Fars-molla rejimindən Azərbaycana qarşı yeni dəst-xətt: Bu dəfə tariximizi saxtalaşırmaqla yetinmirlər – Bizi həm də tərifləyirlər...
Tarix: 27-02-2015, 11:03 | Çap et
DİA.AZ: - Hələ də müstəqil Azərbaycan dövlətinin varlığını həzm edə bilməyən və bunu heç də gizlətməyən fars-molla rejimi indi də Şimali Azərbaycana olan iştaha və iddialarını fərqli formada ifadə etməyə başlayıb. Elə bu günlərdə İranda təşkil olunan tədbirin mahiyyətindən də bu sezilir.
DİA.AZ olaraq “arannyus”a istinadən həmin tədbirin materialını təqdim edirik:
“Təbriz Universitetinin rektoru Məhəmmədrza Pur Məhəmmədi konfrans iştirakçılarına xoşgəldin dedikdən sonra İran İslam Respublikasının müqəddəs quruluşunun inkişaf və nailiyyətlərini İmam Xomeyni (rh) və şəhidlərin zəhmətləri sayəsində qazanıldığını qeyd edərək dedi: "Azərbaycan tarix boyu İran ölkəsində baş tutan qiyam, mübarizə, hərəkat və inqilablarda ştirak etmişdir". O, Azərbaycanda baş vermiş Atropatın Makedoniyalı İsgəndərə qarşı qiyamını, Tənbəki qiyamında iştirakı, Məşrutə hərərkatını və 1356 Günəş ilində (1979) Təbriz əhalisinin 29 Bəhmən qiyamını Azərbaycan xalqının mübarizə və inqilab hərəkatlarında dönüş nöqtəsi adlandırdı. Rektor çıxışının sonunda əyalətdə belə konfransların təşkilinə təkid etdi və bu cur konfransların keçirilməsində əsas məqsədin Müqəddəs İslam İnqilabında Azərbaycanın rolunu və baş verən hadisələrini sənədləşdirmək olduğunu bildirdi. Təbriz Universiteti İran Tarixi və Mədəniyyəti İnstitutunun rektoru və konfransın elmi katibi doktor Pərğu da konfrasda iştirak edən qonaqlara, alim və ziyalılara öz təşəkkürünü bildirərək dedi: "Biz şəhidlərin qanına borcluyuq. Onlar başlarından keçdilər ki, İslamın başı əldən getməsin". O artırdı: "Azərbaycanın müdrik insanları böyük alimlərin, xüsusən də Ayətullah Qazinin rəhbərliyi ilə İranın digər məntəqələrinin əhalisi kimi həzrət İmam Xomeyninin (rh) zülm əleyhinə nidasına ləbbeyk dedilər və özlərinə məxsus səhnələr yaratdılar". Doktor Pərğu Azərbaycan xalqının bariz özəlliklərini qeyrət, vilayətçilik, Rəhbərin göstərişlərinə əməl etməkdə olduğunu bildirdi. Onun sözlərinə görə Təbrizin 1357 (1979) "29 Bəhmən" qiyamı və 1388 (2009) "8 Dey" qəhrəmanlığı Azərbaycan xalqına xas özəlliklərin bariz nümunələrindən sayılır. Həmçinin rektor "İslam İnqilabında Azərbaycanın Rolu" konfransı barədə dedi: Konfrans barədə milli məqalə toplanışı elan edildi və ölkənin hər yerindən 170-dən çox məqalə konfransın katibliyinə daxil oldu, onların arasından 140 məqalə seçildi və 70 məqalə təsdiq olundu. Vəliyyi-fəqihin nümayəndəsi və Təbriz şəhərinin imam cüməsi Ayətullah Müctəhid Şəbüstəri Azərbaycanın iki səciyyə özəlliyinə və onların bir-birinə qarışdıqda səmərəli nəticələr verməsinə işarə edərək dedi: "Birinci səciyyə budur ki, Azərbaycan elm və ədəbin beşiyidir. Bunun şahidi də əyalətdə çoxlu elmi hövzə və universitetlərin olmasıdır. Həmçinin bu əyalət dahi alimlər, təqlid mərcələri, ədəbiyyatçılar, şairlər beşiyidir və bu onun elmi səciyyəsindən xəbər verir. İkinci səciyyə əyalət əhalisinin dini şücaəti və dini qeyrətidir. Bunun da şahidi böyük meydanlarda seperatçılarla, təcavüzkarlarla, imperialistlərlə mübarizədə həmişə yaratdıqları qəhrəmanlıqlar və tarix boyu