2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəis müavinindən şok rüşvət etirafı... - “Biz bütün işi general Mədət Quliyevin köməkçisi Yaşar İsaakovla birgə görürük”
Tarix: 8-01-2015, 10:47 | Çap et
“Təzadlar”ın ötən sayında dərc olunmuş və ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi, general Mədət Quliyevə, surəti “Təzadlar”a ünvanlı şikayət məktubunu yəqin oxumusunuz.
Qısaca olaraq xatırladırıq ki, ərizəçi, Ucar rayonu, Azərbaycan küçəsi, ev-6-da yaşayan Aslanovlar ailəsi- Aslanov Ağanur Əmir oğlu, Aslanova Rəqimə Məhəmmədəli qızı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi İlqar Sadıqov tərəfindən aldadıldığını yazırdı. Bildirirdi ki, “... Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi İlqar Sadıqov və onun müavini Seymur Əliyev bizi aldadıb 1500 manat pulumuzu alıblar. Ona görə ki, oğlumuz orada qalsın... Amma onlar əksinə, məhkum oğlumuz Aslanov Elnurun yenidən Cəzaçəkmə Müəssisəsinə qaytarılması barədə Qaradağ rayon Məhkəməsinə təqdimat vermişdilər. Qaradağ rayon Məhkəməsi isə təqdimatın təmin olunmasına dair qərar çıxartmışdır. Hazırda isə oğlumuz Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Biz 2 saylı MTCÇM-nin rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşına oğlumuz Elnurun evə buraxılması üçün ilk dəfə 600 manat və evdə qalıb müəssisəyə getməməsi üçün isə hər ay 120 manat pul vermişik. İmkanımız olmadı deyə “təyin edilmiş” aylığı ödəyə bilmədik, buna görə də oğlumuz Elnurun cəzasını Cəzaçəkmə Müəssisəsində çəkməsi üçün Məhkəməyə təqdimat göndərdilər. İndi də onlara verdiyimiz pulu geri qaytarmalarını istəyirik. Biz pensiyaçı qoca və xəstə adamlarıq. Bir ay pul olmayanda belə edirlər, bu haqsızlıqdır. Qoy nazirlik gedib yoxlasın, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 2 saylı MTCÇM-də heç bir nəfər də olsun məhkum saxlanılmır. Hamısı aylıq verib evində qalır. Ancaq orada 1000-ə yaxın məhkumun saxlanılması sənəddə qeyd edilir. Bir dəfə kimsə aylığı verə bilməyəndə tez təqdimat yazıb gəldiyi Cəzaçəkmə Müəssisəsinə qaytarırlar. Kiminsə buna şübhəsi varsa gedib araşdıra bilər. Zəng edib 2-saylı MTCÇM-nin rəis müavini Seymur Əliyevdən pulumuzu qaytarmasını istəmişik. Ancaq hələ də pulumuzu qaytarmayıb. Bildiririk ki, oğlumuz Elnur 2006-cı il tarixdə Məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. Artıq azadlığa çıxmasına həmin müddət bitmək üzrədir... Cəzasını 6 saylı CÇM-də çəkib. 2014-cü ilin may ayında cəzasının çox hissəsini çəkdiyi üçün 2 saylı MTCÇM-nə keçirilmişdir”. Şikayətçi sonda nazir Fikrət Məmmədovdan və Penitensiar Xidmətin rəisi Mədət Quliyevdən xahiş edirdi: “Cənab nazir! Hörmətli Mədət müəllim! Hörmətli redaksiya! Xahiş edirik, biz pensiyaçıların pulunu 2-saylı MTCÇM-nin rəisi İlqar Sadıqovdan alıb bizə qaytarmağa köməklik edəsiniz”.
“Biz bütün işi general Mədət Quliyevin köməkçisi Yaşar İsaakovla birgə görürük”
Şikayətdə adı çəkilən 2 saylı MTCÇM-nin rəisi İlqar Sadıqovla danışmaq üçün dəfələrlə bizə təqdim olunan telefonlara zəng etsək də cavab verilməyib... Sonra çox çətinliklə 2 saylı MTCÇM-nin rəis müavini kimi təqdim olunan və alınan pul məsələsinin “baş qəhrəmanı” Seymur Əliyevin mobil telefonunu əldə etdik. Əvvəlcə problemin mövcud olduğunu etiraf edən S.Əliyev bu barədə rəisə məruzə edib mövqeyini bildirəcəyinə söz verdi... Amma sonradan nə baş verdisə, bundan imtina etdi, zənglərimizə cavab vermədi. Halbuki biz onun özünə də bildirmişdik ki, general Mədət Quliyevin adına və tutduğu prinsipial mövqeyə kölgə salan bu məsələnin şişirdilməsinə imkan verməsinlər və redaksiya rəhbərliyi də tərəflərin barışmasına, sülhə gəlməsinə kömək etməyə hazırdır. Təki şikayətçini qəbul etsinlər. Çünki bizə deyildiyi kimi, pulun alınıb verilməsini sübut edən audio səs yazısı da mövcuddur. Əslində isə, Seymur Əliyev dolayısı ilə bunu etiraf da etdi əməkdaşımıza: - Biz o şikayətçi Aslanov Ağanur Əmir oğluna nə pislik elədik, oğlu nə qədər evə buraxıldı, kef çəkdi... Sonra günah özündə oldu, “doqovor”u pozdu... - Seymur müəllim, xahişimizi rəisə çatdırın, A.Aslanovu qəbul etsin, şikayətçi belə başa düşməsin ki, biz sizin tərəfi tuturuq... - Yox, siz Penitensiar Xidmətin mətbuata baxan şöbə rəisi var, Mehman Mehmanov, ondan sualınıza cavab alın... - Ay Seymur müəllim, “KİV haqqında” Qanunda elə şey yoxdur... Biz Mehman müəllimdən soruşaq ki, rəis İlqar Sadıqov vətəndaşdan 1500 manat rüşvət alıb, indi pulu qaytarmır, buna nə cavab verə bilərsiniz? Bu suala rəis özü aydınlıq gətirməlidir... - Onda generalın köməkçisi var, Yaşar İsaakov, ona zəng edin... - Ona niyə? - Çünki hər şeyi o yaxşı bilir... Biz bütün “işi” onunla birgə edirik... Siz ondan soruşun... *** Bax belə. İstərdik ki, hörmətli Mədət Quliyev bu yazını oxusun və bilsin ki, onun rəhbəri olduğu quruma heç bir aidiyyəti olmayan jurnalist nazirliyin və Penitensiar Xidmətin adının belə çirkin bir məsələdə hallanmaması üçün bütün səyini edir, təəssübkeşlik nümunəsi göstərir, amma Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi İlqar Sadıqov və onun müavini Seymur Əliyev isə tamam əks mövqe tutur. Niyə? Növbəti yazıda şikayətçinin xahişi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində baş verən digər məsələlərə aydınlıq gətirməyə çalışacağıq. “Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|