"Əliləm, birtəhər işləyib, ailəmi saxlayıram..." - GİLEY
Tarix: 8-01-2020, 09:44 | Çap et
Tovuzun Çatax kəndinin sakinlərinin qaz problemi var. Onlar bundan, xüsusən də, qış aylarında əziyyət çəkdiklərini söyləyirlər. Yaxın kəndlərə qaz çəkildiyini deyirlər. Hökumətin onları unutduğunu düşünürlər. “Qaralar kəndi var bizdə. Erməni ilə sərhəddir. Məsələn, onlarda qaz var. Özü də lap bizim kənddən keçib gedir. Yəni bu kəndə qaz çəkmək bu qədərmi çətindir? Ərazisindən qaz borusu keçir”, - sakinlərdən Faiq Səftərov belə deyir.
DİA.AZ bildirir ki, Faiq Səftərov 2-ci qrup əlildir. Deyir, ailəsini pensiya ilə birtəhər dolandıran adamdır. Odun baha, qaz yox. Dörd azyaşlı uşağı var. Uşaqları qışda donmasınlar deyə, meşədən çör-çöp toplayır. Son zamanlar isə ona da imkan vermirlər: “Müxtəlif bəhanələrlə kənd camaatını, eləcə də məni meşəyə buraxmırlar. Halbuki onlar da çox yaxşı bilirlər ki, biz salamat ağaclara toxunmuruq. Eləcə çürümüş, qırılmış, yerdə olan budaqları götürürük. Pul umurlar, gözləyirlər ki, hər gedəndə bir 100-150 manat ciblərinə qoyaq. O da məndə hardandır? Əliləm, birtəhər işləyib, ailəmi saxlayıram”.
Faiq Səftərovun övladlarının birinin başında, digərinin isə gözündə problemi var. Onların müalicəsinə də hər 3 aydan bir xeyli xərci çıxır: “Xəstəxanalarda da çıxarıb pul verməsən, sənə küçə iti kimi baxırlar. Nə də düzgün müalicə gedir. Böyük qızımın beynində şiş var. Getdikcə vurub ayaqlarını tutur. Bakıda toka verir, masaj edirlər. Prosesi ləngidirlər. Əməliyyatı Almaniyadadır. Burda ancaq inkişafının qarşısını alırıq. Tez-tez tutmaları olur. Bir gün iflic olacaq deyə çox qorxuram. Kiçik oğlum isə bir dəfə gözündən əməliyyat olub. İndi cuzi görür. Həkimlər bunun bir neçə dəfə təkrarlanmalı olduğunu söyləyiblər”.
Ata deyir ki, bu qədər dərdin içində bir də istilik barədə düşünür. Uşaqları xəstədir, onları soyuq evdə yaşada bilməz.
“Dağlıq kənddir, qışda soyuqdan dayanmaq olmur”, Faiq Səftərov deyir. Odun sobası yandırmağa məcburdular, amma odun tapmaq da getdikcə müşkülə çevrilir:
“Satılanlara isə yaxın durmaq olmur. İndi şikayət etsək, deyəcəklər, meşədə ağac kəsmək olmaz. İnsan gərək gecə başını yastığa qoyanda vicdanı təmiz olsun. Heç mənə desələr “gəl, icazə veririk, bu ağacı kəs”, gedib ağac kəsmərəm. Meşə doludur çör-çöplə, sınmış budaqla. İnanın, heç ağac kəsməyə gərək də yoxdur”.
“Bəs düşünmürlər ki, bu millət qışı nə ilə, necə başa vurmalıdır? Meşəyə gedəni də söyüb, təhqir edirlər. Heç veclərinə də deyil, milləti düşünmürlər”, - bunu isə kənd sakinlərindən biri deyir.
Faiq Səftərovun sözlərinə görə, Qarabağda döyüşüb, əslində əlilliyi də orada qazanıb. Ayağında qəlpə var, amma buna görə əlillik dərəcəsi ala bilməyib: “Çünki vaxtında üstünə düşmədim. Heç indi də istəmirəm. Hörmət qoysunlar, bəsimdir. Balaca bir araba düzəltmişəm. Odunu onunla daşıyıram. Amma imkan vermirlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|