cananə qiyamlarıdır". Vəliyyi-fəqihin nümayəndəsi xatırlatdı: "İran-Rusiya müharibələrində Azərbaycan cəbhənin ön xətti idi. Lakin o zamanın hökumət başçılarının kifayətsizliyi üzündən bu ərazinin 18-dən çox şəhəri rusların əlinə keçdi və bu da xalqın qəzəbini coşdurdu". O artırdı: Şeyx Məhəmməd Xiyabani, Siqətul İslam, Şeyx Səlim, Mirzə Həsən, Mirzə Cavad xalqı Tənbəki və Məşrutə qiyamlarına qaldıran xətiblərdən idilər. Ayətullah Şəbüstəri Məşrutə qiyamının ölkəyə qanunu hakim etmək üçün baş tutduğuna da toxunaraq dedi: "Məşrutə qiyamında mitinqlər keçirildi və bazarlar bağlandı. Lakin qiyam qərbyönümlülər tərəfindən sapındırıldı və Ayətullah Fəzlullah Nuri kimilər dara çəkildi, yenidən Rzaxan zülm hökuməti ölkəyə hakim edildi". Vəliyyi-fəqihin nümayəndəsi xatırlatdı: "Pəhləvi hökumətinin sonlarında Təbriz əhalisi İmam Xomeyniin (rh) ardınca gedərək Təbrizdə "Biz bu şahı istəmirik vəssəlam!" şüarı verirdilər və təkcə Pəhləvi zülm hökumətinin başa çatmasını istəyirdilər. Pəhləvi hökumətini 29 Bəhmən qiyamı qədər heç bir qiyam qorxutmamışdı. 29 Bəhmən qiyamından sonra Pəhləvi hökuməti bu qiyamın təsirsiz qalmayacağına tam əmin oldu. Ona görə də Təbriz cammatından üzr istədi və əyalətdə öz işçilərini işdən uzaqlaşdırdı". O artırdı: "Lakin onun bu hərəkəti İran xalqını inandırdı ki, şahın oyuncaq hökuməti məhv olmaq üzrədir, zalım və fasid hökumətin sonu çatmışdır". Ayətullah Şəbüstəri Təbrizin elm və mədəniyyət mərkəzi olmasına da işarə edərək dedi: "Bu əyalətdə Ali Məqamlı Rəhbərin şiə mədəniyyəti ilə bağlı göstərişlərini icra edə bilən və digər əyalətlərə örnək ola bilən potensiallar vardır". Konfransın natiqlərindən olan Şərqi Azərbaycan əyalətinin valisi doktor Cabbarzadə Azərbaycanı İran ölkəsinin mühüm ərazisi adlandıraraq artırdı: "Bu bölgə Səfəviyyə dövlətinin ən mühüm himayətçisi, şiəliyin paytaxtı olaraq həmişə mübarizələrin ön xəttində iştirak edib və zülm hökuməti ilə mübarizə aparan əsas səngərlərdən olub". İslam İnqilabının qələbəsində Azərbaycanın təyinedici rolundan danışan vali, gənclərin islami və inqilabi dəyərlərlə tanış olmaları üçün belə konfransarın keçirilməsinə də təkid etdi. Çıxışının sonunda isə konfransın bütün təşəbbüsçülərinə və onun baş tutmasında əməyi olanlara öz təşəkkürünü bildirərək artırdı: "Yaxşı olardı ki, belə konfranslar milli, hətta beynəlxalq səviyyələrdə keçirilsin". Şərqi Azərbaycan İslam İnqilabının Mədəniyyət Cəbhəsinin sədri Ruhullah Rəşidi də çıxış edərək inqilab təcrübələrinin nəşriyyatlara, universitetlərə, elmi-tədqiqat mərkəzlərinə təqdim edilməsinə təkid edərək artırıb: "Özünüz inqilab, mədəniyyət və mübarizlər cərgəsindəsinizsə, təcrübə və xatirələrinizi açmağı əsirgəməyin". O, inqilab cəbhəsində fəaliyyət qanadlarının geniş olmasına da toxunaraq dedi: "Hər sənəd, hətta bir kağız parçası da olsa belə xatirələri sənədləşdirmək üçün mühüm rolu vardır. İnqilab dövrünə aid olan yazı, elan, məlumat, şəkil, şer və s. kimi sənədlərin hər biri xəzinənin bir hissəsi hesab olnur". Qeyd edək ki, "İslam İnqilabında Azərbaycanın Rolu" milli konfransında Vəliyyi-fəqihin nümayəndəsinin iştirakı ilə əyalətin bir sıra şəhid ailələrinə mükafatlar təqdim olundu”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|