İki dövlət qurumu bir femerin dərdinə dərman tapa bilmir - GİLEY
Tarix: 27-02-2020, 09:17 | Çap et
Abşeron rayonu Xanqulu otlaq sahəsində fermer təsərrüfatı ilə məşğul olan Seyran Kərimov heyvanlar arasında naməlum xəstəliyin yayıldığını iddia edir.
Sputnik Azərbaycan-a müraciət edən fermer açıqlamasında bildirib ki, onun təsərrüfatında bu problem 2019-cu ilin noyabrında başlayıb. Heyvanları kütləvi şəkildə öldüyünə görə fermer Kənd Təsərrüfatı Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə və aidiyyəti qurumlara müraciət edib.
"Atam 1959-cu ildən bu işlə məşğul olub. Biz hər il dövlətə 50-60 ton ət veririk. Noyabrda təsərrüfatda xəstəlik yarandı. Mən cəsədlərdən birini götürüb Quba Regional Baytarlıq İdarəsinə apardım. Bir neçə gün sonra bizə bildirildi ki, heyvanlarda pasterellyoz xəstəliyi aşkar edilib. Bundan sonra mən Abşeron Baytarlıq İdarəsinə müraciət etdim. İdarə yoxlanılması üçün cəsədlərdən Qida Təhlükəsizliyi Agentliyinə verdi. On gündən sonra cavab gəldi ki, heyvanlarda pasterellyoz xəstəliyi var. Hər diaqnozdan sonra təyin edilən dərmanları alaraq heyvanlara verirdik".
S.Kərimov qeyd edir ki, ancaq xəstəlik kəskinləşir, ara vermirdi.
Sonra fermer yenidən Qida Təhlükəsizliyi Agentliyinə müraciət edir. Və bu dəfə heyvanlara bradzot xəstəliyi diaqnozu qoyulur:
"Hər gün heyvanlarım qırılır. Dəfələrlə AQTA-ya müraciət etmişəm. Sonuncu dəfə qeyd etdilər ki, heyvanların qanında zəhərlənmə aşkar edilib. Mənim hər gün heyvanlarım ölür, amma Azərbaycan baytarları onlara diaqnoz qoya bilmirlər. Noyabrın 15-dən bu günə qədər 751 heyvanım ölüb. Bu günə qədər dərmanlara 7-8 min manat pul xərcləmişəm. Mənim təsərrüfatıma gələn qurumlar heyvanlarımın ölməsini aktlaşdırmırlar. Bu günə kimi bir neçə akt əldə edə bilmişəm. O da heyvanların az öldüyü günlərdə olub. Başqa günlərdə mən akt ala bilməmişəm". Fermer iddia edir ki, ötən il digər yataqlarda da belə hadisələr baş verib, amma işıqlandırılmayıb.
Sputnik Azərbaycan məsələ ilə bağlı Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova ilə danışıb.
S.Rüstəmova qeyd edib ki, institutun alimləri ərazidə olub, oradan material gətiriblər və heç bir xəstəlik aşkar edilməyib: "İkinci dəfə fevralın 13-də cəsəd göndəriblər, boynu kəsik olub. Heyvan tam qansızlaşıb. Buna baxmayaraq, yarma aparılıb. Heyvanın daxili orqanlarında heç bir patoloji dəyişikliyə, heç bir infeksiyaya rast gəlməmişik. Biz fermerə sual verəndə ki "heyvanın başını niyə kəsmisən?", o cavab verib ki, "murdar olmaması üçün". Biz yenidən cəsəd göndərməsini tələb etdik. O bizə 1 saat sonra bir ana və iki birgünlük quzu cəsədi göndərdi. Bu, infeksiyadırsa, birgünlük quzuda ola bilməz. Eyni qaydada birgünlük quzunu da yardılar, içi təmiz çıxdı. Quzunun qarnında yalnız ana südü var idi. Ana qoyunun boğazında deşilmiş izlər müşahidə edilirdi".
Siyalə Rüstəmovanın sözlərinə görə, fermer iddia edir ki, guya heyvanın boğazında damar partlayır və bu qan o qədər güclüdür ki, vurub dərini partladır.
