“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                 

"Müharibə dövründə o qədər həyəcan keçirdim ki..."
Tarix: 5-01-2021, 08:52 | Çap et
"Müharibə dövründə o qədər həyəcan keçirdim ki..."
Məşhur aktrisa, yeşilçam filmlərinin sevilən ulduzu Nilufər Aydanın Moderator.az-a müsahibəsini təqdim edirik:

- Nilufər xanım, Azərbaycandan sizə qucaq dolusu salamlar. Necəsiniz?

- Çox sağ olun, yaxşıyam. Baxmayaraq ki, 82 yaşım var, amma özümü çox yaxşı hiss edirəm. Məndən də qardaş ölkə Azərbaycana salamlar olsun.

- Müsahibəmizə Azərbaycan haqqında danışmaqla başlamağınızı istərdim. Ölkəmiz haqqında hansı məlumatlara sahibsiniz?

- Mən öncə sizin zəfərinizi, qələbənizi təbrik edirəm. Ürəyim xoş sözlərlə doludur, aşıb-daşır. Heç bilmirəm sözlərimi hardan başlayım, harda bitirim? Müharibə dövründə o qədər həyəcan keçirdim ki.. Mənim ermənilərə çox böyük nifrətim, kinim var. Harda belə bir qanun yazılıb ki, sən gəlib başqasının torpağını zəbt edəsən? Nə yaxşı ki, onları torpaqlarınızdan qovdunuz. Mən sülhün tərəfdarıyam, amma durduğumuz yerdə bizi müharibəyə də təhrik edirlər. Siz də səbr edib, 30 ilə yaxın bir müddətdə gözlədiniz. Nə yaxşı ki, nəticədə qələbə qazandınız.

- Azərbaycanda səfərdə olmusunuz?

- 1964 cü ildə Moskvada film festivalı keçirilirdi. Mən də “Şəhərdəki yabancı” filmi ilə bu festivala qatıldım və mükafat qazandım. Moskvadan qayıdarkən bizi Azərbaycana gətirib, oranı gəzdirdilər. Azərbaycan mənim yaddaşımda səssiz şəhər kimi qalmışdı. Axşam saat 5-ə qədər küçədə heç kim yox idi, bom-boş idi küçələr. Hər kəs işinin başında idi, şəhərdə ancaq turistlər var idi. Saat 5-dən sonra isə hamı küçədə idi. Uzun illər sonra - 2000-ci ildə yenə də Azərbaycana gəldim və ölkəniz artıq dəyişmişdi. Çəkildiyim “Mavi röya” serialının kollektivi ilə bizi Azərbaycana dəvət edib, oradakı sevənlərimiz ilə görüşdürmüşdülər. Siz də bilirsiz ki, mən həmin serialda Lusifər obrazını canlandırırdım.

- “Mavi röya” serialındakı Lusifər obrazı ilə Azərbaycanda həqiqətən də çox sevilmişdiniz. Bu ekran işi həm də ölkənizdə yayımlanan ilk seriallardan biri idi...

- Bəli, doğru qeyd etdiniz. O zaman seriallara o qədər də tələbat yox idi, amma bu sevilmişdi. Çünki ekran işində dəyişkən mövzular-qorxu, xəyal, cadu var idi. Həm də biz iki dövlət, bir millətik. Bir-birimizi inanılmaz dərəcədə çox sevirik. Mən Azərbaycana gəldiyim zaman özümü dünya ulduzu kimi hiss edirəm.

- Siz "Yeşilçam" filmlərinin unudulmaz ulduzusuz. Həqiqətən də bir oynadığınız obrazlarla yeşilçama möhür vurmusuz...

- Biz sənətə başladığımız illərdə o qədər də sənətçi yox idi. Bundan əlavə də 1950- ci illərdə film sahəsi tələbatlı deyildi, daha çox teatra üstünlük verilirdi.. Yeşilçamda çəkilməyə “Altın qəfəs” filmi ilə başladım. Bu filmə çəkilməyimi məşhur müğənni, baş rol ifaçısı Zeki Mürən istəmişdi. O mənim həyat yoldaşım, məşhur rəqqas Yılmaz Duru ilə yaxın dost idi. Mən də o vaxt Yılmazla birlikdə əcnəbilərin restoranında rəqs edirdim. Zeki bəy Yılmaza demişdi ki, filmdə çəkilmək üçün gənc bir qız lazımdır. Yılmaz da məni tövsiyyə etmişdi. 15 yaşında idim. Zeki Mürən o vaxt hərbi xidmətdə idi, arabir gəlib çəkilirdi. Ona görə də filmin çəkilişləri fasilələrlə 8 ay sürdü.

