"Hər dəfə “nənə, get, gəlib evə baxacaqlar”, deyib, yola salırlar..." - GİLEY
Tarix: 16-03-2020, 09:47 | Çap et
“Xəstəyəm, qocayam, imkansızam, bu şəraitdə yaşamağa gücüm qalmayıb. Hökumətdən istədiyim odur ki, qəzalı evimi təmir eləsin, başıma uçur”. Gədəbəyin Miskinli kənd sakini Hava Süleymanovanın 73 yaşı var. Diabetdən əziyyət çəkir. Ailə qurmayan 53 və 47 yaşlı, müxtəlif xəstəliklərdən əziyyət çəkən övladları da onunla eyni evdə yaşayır. Ancaq ora ev demək mümkünsə…
Hava xanım danışır ki, 32 il əvvəl həyat yoldaşı kənddə ev tikmək istəyib. Evin özülünü atıb, bir neçə daş qaldırdıqdan sonra müharibə başladığından tibb qardaşı kimi müharibə zonasına gedib, sonrakı illərdə isə evin tikintisini davam etdirə bilməyiblər.
“Yoldaşım Tofiq Süleymanov müharibə vaxtı Gədəbəy rayon Xəstəxanasının təcili yardım şöbəsində feldşer işləyirdi, cəbhə xəttində əsgərlərin yarasını sarıyırdı, atəşkəsdən sonra da xəstəxanada işlədiyi müddətdə cəbhə xəttindəki əsgərlərin qulluğunda dayanırdı. Müharibə vaxtı aylarla evə gəlmirdi, bu səbəbdən də ailəmizin vəziyyəti çətinləşdi, evi yarımçıq düzəldib köçdük ki, çöldə qalmayaq. İllər keçdikcə baş verən zəlzələ, ara-sıra yeraltı təkanlar, dolu, leysan hər dəfə evə zərər vurdu. Divarlar aralandı, tavan dağıldı”, – qadın danışır.
Hava Süleymanovanın həyat yoldaşı 21 ildir ki, vəfat edib. Övladlarından biri ali təhsilli olsa da, illərdir ki, iş tapa bilmir, digər bir övladı və xəstə olduqlarından hər dəfə özülü və divarları sıradan çıxan evə əl gəzdirə bilməyib. İndi isə durum son həddə çatıb.
“Nəmişlik, rütubət xəstə canımızı daha da əldən salır. Divarlar aralanıb, yarıqlar günbəgün genişlənir, yel əsəndə ev silkələnir, sanki indi başımıza uçacaq. 233 manat pensiya alıram, aldığım heç dərmanlarımıza çatmır. Bilmirik ki, dərdimizi kimə deyək. Dəfələrlə icra hakimiyyətində olmuşam, hər dəfə “nənə, get, gəlib evə baxacaqlar”, deyib, yola salırlar. Mənim həyat yoldaşım vaxtilə Şınıxda, Ermənistanla həmsərhəd olan başqa kəndlərdə güllə yağışının altında ölümünü gözə alıb, yüzlərlə əsgərin həyatını xilas edib, ancaq gəlin, görün xəstə ailəsi hansı durumda yaşayır. Həyat yoldaşım özünü güllə altında atanda, bu gün məni icra hakimiyyətinin binasından geri qaytaranlar orda-burda gizlənmişdilər”. Hava xanım deyir, əslində hər dəfə zəlzələ, yeraltı təkan, dolu və leysan baş verəndə gəlib evə baxış keçirirlər, ancaq nəticəsi olmur: “Hər dəfə təbii fəlakət olanda gəlirlər, baxış keçirirlər, evi qeydə alırlar, sonra da yardım etmirlər. Bizdə də belə fikir yaranır ki, deməli, bunlara bizim evimiz özlərinə pul qazanmaq üçün lazımdır. Gəlib yazıb, gedib, pul ayırıb, sonra da o pulu mənimsəyirlər. Keçmiş başçının qəbulunda dəfələrlə, indiki başçının qəbulunda iki dəfə olmuşam. Qızım indiki başçının qəbuluna gedəndə deyiblər, bilirik nəyə gəlmisən, get, gəlib evə baxış keçirəcəklər. Hər dəfə aldadıblar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|