"Baytarlıq elmində belə bir xəstəlik yoxdur. Bəli, dekabrın əvvəlində həmin təsərrüfatda xəstəlik olub. Xəstəliyin diaqnozu yanvarın 7-də verilib. Lakin o vaxta qədər həkimlər yarma işi aparıb və müəyyən ediblər ki, təsərrüfatda bradzot xəstəliyi var. Rayonun baş həkiminin tərtib etdiyi sənədə əsasən, 13 baş heyvan tələf olub. Həkimlər xəstəliyə görə təsərrüfatda peyvəndləmə işləri aparırlar. Və 10 gün ərzində, yəni maksimal immunitet yaranana qədər, 1-2 heyvan tələf olub. 10 gündən sonra xəstəlik tamamilə dayanır və ölüm hadisələri baş vermir. Bir müddətdən sonra bu insan yenə bizə müraciət edir. Həkimlərimiz gedib onun təsərrüfatına baxırlar. Gedib görürlər ki, 30-40 dəri yığılıb üst-üstə, boğaz hissəsində kəsiklər var. Bizim gördüyümüz bu olub, bu insan isə deyir ki, 750 baş heyvanı ölüb və baytar həkimlər bunun çarəsini tapa bilmir, diaqnozunu qoya bilmirlər. Biz bunu görən kimi diaqnoz qoyduq ki, bu, kənardan müdaxilədir".
S.Rüstəmova vurğulayıb ki, fevralın əvvəlində fermer yenidən zəng vurub.
"Mən və iki müavin təsərrüfat sahəsinə getdik. Gördük ki, heyvanlara soyqırım ediblər. Yerdə 12 cəsəd var idi. Bir-iki aylıq quzunun cəmdəyi asılqandan asılmış, yerdə də çox sayda dəri var idi. Hamısında eyni əlamət var. Boğaz altında 3-5 santimetr kəsiklər var idi. O bizə dedi ki, tövlədə 4 qoyun da bu vəziyyətdədir. Tövləyə girib gördük ki, 4 yaralı heyvan var. Qanları damcı-damcı axırdı. Amma buna baxmayaraq normal yem yeyirdilər. Mən ondan xahiş etdim ki, "gəl bu xəstə heyvanları instituta aparaq".
Fermer iddia edirdi ki, quzular süd əmən kimi eyni formada boğazları partlayır. Mən təklif etdim ki, heyvanları aparıb qanından, südündən analiz götürək. Amma fermer icazə vermədi. Dedi ki, onsuz da öləcək. Mən də dedim ki, ölürlərsə, institutda ölsünlər. Fermer akt tərtib etməyi tələb etdi. Mən razılaşdım.
Tövləyə girəndə gördük ki, qoyunların dördü də boğazları kəsilmiş şəkildə xırıldayır. Boğazlarından qan fışqırır. Hər yer qan içində idi. Heyvanlar çapalıyırdı. Sağ heyvanı və cəsədlərdən birini instituta gətirdik. Gecə ilə boğazını tikdik, nə lazımdır, müdaxilə etdik. Və bu gün də həmin heyvanlar institutda sağ-salamat yaşayır. Biz bu heyvanı saxlayırıq ki, fermerə sübut edək ki, xəstəlik yoxdur. Digər heyvanı da yardıq, yoxlamalar apardıq, suspenziyalarla laborator heyvanı yoluxdurduq. Əgər orada infeksiya olsaydı, 48 saat ərzində o heyvanlar ölməli idi. Bu heyvanlar isə salamatdır". S.Rüstəmova vurğulayıb ki, hazırda fermer ayın 13-də baş verən hadisələrin aktını istəyir. Qurum isə həmin fakta görə akt verməkdən imtina edir. Səbəb isə çox sadədir: "Çünki oraya gedəndə kənar müdaxilə görmüşük. Heyvanlarda heç bir xəstəlik yoxdur, onların ətindən də istifadə etmək olar".
S.Rüstəmova qeyd edib ki, fermerdən öldüyünü iddia etdiyi heyvanların cəsədlərini soruşduqda o bildirib ki, itlər yeyib.
"Yeddi yüz əlli heyvanın cəsədini itlər necə yeyib bitirə bilər axı? Hər bir təsərrüfatın problemi ola bilər, amma o öz problemini ətrafa yaymamalıdır. Bu şəxs bütün respublikaya deyir ki, "xəstəlik müəyyən edilmir". Bəli, əvvəllər bəzi heyvanlarda xəstəliklər müşahidə edilib. Qida Təhlükəsizliyi Agentliyi diaqnozu müəyyən edib. Hazırda o təsərrüfatda heç bir xəstəlik yoxdur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|