- Teatrda heç çalışmadınız?

- Xeyr, heç vaxt! Yəqin ki, buna cəsarətim olmayıb. Mənə teatra dəvət gələndə 20 yaşındaydım. Bir çox sənətçilər kino ilə teatrı ayrıd edirlər, amma mən teatrda çalışsaydım heç birini ayırd etməzdim.

- Yaşınızın 82 olmasına baxmayaraq çox həyatsevər xanımsınız və bir o qədər də pozitivsiz..

- Heç bir zaman kimisə tənqid və təhqir etməmişəm, kiməsə ağıl verməmişəm. Çünki insanlar sərbəstdirlər. Mənim üçün həyatda 3 pis insan var: “Heyvanlara və qadınlara pislik edənlər, bir də Atatürkə hörmətsiz davrananlar”.. Mən bu tip insanlara qarşıyam. Ətrafımda hər zaman gənclər var, onlarla dostluq edirəm. Onlar zənn edirlər ki, məndən nələrsə öyrənirlər, amma əksinədir, mən onlardan bir çox şeylər öyrənirəm.

- Hansı rollarda oynamaq sizə daha xoşdur?

- Sözün düzü, mən rol seçən aktrisa deyiləm, nə veriblərsə onda da oynamışam. Çünki o mən deyiləm, bir başqasını canlandırıram. İstər mənfi rol olsun, istərsə də müsbət. Son illərdə mənfi obrazlarla yadda qalmışam. Zamanında ən gözəl qadın rollarını oynamışam, indi də ana, nənə rollarını canlandırıram. Rol seçsəydim işsiz qalardım (gülür).

- Müsahibələrinizin birində bildirmisiz ki, “Çalıquşu” filmində Fəridə obrazına siz çəkilməli olduğunuz halda, Türkan Şoray çəkilib... Niyə bəs siz çəkilmədiniz?

- “Altın qəfəs” filminə çəkiləndə filmin direktoru Osman Sedən mənə dedi ki, “Çalıquşu”-nu çəkəcəm və Fəridə obrazını sənə verəcəm. Çünki Fəridə obrazının üzündəki cizgilər uşağı xatırlatmalıdır. 2 dəfə “Çalıquşu” romanını da oxuyub səbirsizliklə filmə çəkiləcəyim günü gözlədim. Amma Fəridə obrazını mənə yox, Türkan Şoraya verdilər. Daha sonra Osman Sedən bu filmdə mənə başqa obrazı verdi, amma qəbul etmədim. Mənə dedi ki, Nilufər sən çox haqlısan! Yanaqlarımdan öpüb, üzr istədi.

- Nilufər xanım, indiki sənətçiləri necə dəyərləndirirsiz?

- Desəm ki, onları mütəmaddi olaraq izləyirəm, yalan olar. Amma arabir seriallarda görürəm. Təbii ki, çox yaxşı aktyor təhsili alırlar, bu bir həqiqətdir. Amma mən onları ayırd edə bilmirəm ki, hansı hansıdır? Hamısı eyni estetik əməliyyatı ediblər, bir-birinə oxşayırlar. Mənə görə kino aktrisası əməliyyat etdirməməlidir. Gənc qızlar əməliyyat etdirirlər, bu onların oyun tərzinə, mimikalarına da yansıyır.

- Siz heç estetik əməliyyat etdirməmisiz?

- Xeyr, heç vaxt! Üzümdə 60, 70 və 80-ci illərin izləri var, onları necə silə bilərəm? (gülür). Mən görünüşümdən heç rahatsız deyiləm, təbii ki, əvvəlki kimi də deyiləm.

- Koronovirusdan necə qorunursuz?

- Həyət evində qalıram, gözəl bağçam var. Özümə söz vermişəm ki, bir ilə yaxın restoranda yemək yeməyəcəm, insanlar içərisinə çıxmayacam. Evdən çölə çıxmıram, pişiklərim var, onlara qulluq edirəm. Günüm bax belə keçir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru