“Ən böyük arzum budur ki, ”Leyli və Məcnun" əsərini Şuşada səhnədə ifa edim"
Tarix: 8-01-2021, 08:47 | Çap et
 Məlum olduğu kimi, Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Prezident həmçinin tezliklə müqəddəs Şuşada “Vaqif poeziya günləri”, “Xarı bülbül” festivalının keçiriləcəyinin anonsunu da verib.
Məsələ ilə bağlı xalq artisti, ustad xanəndə Mənsum İbrahimov “Yeni Müsavat”a danışıb. Mənsum İbrahimov bunları deyib: “Prezidentimizin bu qərarı hər birimizin ürəyindən xəbər verən bir qərar oldu. Məlum olduğu kimi, Şuşa hər zaman Azərbaycanın mədəniyyət paytaxtı kimi fəaliyyət göstərib. Beləliklə, Şuşanın mədəniyyət paytaxtı elan olunması həm də dünyaya bir mesajdır ki, Şuşa tarixən Azərbaycanın dədə-baba torpağı olub. Bununla da həm də Şuşanın əvvəlki şöhrəti özünə qayıdacaq.
Bildiyiniz kimi, artıq ”Vaqif poeziya günləri" və “Xarı bülbül” festivallarının keçirilməsinin anonsu verilib. Düşünürəm ki, bunun ardı olaraq orada beynəlxalq muğam festivalları, böyük yubiley tədbirləri keçiriləcək. Məlum olduğu kimi, “Leyli və Məcnun” əsəri ilk dəfə Üzeyrin vaxtında Şuşada səhnələşdirilmişdi. Ən böyük arzum budur ki, “Leyli və Məcnun” əsərini Şuşada səhnədə ifa edim. Buna qədər arzum idi ki, Ağdam məscidinə gedib azan verim, orada hansısa səhnədə konsertdə iştirak edim və bu arzuma çatdım. İnşallah, tezliklə digər arzum da yerinə yetər və sənət dostlarımla birgə “Leyli və Məcnun”u Şuşada ifa edərik.
Xatırlayıram ki, 2018-ci ildə Quzanlıda Muğam Mərkəzinin açılışında Prezidentimiz qeyd etmişdi ki, tezliklə bu cür muğam ocağı Ağdamın mərkəzində açılacaq. Gün həmin gündür. Bu il Qarabağda quruculuq, qayıdış ildir. İnşallah ki, Şuşa əvvəlki şöhrətinə geri dönəcək, turistik, mədəniyyət mərkəzinə çevriləcək, dünyanın dörd bir yanından insanlar gələcək, biz də mədəniyyət xadimləri ilə birlikdə böyük tədbirlər keçirəcəyik".
Xalq artisti Mübariz Tağıyev: "Şuşanın mədəniyyət paytaxtı elan olunması çox gözəl qərardır. Şuşa hər zaman Azərbaycan mədəniyyətinin mərkəzi olub. Vətən müharibəsi başlayanda ən böyük arzumuzdan biri də Şuşanın tezliklə azad olunması, orada yenidən mədəniyyətin canlanması ilə bağlı idi. Şükürlər olsun ki, Prezidentimiz bu qərarı verdi. Bu qərarda həm də dərin məqsədlər var. Təsəvvür edin, 30 il ərzində çəkdiyimiz əzab-əziyyətlər 44 gün ərzində fantasktik şəkildə sona çatdı və Şuşanın işğaldan azad olunması bu qələbənin ən yüksək nöqtəsi oldu. Bu gözəl diyarı, cənnət məkanı bir-iki sözlə ifadə etmək mümkün deyil. Mən Şuşada olmuşam. Orada keçirdiyimiz konsertlər bu gün gözümün önünə gəlir. Konsertdə minlərlə adam iştirak edirdi. O konsertdə olanlar həmin günü heç vaxt yaddan çıxarda bilməzlər. Yenidən Şuşada konsertlər, tədbirlər keçirəcəyik. Azərbaycan mədəniyyəti hər zaman zirvələrdə olub, bundan sonra da olacaq. Gözəl gənc nəsil gəlir, eyni zamanda bizlər də öz töhfələrimizi verəcəyik".
