İraqın bu şəhərində türk dili rəsmi dil oldu
Bu gün, 11:09
Azərbaycanda Ramazan nə vaxt BAŞLAYIR?
Bu gün, 11:06
Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir - Fuad Abbasov
Bu gün, 11:03
Paşinyanın istefası prosesinə başlayırlar - “Yenidən baş nazir olmağa qoymayacağıq”
Bu gün, 11:01
Amerikalılar Orta Asiyadan qovulur? – 33 ildən sonra…
Bu gün, 10:59
Bakının qoşulduğu dəhliz bloklana bilər? - AKTUAL
Bu gün, 10:09
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü - FOTO
Bu gün, 10:04
Kremlin Güney Qafqaz xiffəti - Satanovskidən inanılmaz sözlər...
Bu gün, 10:01
"Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" - ÇAĞIRIŞ
Bu gün, 09:53
“Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb - TƏFƏRRÜAT
Bu gün, 09:47
Rektorun istefa səbəbi MƏLUM OLDU
Bu gün, 09:33
İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır - "Nazirliyə deyin"
Bu gün, 09:29
Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı - Simonyan əslində o mesajı verir ki...
Bu gün, 09:26
Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub
Bu gün, 09:24
Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… - Ekstrasens
Bu gün, 09:23
Azərbaycanda qorxunc zəlzələ gözləntisi: REALDIRMI? - ARAŞDIRMA
Bu gün, 09:21
İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib? - İLGİNC...
Bu gün, 09:20
Nadir Qafarzadənin YARATDIĞI GÜNDƏM... - ƏCƏBA HAQLIDIRMI?
Bu gün, 09:12
Əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği... - Ekspert danışır...
Bu gün, 09:09
Pulunuzu MADO-da xərcləməkdənsə... - GİLEY
Bu gün, 09:04
Bakı bu addımı MƏCBUR ATDI? - AKTUAL
Bu gün, 08:57
Keçmiş səfirimizlə bağlı YENİ FAKTLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52
"Heç bir inkişaf strategiyası, kadr siyasəti yoxdur!" - ETİRAZ VAR...
Bu gün, 08:39
Ax, bu sərsəm, sərsəm, sərsəm... RUSLAR! - Tam başlarını itiriblər...
Bu gün, 08:29
Rusiya Cənubi Qafqaza qayıdır? – Bakı razı olsa...
Bu gün, 07:07
Ermənistanın müharibədən sonrakı MÜHARİBƏSİ... - Hələ də davam edir...
Bu gün, 06:58
Azərbaycanda evliləri sevindirəcək qərar veriləcək? - Pul, mükafat, imtiyaz…
Bu gün, 06:54
Nazirlik yəqin ki, bunu bilmir .. - İNDİ SUSACAQMI?
Bu gün, 06:51
“Qarabağ kartı” ilə yeni təhdid CƏHDİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:46
Bakının ev bazarında MTK soyğunçuluğu - AXI NİYƏ?..
Bu gün, 06:44
Bizə bəlli olan faktlar ABŞ-də indi açıqlanır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:41
"Sənin yanında qeydinə qalan, arxanda kölgə kimi dayanan bəy olmalıdır"
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru