Mikayıl Cabbarov Misir Mərdanovdan qalma daha bir kadrı yola salır - Beyləqan təhsil idarəsinə süpürgə çəkilir...
Tarix: 10-04-2015, 10:40 | Çap et
Ölkə mətbuatında yayımlanan məlumatlarda Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun bu yaxınlarda tutduğu vəzifədən azad ediləcəyinə dair ehtimallar yer almaqdadır. Bu xüsusda mənbələr bildirir ki, ölkənin Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən bir çox rayon və bölgələrdə təhsil şöbə müdirlərinin fəaliyyətlərinin ciddi şəkildə yoxlanmasına başlanılıb. Həmçinin qeyd olunur ki, aparılan yoxlamalar nəticəsində aşkar olunmuş ciddi nöqsanlar səbəbindən artıq tutduqları vəzifədən azad olunan məmurlar da var. Etiraf etmək lazımdır ki, belə bir təftişin Beyləqan RTŞ-də obyektiv şəkildə aparılacağı təqdirdə, Tofiq Sadıqovun nəinki işdən azad olunması, hətta məsuliyyətə cəlb ediləcəyi ehtimalları da çox yüksəkdir. Bu xüsusda dərc etdiyimiz ötən materiallarda biz artıq qeyd etmişdik ki, Tofiq Sadıqov təhsil sahəsində son bir neçə ildə ölkə mətbuatında barəsində ən çox tənqidi materialların dərc olunduğu məmurlardan biridir. Məlum olduğu kimi bu RTŞ müdirinin öz işində yol verdiyi qanun pozuntuları həm ciddiliyi, həm də müxtəlifliyi ilə diqqəti cəlb edir. Daxil olan məlumatlarda Tofiq Sadıqova qarşı irəli sürülən ittihamlardan biri budur ki, RTŞ müdiri hər ay məktəb direktorlarından pul yığır. Yığdığı rüşvəti isə hər dəfə icra başçısı Vaqif Abdullayevin adına bağlayır. Məsələn, Tofiq Sadıqov belə bir bəhanə gətirir ki, güya icra başçısı rayonda hansısa bir dövlət əhəmiyyətli binanın tikintisi üçün bütün təşkilat rəhbərlərinin, o cümlədən də onun üzərinə müəyyən məbləğdə pul ödənişi öhdəliyi qoyub. Maraqlıdır ki, Tofiq Sadıqovun vəzifədən alınacağı ehtimalını irəli sürən mənbələr, bunu əsaslandıran səbəblərdən biri kimi şöbə müdirinin saxta diploma malik olmasını göstərirlər. Bu xüsusda bir qədər əvvəl dərc etdiyimiz materiallarda biz də bildirmişdik ki, Beyləqan RTŞ müdirinin əslində tutduğu vəzifəyə müvafiq ali təhsili belə yoxdur. Tofiq Sadıqovun vəzifəyə təyinat üçün təqdim etdiyi diplom isə saxtadır. Aldığımız məlumatlara görə o, bu sənədi 1979-cu ildə əldə edib. Mənbənin sözlərinə görə, həmin diplom birüzlüdür və adi kağız parçasından bir o qədər də fərqlənmir.Digər tərəfdən isə, bu yaxınlarda Tofiq Sadıqovun səyləri nəticəsində “Ən yaxşı müəllim””müsabiqəsinin qalibi olmuş Elvin Abbasov adlı “müəllimin” əslində saxta diploma sahib olmasının aşkarlanması və bu xüsusda yaranmış qalmaqal da Beyləqan RTŞ müdirinin karyerasına son verəcək amil kimi çıxış edə bilər. Artıq xəbər verdiyimiz kimi bir müddət bundan əvvəl Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına saxta diplom (seriya nömrəsi: 084264, qeydiyyat nömrəsi: 03425) alınmışdır. Bundan sonra isə Elvin Abbasov Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzaladığı sərəncama əsasən keçirilmiş 2013/2014-cü tədris ilində “Ən yaxşı müəllim””müsabiqəsinə qatılmışdır. Aldığımız məlumatda ən çox diqqəti çəkən məlumat isə bu oldu ki, Elvin Abbasov yenə də Tofiq Sadıqovun və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin dəstəyi ilə həmin müsabiqənin qalibi də olub. Qeyd etdiyimiz kimi, Tofiq Sadıqovun bu maxinasiyası artıq birbaşa dövlət başçısının təşəbbüsü ilə keçirilən müsabiqənin nəticələrinin saxtalaşdırılmasına səbəb olmuşdur. Və əlbəttə ki, Təhsil Nazirliyi bu cinayətə göz yuma bilməz. Amma bütün bunlara baxmayaraq, bəzi mənbələr hələ də Tofiq Sadıqovun nəhayət ki, öz layiqli cəzasını alacağı barədə xəbərlərə müəyyən şübhə ilə yanaşırlar. Səbəb isə budur ki, Beyləqan RTŞ-nin müdiri vəzifədə olduğu müddətdə həm bu rayona rəhbərlik edən şəxslərlə, həm də Təhsil Nazirliyinin keçmiş rəhbərliyi ilə hər zaman “dil tapa” bilib. İddialara görə, Tofiq Sadıqov bu gün də TN-də kifayət qədər güclü himayədarlara malikdir. Bununla belə etiraf etmək lazımdır ki, bu məmurun yol verdiyi özbaşınalıqlar çoxdan bütün mümkün olan hədləri aşıb. İnanmaq çətindir ki, himayədarları Tofiq Sadıqovu növbəti dəfə vəziyyətdən çıxarmaq üçün artıq öz karyeraları ilə də risk etmiş olsunlar. \\ bizimdovr.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|