BADAMDARDA SİNƏLƏRƏ “DƏLİ DAĞ” ÇƏKİLİR
Tarix: 15-07-2013, 15:58 | Çap et
SAKİNLƏRİ DİNLƏYƏN YOXDUR
DİA.AZ: - Bakıda tikinti şirkətlərinin özbaşınalığı barədə mətbuatda ardıcıl məlumatlar dərc olunmaqdadır. Müəyyən qüvvələrə arxayın olaraq ölkədə tikinti şirkətləri təsis edən bir qrup şəxslər insanları aldatmaqla, qanunsuzluq etməklə məşğul olur. Bu da sonda insanların zərər çəkməsilə nəticələnir. Ya insanlar aldadılır, ya yaşayış binasına yaxın həyətyanı sahələri zəbt edir, yaşıllıq zolaqlarını qanunsuz olaraq məhv edir, sakinlərə təzyiqlər göstərir və sair.
Bu cür tikinti şirkətlərinin rəhbəri adı ilə fəaliyyət göstərən şəxslər barədə mediada kifayət qədər faktlar var. Belə şirkətlərdən biri də Bakının lap mərkəzində, Səbail rayonu ərazisindəı peyda olub. Bu barədə DİA.AZ-a Səbail rayonunun Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 1 və 3 saylı binanın sakinləri müraciət ediblər. Sakinlərin dediyinə görə, adıçəkilən binalarda 24 ailə yaşayır. Uzun illərdir ki, həmin ailələr iki binanın həyətini qoruyub saxlayıb, coxillik ağaclar əkiblər. Bina sakinləri həmin həyətdə əməlli-başlı park salıb. Sakinlər deyirlər ki, parkda onlarla böyük ağaclar var: “Şəhərdə hamı bilir ki, nəfəs almaq çətinləşir. Badamdar qəsəbəsi isə sürüşmə zonasıdır. Bu məqsədlə özümüz, bina sakinləri ərazini abadlaşdırıb park yaratmışıq. Səbail rayon İcra Hakimiyyəti də bu parkın abadlaşmasında sakinlərə bəzi yardımlar edib. Buradakı bu park təkcə iki binanın deyil, digər binaların da sakinlərinin istirahət yeridir. Binanın uşaqlarının oynaması üçün yeganə yer bu park kimi düzəltdirdiyimiz həyətdir. Parkın ərazisi 5-6 sota yaxındır. Parkda sakinlərin hesabına uşaqların əylənməsi, yaşlı insanların asudə vaxtlarını keçirməsi üçün şərait də yaradılıb. Bir neçə binanın sakinləri asudə vaxtlarını burada keçirir, uşaqlar bu parkda əylənirlər. Neçə illərdir ki, parkda sakinlər hər il öz hesablarına cari təmir işləri də aparırlar ki, park sıradan çıxmasın. Amma, bu il, iki ay öncə park hansısa məmurun gözünə gəlib”.
Şirkət parkın ərazisini zəbt etmək istəyir
Sakinlər deyirlər ki, bu il iyun ayının 6-da bir qrup naməlum şəxs əraziyə gələrək parkı hasarlayıb. Məsələdən xəbər tutan sakinlər həmin şəxslərin hərəkətləri barədə maraqlananda işçilər bildiriblər ki, guya onlar Səbail rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır və park təmirə bağlanır. Həmin şəxslər bildiriblər ki, guya parkda əsaslı təmir işləri aparılandan sonra yenidən bina sakinlərinin istifadəsinə veriləcək. Sakinlər əvvəlcə icra hakimiyyətinin bu hərəkətini alqışlayıb və onlara dəstək verəcəyini bildiriblər. Amma sonradan məlum olub ki, parkı hasarlayan şəxslər icra hakimiyyətinin işçiləri deyil. Sakinlərin araşdırması zamanı məlum olub ki, həmin şəxslər parkın yaxınlığında 3 sot torpaq sahəsi alan “Dəli dağ” tikinti şirkətinin sahibi Ələddin adlı şəxsin fəhlələridir və o parkın ərazisini zəbt etmək üçün rayon icra hakimiyyətinin adından isitifadə edir . Məsələdən xəbər tutan sakinlər dərhal həmin şəxsləri ərazidən uzaqlaşdırıb və hasarları söküb: “ Bizi aldatmaq istəsələr də, mümkün olmadı. Araşdırdıq və məlum oldu ki, həmin Ələddin adlı şəxs özünə məxsus 3 sot ərazidə hündürmərtəbəli bina inşa etdirmək istəyir, amma həmin əraziyə onun istədiyi layihədə bina tikmək mümkün deyil. Ona görə də, bizim həyətdəki yeganə istirahət parkını zəbt etmək qərarına gəlib”.
