Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                 

Keçmiş icra başçılarının revanşı - deputat olmaq istəyirlər...
Tarix: 10-12-2019, 09:00 | Çap et
Keçmiş icra başçılarının revanşı
Bitməkdə olan 2019-cu ildə bir çox icra başçıları vəzifədən azad edildi. Aparılan struktur və kadr dəyişikliyi fonunda icra başçılarının bir qisminin yerləri dəyişdirilsə də, bəziləri vəzifələrindən tamamilə uzaqlaşdırıldı. Vəzifələrini itirən icra başçılarının rəhbər olduqları bölgələrin sakinləri onlardan narazılıq edirdi. İnsanlar bildirirdilər ki, icra başçısı onları qəbul etmir, problemlərini dinləmək istəmir.

Ölkə prezidentinin kadr islahatları fonunda korrupsiya və rüşvətdə adı hallanmayan gənclərin icra başçısı vəzifəsinə gətirilməsi halını da müşahidə edirik. Ekspertlər hesab edirlər ki, idarəçilikdə bu cür gənc və müasir inkişafla ayaqlaşa bilən gənclərin önə çəkilməsi həm vətəndaşlar, həm də dövlət üçün faydalıdır.

“Yeni Müsavat”a daxil olan məlumata görə, vəzifələrini itirən icra başçılarının bəziləri deputatlığa namizədlik vermək istəyirlər. Onlardan bəzilərinin hətta bunun üçün artıq hazırlıq işlərinə başladığı da bildirilir.

Öncə işsiz qalan sabiq icra başçılarını xatırladaq.

2007-ci ildən Ağsunun icra başçısı olan Ənvər Seyidəliyev də vəzifəsini itirdi. Ənvər Seyidəliyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.

2018-ci ilin dekabrında vəzifəsindən azad edilən Xəzər rayonunun icra hakimiyyəti başçısı Gülağa İslamov da işsizdir. O, 23 il idi ki, bu vəzifəni icra edirdi.

Ötən həftə prezidentin sərəncamı ilə Hacıqabulun icra başçısı Əhməd Muxtarov vəzifəsindən azad edilib. Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, R. Xəlilov Milli Məclisin Regional məsələlər komitəsinin üzvü olub.

Həmçinin bu il oktyabrın 31-də prezident İlham Əliyev 2004-cü ildən Xaçmaza rəhbərlik edən Şəmsəddin Xanbabayevi tutduğu vəzifəsindən azad etdi. Noyabrın 12-də prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Bu şəxslərdən hansının deputatlığa namizəd olacağı isə hələ ki rəsmi olaraq məlum deyil.

“Yeni Müsavat”a danışan deputat Tahir Kərimli bildirib ki, hər yerindən duranın namizədlik irəli sürməsi yaxşı hal deyil: “ Konstitusiyada kimlərin deputat ola bilmələri və ya ola bilməmələri haqqında məqamlar aydın şəkildə qeyd edilib. Göstərilib ki, din xadimi olmayan, ağır cinayət törətməyən, 18 yaşı tamam olmuş şəxslər deputat ola bilərlər. Keçmiş məmurlar da əgər ağır cinayət törətməyiblərsə, deputat seçilmələri qanunla mümkündür. Bu adamlar təbii ki, namizədlik verə bilərlər. Ancaq işin mənəvi tərəfi də var. Əgər səni cənab prezident işdən kənarlaşdırıbsa, səndə nöqsan bilibsə və özünü də doğrultmamısansa, deputatlığa namizəd olmağın qəribə çıxır. Bu, eyni zamanda deputat statusuna da xələl gətirən haldır. Belə ki, əslində deputat ali qanunvericiliyin nümayəndəsidir. Yəni o, ali nümayəndədir. Təəssüf ki, hansısa bir yerli məmuru deputatdan üstün tutan hallar mövcuddur. Mətbuatda buna rast gəlirik. Paralellər aparan zaman biz baxırıq ki, hər zaman deputatlar aşağılanır. Məlum deyil ki, bu, deputatların özlərinin günahıdır, yoxsa cəmiyyət belədir. Yaxud da bəlkə də ayrı-ayrı insanlar hər kəsi gözdən salır. Ancaq bütün hallarda nəzərə almaq lazımdır ki, deputatlıq sadə bir şey deyil. Deputatlar dövlətin taleyini də yeri gələndə həll edirlər. Parlament son qərar yeridir. Dövlətin taleyi ilə bağlı ən mühüm məsələlər parlamentdə həll olunur. Ehtimal edirəm ki, cənab prezidentin vəzifədən azad etdiyi bəzi şəxslər deputat seçilə bilərlər. Yəqin ki, belə hallar da olacaq. Ancaq hər bir halda əgər bu şəxslər mənfi mənada uzaqlaşdırılıbsa, o zaman bir qədər düşünmək lazımdır. Hesab edirəm ki, bu insanlar özləri namizədlik irəli sürməli deyillər. Çünki bu, cəmiyyət tərəfindən müsbət qarşılanmayacaq”.

T.Kərimli son zamanlar sosial şəbəkələrdə əksər insanların deputatlığa namizəd olacaqlarını açıqlaması məqamına da toxunub: “Deputatlığı gözdən salmaq lazım deyil. Hər kəs deputat olmağı bu qədər asanmı bilir? Dövlət, millət üçün fayda vermək lazımdır. Parlament bir eksperiment yeri deyil ki, hər kəs özünün işləyə bilib-bilmədiyini yoxlasın. Arzu edərdim ki, heç kim deputatlıq yarışını ucuzlaşdırmasın. Yaşından asılı olmayaraq hər kəs bunu düşünməlidir. Onlar öz ictimai çəkilərinə diqqət edib, məsələyə ciddi yanaşmalıdırlar. Layiq olub-olmadıqlarını araşdırsınlar. Hər kəs nədənsə hesab edir ki, deputatlıq funksiyasını yerinə yetirə bilər. Bu, olduqca məsuliyyətli işdir. Burada təcrübə ilə gənc novatorluğun hansısa sintezini yaratmaq lazımdır. Hər kəs düşünməlidir ki, bu işin öhdəsindən necə gələ bilər. Çox tarixi qərarlar verilə bilər. Məsələn, ölkə ərazisində hərbi əməliyyatlarla bağlı qərar ola bilər. Həvəslə ”deputat olacam" deməklə deyil. Azərbaycana necə xeyir verməyi düşünmək lazımdır. Bu cür diletant yanaşmanı qəbul etmirəm".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16
"Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru