"Xəbər tutduq ki, icra başçısı qonşu kəndə gəlib, qaçıb getdik ki, biz də dərdimizi deyək..." - GİLEY
Tarix: 19-02-2020, 09:34 | Çap et
“Bu yaxınlarda xəbər tutduq ki, rayonun icra başçısı qonşu kəndə gəlib, qaçıb getdik ki, biz də dərdimizi deyək. Dedi, gedin, uzağı bir həftəyə sizin də kəndə gələcəm, sözünüzü deyərsiz. Ancaq gəlmədi”. DİA.AZ bildirir ki, Şabranın Ləcədi kəndinin sakinləri sosial problemlərdən danışırlar. Kəndlilərin deməsinə görə, əsas problemləri qaz, su, yol və məktəblə bağlıdır.
“Ləcədi rayon mərkəzindən təqribən 15 kilometr aralıda yerləşir. Ancaq mərkəzdəki məmurlar burada yaşayan insanları sanki tamamilə dəftərdən siliblər”, - bunu kənd sakini Nəzakət Əmrullayeva deyir.
Ləcədi dağ kəndidir. Meşələrin əhatəsində yerləşir. Kəndlilərin sözlərinə görə, həm bu, həm də ətrafındakı bir neçə kəndin istilik mənbəyi həmin meşələrdir. Əhali meşələrdən ağac kəsib, evlərini odunla isidirlər. Ancaq onlar bunun çıxış yolu olmadığını deyirlər: “Burda üç kənd meşədən odun daşıyır. Hər kənddə azı 30-40 ev var. Nə vaxta qədər meşələri qıracağıq, hökumət bir yolunu tapıb kəndlərdə istilik məsələsini həll etməlidir. Bir neçə kənd qışboyu meşənin odunu ilə isinir. Yayda da yemək, çay hazırlamaqda, hamam qızdırmaqda odundan istifadə edirik. Meşədə kəsməyə ağac qalmayıb”.
Sakinlər deyir, daglardan axıb gələn bulaqlar da çoxdan quruyub. Bu üzdən də susuzluq hökm sürür, əhali suyu uzaq kəndlərdən daşıyır. Nəzakət Əmrullayeva sözünə davam edir: “Kənddə iki bulaq vardı, ikisi də qurudu. Yaşlı adamam, tək yaşayıram, su daşıyanım yoxdur. Qışın soyuğunda səhər su bardağını götürüb evdən çıxıram, ayağımı çəkə-çəkə bir neçə kəndi vurub keçirəm, bir də axşama yaxın bir bardaq su ilə qayıdıb evə çatıram. Susuzluqdan çimə bilmirəm”.
Bu kənddə əhalinin əsas məğuliyyəti heyvandarlıqdır. Ancaq susuzluq bu təsərrüfatın inkişafına da mənfi təsirini göstərir.
Kənd sakinlərinin bir arzusu da məktəblə bağlıdır. Ləcədidəki uşaqlar qonşuluqdakı Qələgəh kənd məktəbinə gedirlər, o məktəb də 9 illikdir. 9-cu sinifi bitirəndən sonra 10-11-ci sinifləri oxumaq üçün daha uzaq məsafədəki başqa məktəblərə üz tuturlar.
Ləcədini az qala ətrafdan təcrid edən səbəblərdən biri də yol problemidir. Sakinlərin deməsinə görə, Ləcədidən Xaçmaz, Quba, Qusara olan yolu Gəndabdan keçir. Ləcədi ilə Gəndabın arası 8 kilometrlik yoldur. Ancaq yolun bərbad olması üzündən ləcədililər həmin rayonlara get-gəl edə bilmirlər.
“Halbuki, ləcədililərin qohum-əqrabaları həmin rayonlarda yaşayır, üstəlik, heyvanlarımızı həmin rayonların bazarlarına çıxarırıq. Ümumiyyətlə, bu kəndin sakinlərinin əsas iş-gücü həmin rayonlardadır. Ancaq 8 kilometr Gəndab yolunu gedib-gəlmək olmur deyə, adamlar o istiqamətə getməkdə çətinlik çəkir”, - sakinlər deyir.
Digər yolsa Qələgah kəndindən keçir. Bu yol əsas yola - Şabran-Pirəbədil yoluna yaxındır. Lakin o yola çatmaq üçün qət etməli olduqları aradakı 4 kilometrlik yol bərbad vəziyyətdədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|