Xalq artisti Niyaməddin Musayev də Şuşanın mədəniyyət paytaxtı elan olunmasını böyük sevinclə qarşıladığını bildirdi: "Vətən müharibəsində qazandığımız qələbə xalqın qürurunu özünə qaytardı, torpaqlarımız işğaldan azad olundu.
Bəli, Şuşa Azərbaycan mədəniyyətinin özəyi, paytaxtı, simvoludur. Ona görə də orada tədbirlərin keçirilməsi çox gözəl addımdır. Hər kəsin borcudur ki, ora gedib iştirak etsin, İsa bulağına baş əysin. Bilirəm ki, keçirilən tədbirlərə dünyanın bir çox ölkələrindən incəsənət adamları da dəvət olunacaq. Əlbəttə, bu, çox sevindirici haldır".
Xalq artisti, əslən Şuşadan olan aktrisa Firəngiz Mütəllibova isə bildirib: "Prezidentin Şuşa ilə bağlı qərarına çox sevindim. Həmişə mənə elə gəlirdi ki, Şuşa Qarabağda tənha, boynu bükük qalıb. Elə bilirdim ki, orada körpə uşaq qoyub gəlmişəm. Prezident Şuşanı mədəniyyət paytaxtı elan edəndə elə bildim ki, Şuşa illərdir gözlədiyi o dəyərə, qiymətə layiq olub. Xatırlayıram ki, həmişə mayın 10-da Cıdır düzündə bayram keçirilərdi. Biz də məktəbli olaraq səliqəli geyinər, tədbirlərdə iştirak edərdik. Hər may ayı gələndə Cıdır düzündəki o bayramları xatırlayırdım.
Risk qrupuna aid olduğum üçün pandemiya səbəbindən evdən çölə çıxa blmirəm. Buna görə də sənətkarlarla birgə Şuşaya gedə bilmədim. Amma ora təkcə gedib, o xatirələrimlə, təəssüratlarımla baş-başa qalmaq istəyirəm. Həmin zaman bilmirəm hansı anları yaşayacam, bilmirəm dizin-dizin sürünəcəm, bilmirəm iməkləyib o küçələri gəzəcəm, necə olacam, qışqıracammı və sairə. Bizə bu sevinci yaşatdığı üçün Prezidentimizə, Ordumuza, Şəhidlərimizə minnətdarıq". “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18 |
|
|
|
• “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
• Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10 |
|
|
|
• Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54 |
|
|
|
• Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43 |
|
|
|
• 3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41 |
|
|
|
• Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40 |
|
|
|
• Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39 |
|
|
|
• Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30 |
|
|
|
• “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27 |
|
|
|
• Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• "Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13 |
|
|
|
• Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09 |
|
|
|
• Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02 |
|
|
|
• ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00 |
|
|
|
• Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53 |
|
|
|
• Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37 |
|
|
|
• "Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35 |
|
|
|
• Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33 |
|
|
|
• Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29 |
|
|
|
• Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19 |
|
|
|
• Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10 |
|
|
|
• Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08 |
|
|
|
• Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51 |
|
|
|
• Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41 |
|
|
|
• Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32 |
|
|
|
• "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25 |
|
|
|
• Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55 |
|
|
|
• Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49 |
|
|
|
• Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41 |
|
|
|
• Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24 |
|
|
|
• Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21 |
|
|
|
• "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14 |
|
|
|
• 2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09 |
|
|
|
• Bu gün ilk çərşənbədir
Bu gün, 00:07 |
|
|
|
• Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02 |
|
|
|
• "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23 |
|
|
|
• “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21 |
|
|
|
• Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17 |
|
|
|
• “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58 |
|
|
|
• Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30 |
|
|
|
• "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15 |
|
|
|
• Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14 |
|
|
|
• Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00 |
|
|
|
• Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52 |
|
|
|
• "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50 |
|
|
|
|