"Efirə geyindiyim qısa paltarı adi həyatda geyinmərəm"
Tarix: 12-05-2014, 09:27 | Çap et
DİA.AZ tanınmış teleaparıcı Aynur Fətullayevanın Milli.Az-a müsahibəsini təqdim edir:
- Aynur xanım, işinizdə hansı yeniliklər var?
- Hal-hazırda “TRT AVAZ” kanalı ilə ortaq yayıma başlamışıq. Daha doğrusu, belə bir layihəmiz var idi, lakin uzun müddət idi ki, fasilə verilmişdi. Şükür Allaha, rəhbərlik tərəfindən yenidən bərpa olundu.
- Uzun illərdir ki, “Yeni gün” proqramında çalışırsınız. Başqa ampluada bir veriliş aparmaq fikriniz yoxdur?
- İlk dəfə “Qaraj” verilişini aparmışam. Lakin düz buyurursunuz, artıq xeyli müddətdir ki, səhər proqramının aparıcılığını edirəm. Bilirsiniz, mən bir şeyə çox çətinliklə öyrəşən, bağlanan insanam. Bağlandımsa, ondan uzaqlaşmaq mənim üçün çox çətin olur. Ona görə də düşünürəm ki, hələ öz yerimdə qalsam, yaxşıdır (gülür).
- Ümumiyyətlə, haçansa televiziyadan birdəfəlik getməyi düşünürsünüz?
- Xeyr, belə bir fikrim yoxdur. Teleaparıcı olmaq mənim uşaqlıq arzum olub. Bunun üçün illərlə əziyyət çəkmişəm və şükürlər olsun ki, bəhrəsini də gördüm. Peşəmdən çox məmnunam.
- Başqa bir gəlir yeriniz var?
- Dövlət tədbirlərinə dəvətlər alıram. Başqa bir qazanc yerim yoxdur.
- Toylarda aparıcılıq etməmisiniz?
- Xeyr, etməmişəm. Çünki özümü o sahədə görmürəm.
- Xarici teleşirkətlərdən iş təklifi almısınız?
- Elə də ciddi bir təklif olmayıb, amma sosial şəbəkələrdə ara-sıra belə təkliflər gəlib. Lakin qəbul etməmişəm.
- Niyə?
- Bilmirəm, bəlkə də, mühit baxımından uyğun görmürəm. Həm də artıq iş yerimə, çalışdığım kollektivə çox öyrəşmişəm. Bayaq da dediyim kimi, öyrəşdiyim yerdən uzaqlaşmaq mənim üçün çox çətindir.
- İndi nəyə vaxt sərf edə bilmirsiniz?
- İnanın mənə, istirahətə, dincəlməyə çox böyük ehtiyacım var. Artıq neçə müddətdir ki, fasiləsiz olaraq işləyirəm. Səbirsizliklə məzuniyyətə çıxacağım günü gözləyirəm (gülür).
- İndiki aparıcı həmkarlarınızdan sizi fərqləndirən cəhət hansıdır?
- Özümü tərifləmək istəmirəm. Amma bir çox aparıcının nitqi, danışığı məni qane etmir.
- Sizə baxıb aparıcılıq eşqinə düşənlər olub?
- Bəli, kifayət qədər olub. Verilişimizdə qonaq qismində çıxış edən gənc qızlar mənə tez-tez yaxınlaşıb deyirlər ki, biz də sizin kimi aparıcı olmaq istəyirik.
- İstədiyiniz geyimi rahatlıqla geyinə bilərsiniz?
- Geyimin tərzi və yeri var. Məsələn, mən efirə geyindiyim qısa paltarı adi həyatda geyinmərəm. Çünki hamı tərəfdən eyni cür qəbul olunmaya bilər. Efir isə gözəlliyi və səliqəliliyi sevir, tələb edir.
- Bəs adi həyatda hansı geyim tərzinə üstünlük verirsiniz?
- Efirdənkənar çox sadə geyinirəm. Makiyajdan nadir hallarda istifadə edirəm.
- Belə çıxır ki, məşhur olmaq sizi bir o qədər də narahat etmir. Yəni ki, kütlə arasında rahat və sərbəst hərəkət edə bilirsiniz...
- Bəli, sözün düzü, mən bir o qədər də məşhurluq həvəsində deyiləm. Məni yolda görüb tanısalar da, tanımasalar da mənim üçün fərq etmir. Onu da deyim ki, məni simamdan çox, səsimdən tanıyırlar. Yeri gəlmişkən, bu yaxınlarda rəfiqəmlə dükana girmişdik. Səsimi çıxaran kimi satıcı məni tanıdı və uzun-uzadı tərifləməyə başladı. Hətta aldığımız çantanın qiymətində də bizə xeyli endirim etdi (gülür).
- Simanızda dəyişiklik etmək istəyərsiniz?
- Xeyr, heç vaxt belə bir fikrim olmayıb.
- Efirdə çıxılmaz vəziyyətə düşdüyünüz anlar olub?
- Elə bu yaxınlarda çox möhkəm soyuqlamışdım. Xəstə-xəstə efirə çıxmışdım. Verilişin sonuna yaxın məni çox pis öskürək tutdu. Nə edəcəyimi bilmədim. Özümü birtəhər olsa da, saxladım. Şükür ki, vəziyyətdən çıxdım.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|