Narazılıq edən sakinlər ölümlə hədələnir
Sakinlər deyirlər ki, “Dəli dağ” şirkəti bu özbaşınalığı gecə vaxtlarında etmək qərarına gəlib. Amma, hələlik onların bu hərəkəti də baş tutmayıb. Sakinlərin sayıqlığı nəticəsində şirkət işçilərinin parkı sökmək niyyətləri növbəti dəfə boşa çıxıb: “Bir gün axşam saatlarında baxdıq ki, həmin şəxslər parkdakı oturacaqları maşınlara yığırlar, parkı gecə sökmək istəyirlər. Bina sakinləri hamısı ayağa qalxdı və onları ərazidən yenidən qovduq. Amma, bununla da sakitləşmirlər”.
Sakinlər deyirlər ki, “Dəli dağ” şirkətinin rəhbəri sonda sakinlərə hədə-qorxular gəlməyə başlayıb. Şirkət rəhbəri Ələddin adlı şəxs bu yolla sakinləri susdurmaq istəyir: “Ələddin indi də bizi təhqir edir, ailəmizi hədələyir, kişiləri oğurlayıb öldürəcəyini deyir. Bir neçə gün əvvəl bizim həyətə gəlib bildirdi ki, burada narazılıq edən ailədəki cavanların başını kəsdirəcək. Həyətə gələndə küçə söyüşləri ilə bizi təhqir edir və bildirir ki, guya həmin ərazini alıb. Amma, bizə sənəd təqdim etmir”.
Park satılmadığı halda şirkət rəhbəri yalan danışır
Sakinlər məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə, Səbail rayon İcra Hakimiyyətinə, əraziyə cavabdeh olan mənzil istismar sahəsinə müraciət ediblər. Amma, icra hakimiyyətləri bildiriblər ki, həmin ərazi satılmayıb və binaların həyətyanı parkı kimi qeydiyyatdadır. Ələddin adlı şəxs isə sakinləri hədələməklə məşğuldur.
Sakinlər deyirlər ki, Ələddin adlı bu şəxsin özbaşınalığına rayonun aidiyyəti qurumları da müdaxilə edə bilmir. Mənzil İstismar Sahəsi sahə müvəkkilinin üzərinə atır, sahə müvəkkili isə bələdiyyənin. Amma, heç kim bu özbaşına şirkət rəhbəri barədə tədbir görmək istəımir.
Prezidentə müraciətdən sonra proses nəzarətə götürülüb
Sakinlər DİA.AZ-a deyirlər ki, onlar məsələ barədə prezident İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Ombudsman Elmira Süleymanovaya və digər aidiyyəti qurumlara müraciət edərək parkın zəbt olunmasının qarşısının alınmasını xahiş ediblər. Prezident Administrasiyasının müdaxiləsindən sonra Ombudsman Aparatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi parkı nəzarətə götürüb. Amma, buna baxmayaraq, Ələddin adlı şəxs sakinlərə təzyiqlər edir. O hətta sakinləri mənzillərinin pəncərələrini bağlamaqla və ölümlə hədələməkdə davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|